Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
11.08.2020 [09:06]
Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını sürətlə artırır
İri həcmli məlumatların sürətlə ötürülməsi və yüklənilməsinə ehtiyac olduğu, cəmiyyətin əksər hissəsinin onlayn iş və təhsil rejiminə keçdiyi bir zamanda keyfiyyətli mobil internet xidmətlərinə tələbatın artması qaçılmazdır. İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru “Azercell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir. Belə ki, şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur. 2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9%-dən 68%-ə, əhali əhatəsi isə 31%-dən 85%-ə qədər yüksəlmişdir. Hal-hazırda Azercell internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin, abunəçilər üçün son dərəcə əhəmiyyəli olan Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndiriıməsi tam sürətlə davam edir. Layihə çərçivəsində 6 adda metro stansiyada artiq işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.
Bir daha xatırlatmaq yerinə düşər ki, “Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə Azercell-in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

