Vergi ödəyicilərinin elektron kabinetindən istifadə etmək niyə vacibdir?
17.12.2019 [12:05]
Məlum olduğu kimi vergi ödəyiciləri, o cümlədən VÖEN-lə işləyən bir çox KİV təmsilçiləri vergi ödəyicilərinin elektron kabinetindən istifadə edirlər. Lakin aparılan müşahidələr zamanı müəyyən olunub ki, vergi ödəyiciləri elektron kabinetə gələn məktublara bəzi hallarda baxmır, sonradan vergi orqanının xəbərdarlığını, ya da hansısa vergi ödəməsi ilə bağlı tələblərini görmədiklərini bildirirlər. Məhz bunu nəzərə alaraq Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsi tərəfindən vergi ödəyicilərinin elektron kabinetlərindən istifadəsinin zərurliyini göstərən məqalə hazırlanıb.
Sözügedən məqalədə qeyd olunur ki, vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas elementlərindən birini vergi orqanı ilə vergi ödəyiciləri arasında birbaşa təmasın minimuma endirilməsi təşkil edir. Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradıb. Elektron xidmətlərin tətbiqi vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmasına imkan verib. Bu baxımdan, vergi ödəyiciləri üçün yaradılmış elektron kabinetdən istifadə mühüm yer tutur.
Elektron kabinet nədir?
Elektron kabinet vergi ödəyicisinin Vergilər Nazirliyinin informasiya sistemində yaradılmış fərdi elektron səhifəsidir. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədləri oxuyur. Elektron kabinet vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edir. Bu sistem vasitəsilə vergi ödəyicisinə ünvanlanmış sənədlər və məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Vergi Məcəlləsinə əsasən, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə, göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Sənədlər vergi ödəyicisi tərəfindən təqdim edildikdə isə sənədin elektron üsulla göndərildiyi gün sənədlər tərəflərə çatdırılmış sayılır.
Elektron kabinetin üstünlükləri nədir?
Vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə istənilən məkandan operativ formada sənədlərini təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə səhifəsinə daxil olaraq elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus olan sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. üstünlüklər əldə edir. Bu, həm də vətəndaşın rahatlığını təmin edir.
Elektron kabinet istifadə etmədikdə hansı risklər yaranır?
Vergi ödəyicisi elektron kabinetinə göndərilən sənədlərlə vaxtında tanış olmadığı halda vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklər, vergi orqanı tərəfindən ondan tələb olunan sənədlər, habelə bəyannamələr və ya bəyannamələrin kameral vergi yoxlamasının aparılması üçün təqdim olunmalı sənədlər və s. barədə məlumatlardan xəbərdar olmur. Vergi ödəyicisi tərəfindən məktublara operativ reaksiya verilməməsi isə gələcəkdə əlavə vergilərin hesablanması, bank hesablarına sərəncamların göndərilməsi, maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə nəticələnə bilər. Buna görə də mütəmadi olaraq vergi ödəyicilərinin elektron kabinetlərinə daxil olmuş sənədləri oxumaları tövsiyə edilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

