“Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə
19.09.2019 [14:08]
25 il əvvəl, sentyabrın 20 si müasir Azərbaycan tarixinin əlamətdar gün kimi tarixə düşmüş oldu. 20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanmışdır. 2017-ci il sentyabrında isə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldıldı.
Əsrin müqaviləsi sadə bir neft müqaviləsi deyildi. Bu, strateji hədəf idi. Heydər Əliyevin Azərbaycanın gələcək yüzillikdəki inkişaf trayektoriyasını cızan fəlsəfəsi idi. "Əsrin müqaviləsi", məhz qısa müddətdən sonra, Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı. Sözügedən saziş Azərbaycana, nəinki regional layihələrdə söz sahibliyi etməyə, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verib.
“Əsrin müqaviləsi”nin imzalanmasından 3 il sonra, 1997-ci il noyabrın 12-də müqavilə çərçivəsində ilk neft çıxarılıb. İlk neftin ixracı üçün 1997-ci il oktyabrın 25-dən Bakı-Novorossiysk (Rusiya) kəməri istifadəyə verilib və neft dünya bazarına şimal marşrutu ilə çıxarılıb.
Neft hasilatının artması və alternativ marşrutlara tələbat fonunda neftin nəqli üçün ikinci istiqamət lazım idi. Bütü 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin qurduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış üçtərəfli müqavilə Azəri, Çıraq, Günəşli yataqlarından çıxan ilkin Azərbaycan neftinin Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanıb. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Belə ki, neftin Novorossiyskə nəqlinin tonu 15,67, Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlirdi.
Azərbaycan regionun zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəsi kimi həm regional, həm beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Ötən əsrin 90-cı illərinin ortalarında dünyanın aparıcı enerji şirkətləri ilə strateji əhəmiyyətli, gələcəyə hesablanmış neft müqavilələri bağlayan Azərbaycan paralel olaraq neft-qaz resurslarının xarici bazarlara nəqli üçün də milli maraqlar üzərində qurulmuş strateji xətt yürüdür. Bu xətt enerji resurslarının çoxşaxəli nəql marşrutlarına malik olmaq və hər hansı bir marşrutdan asılı olmamaq prinsipi üzərində qurulub. Bölgənin enerji resurslarının çoxşaxəli nəql marşrutları həm Azərbaycanın, həm Azərbaycan neftinin və qazının əsas alıcılarının, bütövlükdə Avropa qitəsinin maraqlarına cavab verir.
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri
Heydər Əliyev adına Bakı – Tbilisi – Ceyhan (BTC) neft kəməri ölkə maraqlarının daha əmin şəkildə reallaşmasına gətirib çıxardı. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Heydər Əliyevin neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin artmasını təmin etdi. Bu yeni layihələr sırasında Azərbaycan qazının Avropaya çıxarılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizini xüsusiylə qeyd etmək lazımdır. “Cənub Qaz Dəhlizi” “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qazın Xəzər dənizindən Türkiyəyə oradan da Avropaya nəql edəcək 3 min 500 kilometr uzunluğa malik ən nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan və Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri təşkil edir.
Azərbaycanın qaz ehtiyatları Avropa üçün yeni imkanlar kimi qəbul olunur. Bu imkanın reallığa çevrilməsi isə qazın Avropaya nəqli marşrutlarının düzgün seçilməsini zərurətə çevirirdi. Azərbaycan və Türkmənistan qazının Rusiyadan yan keçməklə Avropaya nəqli üçün nəzədə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət müzakirə edildi. “Nabucco” ilə yanaşı, İTGİ və TAP Azərbaycan qazının Avropaya çıxarılması üçün təklif edildi. Lakin 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” siyasi və iqtisadi rəqabətə davam gətirməyərək sıradan çıxdı. 2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz tarixi hadisə olan TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başladı. 2012-ci il iyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzaladı. Nəhayət 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində prezident İlham Əliyev demişdir: “Bu layihənin reallaşması nəticəsində uduzan tərəf olmayacaq. Hər kəs mənfəət əldə edəcək. Tranzit, eyni zamanda istehlakçı sayılan ölkələr də qazın nəqlinin diversifikasiyasına nail olacaqlar. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyini təmin edəcək.”
Bu layihəyə 7 hökumətin birbaşa marağı var. 11 şirkət layihənin bir və ya bir neçə hissəsində iştirak payına malikdir. Layihə vasitəsilə 11 qaz alıcısı böyük yeni qaz həcmlərinin alınmasına cəlb olunacaq. Neft strategiyası ilə regionun yeni enerji xəritəsini müəyyənləşdirmiş Azərbaycan dövləti dünyanın enerji tarixinə “21-ci əsrin müqaviləsi” kimi yazılan, Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin təməlini qoymaqla qarşıdakı yüz ildə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi daha bir tarixi status qazanmış oldu.
Beləliklə, Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artmışdır, Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rola oynayan ciddi beynəlxalq tərəfdaş kimi özünü təsdiq etmişdir. Neft müqavilələrindən əldə edilən gəlirlər Azərbaycanın simasını büsbütün dəyişmişdir.
Əldə edilmiş gəlirlə sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilmişdir.
Beləliklə, Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban dostluq münasibətlərini nümayiş etdirir və bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bu isə, Azərbaycan milli maraqlarının reallaşmasını asanlaşdırır.
Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin proseslərdi. Çünki bu proseslərdə dünya güclərinin, müxtəlif siyasi qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacib idi və bugün də vacibdir. Təsadufi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı – Tbilisi – Qars, Şimal – Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qısqanclıqla qarşılanır. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna müyəssər olmayıblar.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14

