Azərbaycanın İtaliyadakı səfiri İtaliya mətbuatında ölkəmizin iqtisadi potensialından danışıb
14.01.2020 [09:18]
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “European Affairs” onlayn jurnalında geniş müsahibəsi dərc olunub. Müsahibə yanvarın 14-də Romada keçiriləcək Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası ərəfəsində ölkəmizin iqtisadi potensialı, iki ölkə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı mövzulara həsr edilib.
AZƏRTAC xəbər verir ki, səfir müsahibəsində Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri, əhalisinin yüksək artım səviyyəsi və güclü iqtisadi potensialı ilə Cənubi Qafqazın ən böyük dövləti olduğunu, ölkəmizin iqtisadi inkişafının əsasını təşkil edən enerji sektoru ilə yanaşı, son illərdə qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini, ölkəmizdə genişmiqyaslı islahatların aparıldığını, bu müsbət nəticələrin bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının “Doing Business-2019” hesabatında əks olunduğunu bildirib.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan diplomat, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika sektorlarındakı layihələrdən söz açıb, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində azad iqtisadi zonanın həm Avropa, həm Asiya bazarlarına xidmət edəcəyini, həm də Avropa ilə Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi kimi Xəzər regionunda mühüm bir logistika mərkəzi rolunu oynayacağını, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin strateji əhəmiyyətini daha da artıracağını, eyni zamanda, italyan şirkətləri üçün də yeni imkanlar yaradacağını deyib.
Diplomat İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliya üçün əsas xam neft tədarükçüsü olduğunu, TAP təbii qaz boru kəmərinin istismara verilməsindən sonra Azərbaycanın İtaliya üçün enerji təchizatçısı kimi rolunun daha da artacağını deyib. O, habelə ölkəmizin Cənubi Qafqazda İtaliya məhsullarının əsas idxalçısı olduğunu və Azərbaycana İtaliyadan ixracının həcminin bu ölkənin Cənubi Qafqazın digər iki ölkəsi ilə birgə ticarət dövriyyəsinin həcmindən daha çox olduğunu vurğulayıb. Çoxsaylı italyan şirkətlərinin Azərbaycanın enerji, neft-kimya, infrastruktur, ətraf mühit, İKT sektorlarında həyata keçirdiyi layihələrdən söhbət açan səfir iki ölkənin bir-birini tamamlayan iqtisadiyyatlara malik olduqlarını, italyan “know-how” və texnologiyalarının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi üçün əhəmiyyətli olduğunu, ölkəmizin isə İtaliya üçün vacib enerji təchizatçısı olmaqla yanaşı, son illərdə bir sıra digər məhsullar, o cümlədən əsas fındıq tədarükçülərindən də biri olduğunu, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən də İtaliyaya mühüm sərmayələrin yatırıldığını bildirib.
Müsahibədə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən söz açan diplomat bu tədbirlərin Azərbaycanda təşkilinin ölkəmizə böyük etimadın göstəricisi olduğunu, ölkəmizin ötən müddət ərzində dialoq üçün vacib bir platformaya çevrildiyini, bütün bunların da Azərbaycanın təkcə vacib siyasi və iqtisadi tərəfdaş kimi deyil, eyni zamanda, turizm istiqaməti kimi tanınmasında mühüm rol oynadığını deyib. O, ölkəmizin turizm potensialı, habelə bu yaxınlarda İtaliyanın aparıcı nəşriyyat evi “Polaris” tərəfindən nəşr olunmuş “Azərbaycan turizm bələdçisi” kitabı barədə məlumat verib. Səfir Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarına ev sahibliyi edəcəyini, bu oyunların italyan idman və səyahətsevərlərin Azərbaycanı ziyarət etmək üçün maraqlı imkanlardan olacağını bildirib.
Sonda diplomat yanvarın 14-də Romada keçiriləcək Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası barədə danışıb, hər iki ölkənin səlahiyyətli qurumlarının nümayəndələrini bir araya gətirərək bu iclasın iki ölkə arasında iqtisadiyyatla yanaşı, humanitar, mədəniyyət, səhiyyə, elm-təhsil sahələrində əməkdaşlıqda əldə edilmiş nəticələrin müzakirəsi və Azərbaycan-İtaliya strateji tərəfdaşlığını daha da gücləndirmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində mühüm bir platforma olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20

