“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21.11.2019 [16:48]
“Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Daşqın İskəndərov, birliyin, həmçinin SOCAR-ın Kompleks Qazma İşləri Tresti və “Neftqaztikinti” Trestinin rəhbər şəxsləri “Bulla-dəniz” yatağındakı 12 nömrəli stasionar dəniz özülündə 91 nömrəli kəşfiyyat quyusunda aparılan qazma və tikinti-quraşdırma işləri ilə tanış olublar.
Birlikdən AZƏRTAC-a bildirilib ki, D.İskəndərov “Bulla-dəniz” və digər yataqlarda quraşdırılan, müasir texnologiyalar əsasında inşa edilən yeni stasionar dəniz özülləri, platformalar, qazma və digər sahələrdə tətbiq edilən yeni texnologiyaların hasilatın artırılmasına öz müsbət təsirini göstərəcəyini bildirib.
Məlumat verilib ki, regionda ilk dəfə olaraq ölkəmizdə qazma prosesində yeni texnologiya olan MPD (təzyiqlərin idarə olunması ilə qazma texnologiyası) sisteminin tətbiqinə başlanılıb. MPD qazma zamanı təhlükələri azaltmaq, quyu bütövlüyünün qorunub saxlanması, dar hidravlik pəncərə şəraitində qazma işlərinin təmin edilməsi və rezervuarın (layın) təmiz saxlanması kimi əsas məqsədlərə nail olmaq üçün aparıcı texnologiyalar sırasındadır. “Bulla-dəniz” yatağı isə dünyada 10 mürəkkəb struktur siyahısına daxil olduğu və həddindən artıq mürəkkəb yataq kimi qəbul edildiyi üçün MPD sisteminin bu yataqda tətbiqi həm də bir zərurətdir. Məhz MPD sistemi vasitəsilə lay təzyiqini idarə etməklə 91 nömrəli kəşfiyyat quyusunun mürəkkəbləşmə baş vermədən layihə dərinliyinə çatdırılması və bununla da qazma işinin uğurla yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 helikopter, 4 gəmi yanalma və 4 minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün yaşayış bloku quraşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

