/ / Azərbaycanın regionlarında istifadəyə verilən yeni müəssisələr ölkəmizdə iqtisadi aktivliyi daha da artırıb
Azərbaycanın regionlarında istifadəyə verilən yeni müəssisələr ölkəmizdə iqtisadi aktivliyi daha da artırıb
07.03.2020 [11:38]
Prezident İlham Əliyev: Yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır
Müstəqil Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bütün ölkə boyunca tarazlı inkişafın təmin olunmasını hədəfləyib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Ölkə Prezidentinin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Konseptual yanaşmalarla hazırlanan Dövlət proqramlarının uğurla reallaşdırılması respublikamızda yeni müsbət reallıqlar yaradıb. Fəxrlə deyə bilərik ki, bu gün paytaxt Bakı və digər iri şəhərlərlə bölgələr arasında fərq əhəmiyyətli dərəcədə azalıb, hazırda regionlarımız da iqtisadi güc amili qismində çıxış edir, eyni zamanda, ölkənin hər yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz rayonlarına uğurla baş tutan səfəri deyilənləri bir daha təsdiqləyir. Dövlətimizin başçısı Qərb regionuna səfəri çərçivəsində çoxsaylı infrastruktur obyektlərinin və yeni sənaye müəssisələrinin açılışında iştirak edib. Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə belə bir fikir xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın regionlarında istifadəyə verilən yeni müəssisələr ölkəmizdə iqtisadi aktivliyi daha da artırıb. Dövlətimizin başçısı martın 3-də Qazaxda əhəng zavodunun açılışından sonra rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşdəki çıxışında bölgələrdə açılan istehsalatların önəminə diqqət çəkərək vurğulayıb: “Yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır”.
İnvestorlar bölgələrdəki əlverişli sərmayə mühitindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar
Azərbaycanda bütün ölkə boyunca iqtisadi aktivliyin getdikcə artmasını şərtləndirən bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların sırasında da bölgələrdə investisiya qoyuluşu üçün münbit zəmin yaradılmasının önəmini xüsusi qeyd edə bilərik. Burada ilk növbədə respublikamızdakı davamlı sabitliyin rolunu vurğulamaq lazımdır. Dövlət başçısının regionlarda keçirdiyi müxtəlif tədbirlərdə də bildirildiyi kimi, davamlı sabitlik investorların bölgələrə üz tutmasında əsas amil qismində çıxış edir. Artıq 27 ildir ki, respublikamız sabitlik şəraitində öz inkişafını inamla davam etdirir və respublikamızın bundan sonra da uğurlarının miqyasını daha da artıracağına heç bir şübhə ola bilməz.
Respublikamızın regionlarının investisiya cəlbediciliyini artıran digər bir mühüm amil isə son illərdə bütün ölkə boyunca yaradılan müasir infrastruktur quruculuğu ilə bağlıdır. Hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır. Ölkəmizi fərqləndirən cəhət ondan ibarətdir ki, müxtəlif təyinatlı infrastruktur obyektləri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılır. İndiyədək respublikamızda enerji gücünün artırılmasına, içməli su, qazlaşdırma, meliorasiya, yol layihələrinin icrasına böyük həcmlərdə dövlət vəsaitləri yönəldilib. İnvestorlar isə öz növbələrində ölkəmizdə dövlət vəsaiti hesabına yaradılan yüksək səviyyəli infrastrukturdan maksimum dərəcədə bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. Prezident İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışından sonra müəssisənin kollektivi ilə görüşdəki çıxışında diqqəti regionlarda müasir infrastrukturun yaradılmasının önəminə çəkərək bildirib ki, əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. “Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır”, - deyə dövlət başçısı vurğulayıb.
Ağstafa Aqrar Sənaye Kompleksinin açılışından sonra müəssisənin kollektivi ilə görüşdəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın daxili siyasətinin bir sıra mühüm istiqamətlərini diqqətə çatdırıb. Dövlət başçımız vurğulayıb ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. Prezident İlham Əliyevin Qərb regionuna səfəri çərçivəsində açılışına qatıldığı müəssiələr ölkəmizin müəyyənləşdirilən hədəflərə doğru inamla irəlilədiyini təsdiqləyir. Dövlətimizin başçısının iştirakı ilə açılışı keçirilən Ağstafa Aqrar Sənaye Kompleksi son illərdə bölgələrimizdə yaradılan müasir və böyük əməktutumuna malik olan istehsalatlardan biridir. Açılış mərasimində “Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına burada həyata keçirilən işlər və yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, layihənin ikinci mərhələsində kompleksdə saatda 5 ton emal gücü olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin toxumu istehsalı zavodu, saatda 200 ton təmizləmə və 50 ton qurutma avadanlığı ilə təchiz olunmuş, ümumi həcmi 36 min ton saxlama gücü olan rezervuarlar quraşdırılıb. Bundan başqa, kompleksdə sutkada 120 ton emal gücü olan dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket, yeraltı avtomobil dayanacağı inşa edilərək istifadəyə verilib.
Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri çərçivəsində, həmçinin martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib. Qazax rayonunda yeni fəaliyyətə başlayan və “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu regionda tikinti-quruculuq işlərinin miqyasının artmasında mühüm rol oynayacaq. Açılış mərasimində bildirilib ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir. Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verilib. Vurğulanıb ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq.
“Azerlime” əhəng zavodunda istehsal edilən məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Zavodda hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur.
Regionlarda yaradılan yeni xalçaçılıq müəssisələri milli-mənəvi dəyərlərimizə həssas münasibəti ifadə edir
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət eyni zamanda, xalqımızın tarixin dərin qatlarından gələrək bu günümüzədək yaşayan ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və daha da zənginləşdirilməsinə xidmət edir. O cümlədən regionlarda yaradılan yeni xalçaçılıq müəssisələri milli-mənəvi dəyərlərimizə həssas münasibəti ifadə edir. Məlumdur ki, respublikamızda xalçaçılığın zəngin tarixi var və ölkəmizin ərazisində ümumi cəhətləri ilə birləşən bir neçə xalçaçılıq məktəbi formalaşıb. Orijinallığı ilə seçilən nəfis tərtibatlı Azərbaycan xalçalarında xalqımızın estetik baxışları, yaşam fəlsəfəsi ilmələrin dili ilə dünyaya çatdırılır.
Son vaxtlarda respublikamızın bölgələrində bir-birinin ardınca yeni xalçaçılıq müəssisələrinin istifadəyə verilməsi də iqtisadi faydası ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Qərb regionuna səfəri çərçivəsində bir neçə xalçaçılıq müəssisəsinin açılışı mərasimlərinə qatılıb. Dövlətimizin başçısı martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub. Ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasının tikintisi dövlətimizin başçısının 2018-ci ilin mayında imzaladığı Sərəncamına əsasən həyata keçirilib. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin dövlət başçısının iştirakı ilə istifadəyə verilən Qazax filialının ümumi sahəsi 1200 kvadratmetrdən çoxdur. Burada 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.
Dövlət başçısının iştirakı ilə Tovuz rayonunda istifadəyə verilən xalçaçılıq müəssisəsində 43 dəzgahda əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalçaların çeşniləri əsasında xalçaların istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal, ləvazimat və alətlərlə təmin edilib. Burada 150 toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Prezident İlham Əliyev Qərb regionuna səfəri çərçivəsində həmçinin martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filial binasında 150 toxucunun çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Filialın xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Hazırda respublikamızın bir neçə digər bölgəsində də yeni xalça fabriklərinin açılması istiqamətində işlər aparılır. Eyni zamanda, dövlət səviyyəsində xalçaçılıq müəssisələrinin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzində saxlanılır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31

