Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
13.11.2019 [09:42]
Noyabrın 6-dan 8-dək ABŞ-da Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniş tərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Birləşmiş Ştatların aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Forumun məqsədi ABŞ-ın iri kənd təsərrüfatı ştatlarından olan Oklahomanın aqrar sahədə fəaliyyət göstərən iş adamları ilə Azərbaycanın sahibkar və fermerləri arasında əməkdaşlıq yaratmaq, heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, məhsuldarlığın artırılması ilə bağlı aqrar sahədə tətbiq edilən yeni metodlarla tanışlıq, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələlərini müzakirə etməkdir.
Forum çərçivəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov Oklahoma ştatının qubernatoru Kevin Stittlə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Nazir kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştatının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.
Oklahoma ştatının qubernatoru Kevin Stitt, öz növbəsində, Azərbaycan ilə Oklahoma ştatı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Qubernator iki ölkə arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin və akademik qurumların uğurla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu deyib.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbirin təşkil edilməsində verdikləri dəstəyə görə forumun tərəfdaşlarına təşəkkürünü bildirib.
Forumda ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının həmsədri Reza Vəziri, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi Aleks Sokolovski, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Oklahoma ştatının qubernatoru Kevin Stitt, Oklahoma Milli Qvardiyasının rəhbəri, general-leytenant Maykl Tompson, Oklahoma konqresmeni Markueyn Mullin çıxış ediblər. Çıxışlarda Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində mövcud imkanlardan söz açılıb. Natiqlər Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Oklahoma Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumunun aqrar sahədə ikitərəfli əməkdaşlığın daha da genişlənməsində xüsusi rol oynayacağını bildiriblər. Qeyd olunub ki, Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq üçün əlverişli platformadır.
Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışaraq, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında mühüm rola malik olduğunu qeyd edib, aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açan nazir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sektorun bütün sahələrinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Forum Azərbaycanın Dövlət Bayrağı Gününə təsadüf etdiyinə görə təntənəli mərasim keçirilib. Əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət bayraqları Oklahoma Milli Qvardiyasının fəxri qarovulu tərəfindən təntənəli şəkildə zala gətirilib, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Sonra Oklahoma ştatının qubernatoru Kevin Stitt 9 noyabr tarixinin Oklahomada Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunmasını təsbit edən xüsusi Bəyannaməni Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimova və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edib.
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri müzakirə olunub.
Forum çərçivəsində keçirilən dörd sessiyada kənd təsərrüfatı sahəsində təhsil və bacarıqların artırılması, bu sahədə texniki peşə təhsilinin əhəmiyyəti, vergilər sahəsində keçirilən islahatlar, Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatı sahəsində tətbiq edilən vergi güzəştləri, habelə aqrobiznes sahəsində innovativ texnologiyaların və metodların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri, yeni suvarma və süni mayalandırma üsulları, bu sahədə mövcud texnologiyalar barədə geniş müzakirələr aparılıb.
Oklahomanın şirkət təmsilçiləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.
Sonra tədbir iştirakçıları üçün rəsmi qəbul təşkil olunub. Tədbirdə çıxış edən iştirakçılar Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunun Azərbaycanla bu ştat arasında mövcud əlaqələri və əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əmin olduqlarını bildiriblər.
Daha sonra Gədəbəy şəhəri ilə Oklahoma ştatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma və qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfdən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və ABŞ tərəfdən Stilluater Şəhər Şurasının üzvü Emi Dzialovski imzalayıblar.
Qeyd edək ki, Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil edilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) forumun əsas informasiya təminatçısıdır.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 17:24
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36

