Dünyada dəniz suyundan istifadə ilə bağlı layihələrin icrası genişlənməkdədir
25.02.2010 [09:31]
Dünyada içməli su probleminin daha aktual xarakter aldığı bir vaxtda Azərbaycan hökuməti əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirləri dərinləşdirməkdədir. Respublikamızda içməli su mənbələrinin istismar olunması ilə bağlı davamlı layihələrin icra olunması öz müsbət nəticələrini göstərməkdədir. Əhalinin içməli su ilə fasiləsiz və keyfiyyətli şəkildə təmin olunması son illər həyata keçirilən infrastruktur layihələrinin başlıca istiqamətlərindən birinə çevrilib. ölkə vətəndaşlarının su təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələrin miqyası son illər daha geniş xarakter alıb. Bütün bölgələrdə əhalinin suya olan tələbatını daha yüksək keyfiyyətlə təmin etmək istiqamətində kompleks tədbirlər görülməkdədir.
Dünyada qlobal su böhranının yaranmasını nəzərə alan bir çox ölkələr artıq 10 ilə yaxındır ki, dəniz suyundan içmək üçün yararlanırlar. Bəzi dövlətlər içməli su təminatını həll etmək üçün dəniz suyunun təmizlənərək saflaşdırılması ilə bağlı layihələr həyata keçirir və bu tədbirlər öz müsbət bəhrəsini göstərməkdədir. Yaxın Şərq ölkələrinin bəziləri su problemini bu yolla həll edirlər. İsrail, Misir, İordaniya və digər Şərq dövlətlərində bir neçə ildir ki, dəniz suyu saflaşdırılaraq əhalinin istifadəsinə verilir. ABŞ-ın Kaliforniya ştatında da bu məsələ aktullaşıb və hökumət böyük proqramın həyata keçirilməsi barədə müsbət rəy verib. Qonşu Türkmənistan hökuməti də dəniz suyundan içmək məqsədilə istifadə olunması barədə layihə üzərində işləyir. Eləcə də, qardaş Türkiyədə dəniz suyundan istifadəyə dair layihələr hazırlanmaqdadır.
Son dövrlər bu məsələ daha da aktuallaşıb və bir çox ölkələr birgə layihələrin hazırlanmasına başlayıb. ümumdünya Su Forumu da dəniz suyunun istifadəsi ilə bağlı proqramların genişləndirilməsini tövsiyə edir. Respublikamızda da bu istiqamətdə mövcud potensialdan istifadə etmək mümkündür. Hətta Xəzər dənizinin suyu bu məqsədlər üçün daha faydalıdır.
Prezident İlham Əliyev Xəzər dənizinin həm suvarma, həm də içməli su kimi istifadə olunması üçün ölkəmizdə mühüm addımların atılmasının vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanda heç vaxt sınaqdan keçməyən bu məsələnin mühüm əhəmiyyət kəsb etdiyini və həmin sahədə ciddi tədbirlərə başlanılmasının zəruriliyini qeyd edib: “Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik. Bizim böyük su mənbəyimiz vardır. Sirr deyil ki, bizi qidalandıran çayların böyük əksəriyyəti ölkəmizdən kənarda formalaşır və biz ekoloji təhlükəsizliyin, su təhlükəsizliyinin təmin edilməsi üçün əlbəttə ki, Xəzər dənizinin suyundan dediyim məqsədlər üçün də istifadə etməliyik. Mən əminəm ki, pilot layihəsi uğurlu olacaqdır. çünki burada yenə də deyirəm ki, heç bir yenilik yoxdur, müxtəlif ölkələrdə bu təcrübədən istifadə edilir. Düzdür, bu, bahalı bir layihədir. Ancaq insanların sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün biz, hesab edirəm ki, maliyyə problemlərinə baxmamalıyıq, biz bunu təmin etməliyik. 2010-cu ildə, hesab edirəm ki, biz ilkin layihəni görməliyik”.
Təbii ki, bu layihənin həyata keçirilməsi ilə paralel olaraq Xəzər dənizinə axıdılan çirkab sularının qarşısının alınması, xüsusilə də kanalizasiya sularının ən son texnologiyalar əsasında təmizlənməsi də əsas məsələlərdəndir. Hazırda Xəzər dənizinin çirklənməsinə səbəb olan əsas amillərdən biri kanalizasiya sularının təmizlənməsindəki çətinliklərlə bağlıdır. Hökumət bu istiqamətdə mühüm layihələr hazırlayıb və qarşıdakı illərdə çirkab sularının təmizlənməsi üçün ən müasir avadanlıqlardan istifadə olunacaq. Hövsanda və Zığda nasos stansiyaları, aerasiya qurğularının köməyi ilə, eyni zamanda, ötürücü kanalizasiya xətlərinin yenidən qurulması sayəsində bu problemi həll etmək mümkün olacaq. Eyni zamanda, neft-qaz əməliyyatları nəticəsində Xəzər dənizinə axıdılan neft tullantılarının təmizlənməsi üçün ən modern texnologiyalardan istifadə olunacaq və çirklənmənin qarşısı alınacaq. Beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab sutəmizləyici qurğular vasitəsilə Xəzər dənizinə axıdılan çirkab sular təmizlənərək həm suvarma, həm də içməli su kimi yararlı olacaq. ümumiyyətlə, yaxın illər ərzində Bakı buxtasının təmizlənməsi ilə bağlı kompleks tədbirlər görüləcək və Xəzərin suyunun təmizliyi lazımi səviyyədə olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

