Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13.11.2019 [12:50]
Noyabrın 13-də Bakıda Asiya İnkişaf Bankının (AİB) “Texniki dəstək” layihəsinin (TA 9799-AZE) təqdimetmə mərasimi keçirilib.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov layihə barədə məlumat verərək layihənin Azərbaycan üçün əhəmiyyəti, AİB ilə müzakirələrdə müəyyən edilmiş istiqamətləri barədə danışıb.
Tədbirdə çıxış edən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Asiya İnkişaf Bankı və Koreya Respublikasının Bilik Tərəfdaşlığı Fondu ilə həyata keçirilən “Vergi siyasəti və inzibatçılığı potensialının gücləndirilməsi” adlı layihədən söz açıb.
S.Məmmədxanov indiyədək Asiya İnkişaf Bankının Azərbaycan hökuməti ilə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən texniki yardım layihələri ilə bağlı əməkdaşlıq etdiyini vurğulayıb: “Bununla belə, hazırda açılışını etdiyimiz layihə Asiya İnkişaf Bankı ilə Azərbaycanın vergi orqanı arasında ilk texniki yardım layihəsidir”.
Diqqətə çatdırılıb ki, vergi orqanlarının inzibatçılıq potensialının artırılmasına yönəlmiş müxtəlif komponentləri əhatə edən layihənin qarşıdakı 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Texniki yardım aləti əsas etibarilə vergi orqanlarının fəaliyyət istiqamətlərini əhatə etsə də, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də aidiyyəti sahələr üzrə benefisiar qurum qismində çıxış edir.
Bankın faktaraşdırıcı missiyası tərəfindən müasir dövrün çağırışlarına uyğun vergi orqanlarında təkmilləşdirilmə zərurəti olan sahələr üzrə üç mühüm komponent müəyyən edilib. Bunlar insan resursları və fəaliyyətin idarə olunması, vergiödəyicilərinə xidmət və könüllü əməletmə, habelə əməletməmə halları ilə səmərəli mübarizə kimi istiqamətləri əhatə edir.
Nazirin birinci müavini qeyd edib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, əmək bazarının şəffaflaşdırılması və məşğulluğun artırılması, bazarda rəqabət mühitinin təmin edilməsi, leqal biznesin qanuni mənafelərinin qorunması ilə bağlı kompleks siyasətin həyata keçirilməsi, öz növbəsində, bu istiqamətdə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsi tələblərini artırıb. Bu tələblər vergi inzibatçılığının tətbiqi vasitələrinə, rəqəmsal nəzarət sistemlərinə, xidmətlər sektoruna, habelə insan resurslarına istiqamətlənib: “Təsadüfi deyil ki, Asiya İnkişaf Bankı ilə müzakirələrdə müəyyən edilmiş istiqamətlər məhz bu məsələləri əhatə edir. Layihə çərçivəsində könüllü əməletmə göstəricilərinin yaxşılaşdırılması yolu ilə vergi intizamının yüksəldilməsinə nail olmağı hədəfləyirik. Xidmətlərin və kommunikasiyaların əlçatanlığının, yararlılıq dərəcəsinin artırılması, eləcə də müraciət və şikayətlərə baxılması prosedurlarının təkmilləşdirilməsi diqqət mərkəzində olacaq. “Kölgə iqtisadiyyatı” əleyhinə səylərin gücləndirilməsi, audit metodlarının və kameral yoxlama prosedurlarının təkmilləşdirilməsi, məlumat bazalarımızın, habelə borcların alınması üzrə göstəricilərin yaxşılaşdırılması ilə bağlı məsələləri müzakirə edəcəyik, sahibkarları və vergi orqanlarını məmnun edəcək optimal həll yollarını nəzərdən keçirəcəyik”.
Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Koreya Siyasət Mərkəzinin direktoru Çoi Myunqsu çıxış edərək layihə çərçivəsində əməkdaşlıqla bağlı öz fikirlərini bölüşüb, AİB-nin eksperti Yuji Miyaki isə texniki yardım layihəsinin məqsədləri barədə məlumat verib.
Tədbir öz işini “Dəyişkən vergi mühiti və vergi inzibatçılığının inkişaf prioritetləri”, “Qrup fəaliyyəti: “Hansı realdır?, Nəyə nail olmaq olar?, Hədəfimizə necə nail ola bilərik?” və digər mövzuları əhatə edən sessiyalarda davam edib.
Xəbər lenti
Hamısına baxGündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40

