Azərbaycanda sahibkarlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar
28.08.2020 [09:20]
Prezident İlham Əliyev: Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz “Doing Business” proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik
Milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasətinin prioritetləri sırasında yer alır. Respublikamızda liberal iqtisadiyyatın inkişafı, bu sektorda istehsal və ixrac imkanlarının genişləndirilməsi güclü şəkildə təşviq olunur və bu məqsədlə praktiki müstəvidə lazım olan bütün tədbirlər görülür. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən onlara verdiyi mühüm tapşırıq və tövsiyələrin böyük bir qismi məhz özəl sektorla bağlı olub. Respublikamızda özəl bölmənin inkişafının siyasi və maddi baxımdan güclü şəkildə dəstəkləndiyini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. “Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz “Doing Business” proqramı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyinin əhatə dairəsi kifayət qədər genişdir
Məlum olduğu kimi, respublikamızda iqtisadiyyatın prioritet sahələrinin üstün inkişafına nail olmaq məqsədilə yeni nəsil islahatlar reallaşdırılır. Bu baxımdan, özəl sektor da istisna təşkil etmir. Yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan yeni nəsil islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, ölkədə biznes mühitinin cəlbediciliyinin artırılmasına hesablanıb. Respublikamızda biznes mühitinin daha da optimallaşdırılmasına hesablanan islahatların əhatə dairəsi kifayət qədər genişdir. Ölkəmizdə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmana əsasən “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi” qəbul edilib. Sənəddə qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. İndiyədək Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası yüksək səviyyədə təmin edilib.
Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.
Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. Ölkəmizdə “Doing Business”in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib. Eyni zamanda, sahibkarların elektrik, su, qaz təchizatı şəbəkələrinə qoşulmaq üçün müraciət imkanları artırılıb.
Həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi də böyük əhəmiyyət daşıyır. Bu, sahibkarlar üçün yeni perspektivlər deməkdir. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
Aparılan islahat tədbirlərinin nəticəsi olaraq milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Hazırda iqtisadiyyatımızın 80 faizdən çoxunun özəl sektorda formalaşması bunu əyani şəkildə təsdiqləyir.
Azərbaycanın güclü sahibkarlar ordusunun milli iqtisadiyyatımızdakı getdikcə artan rolu bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya çəraitində xüsusilə nəzərə çarpır. Videoqəbulda da bildirildiyi kimi, pandemiya dövründə ayrı-ayrı ölkələrin iqtisadiyyatında tənəzzül meyilləri 20-30 faizə çatıb. Respublikamızda isə son 7 ayda iqtisadiyyatımızda geriləmə çox aşağı səviyyədə - cəmi 2,8 faiz həcmində olub. Həmçinin bəzi sahələrdə, xüsusilə qeyri neft sənayesində inkişaf dinamikası davam edib və bu sahədə 13 faizlik artım əldə edilib. Prezident İlham Əliyev milli iqtisadiyyatımızın dayanıqlılığının artmasında özəl bölmənin rolunu yüksək dəyərləndirib. Ölkəmizdə güclü sahibkarlar sinfinin formalaşmasından məmnunluğunu bildirən dölətimizin başçısı vəzifəyə yeni təyin olunan icra hakimiyyəti başçılarına sahibkarlara dəstək verməyi tapşırıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız”.
Azərbaycanın dövlət başçısı videoqəbulda özəl bölmə ilə bağlı vacib bir məqama da diqqət çəkib. Söhbət yerlərdə bəzi məmurların sahibkarlarla münasibətlərini heç də sağlam zəmin üzərində qurmamalarından gedir. Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər qoyulur, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət tətbiq edilməlidir. “Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır”, - deyə Prezident İlham Əliyev bildirib.
Sahibkarlar öz vəsaitlərini ölkə daxilində müxtəlif layihələrə yönəltməyə üstünlük verməlidirlər
Yuxarıda deyilənlər respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında yaradılan əlverişli biznes mühiti barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyevin bildirdiyi kimi, dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Eyni zamanda, hərtərəfli dövlət dəstəyi sahibkarların da məsuliyyətini artırır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini tam ödəməlidirlər. Məlum olduğu kimi, müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamız son illərdə bütün sahələrdə, o cümlədən də iqtisadiyyatımızda şəffaflığın artırılmasına güclü siyasi iradə nümayiş etdirir. Sahibkarlar bu proseslərdə, necə deyərlər, ön cəbhədə olmalıdırlar. Onlar kölgə iqtisadiyyatına qətiyyən yol verilməməlidirlər. Şəffaf fəaliyyət göstərməyən, vergilərdən yayınan sahibkarlar ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdırlar.
Azərbaycanın dövlət başçısının videoqəbulda vəzifəyə yeni təyin olunan icra hakimiyyəti başçılarına verdiyi digər mühüm tapşırıq regionlarda sərmayə qoyuluşunun stimullaşdırılması ilə bağlıdır. Azərbaycan investisiya cəlbediciliyi kifayət qədər yüksək olan ölkədir. Respublikamızdakı uzunmüddətli sabitlik, güclü iqtisadi potensial, yeni çağırışlara uyğun yaradılan mükəmməl hüquqi baza, müasir infrastruktur təminatı, dövlətin siyasi iradəsi ölkəmizdə əlverişli sərmayə mühitini şərtləndirən amillərdir. Yaradılan belə əlverişli şəraitdən bəhrələnməklə regionlarda müxtəlif layihələrin icrasına yerli və xarici investorlar cəlb edilməlidir. Videkonfransada da bildirildiyi kimi, burada əsas ümid yeri investorlaradır. Yerli investorlara çağırış edən Prezident İlham Əliyev vurğulayıb: “İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”.
Qeyd etmək yerinə düşər ki, respublikamızda sərmayə qoyuluşu üçün sahələr kifayət qədər çoxdur. Ölkəmizdə aqrar sektor innovativ əsaslarla inkişaf etdirilir, həmçinin regional sənaye quruculuğu diqqət mərkəzində saxlanılır. İnvestorlar məhz bu kimi sahələrə sərmayələr yönəltməklə həm bizneslərini genişləndirər, yeni gəlir imkanları əldə edər, həm də regionlarda iqtisadi aktivliyin artmasına öz töhfələrini vermiş olarlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20

