Azərbaycanda tarif dəyişikliyi bir sıra daxili və xarici amillərlə şərtlənir
06.01.2021 [09:36]
Tarif tənzimlənməsindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının respublikamızda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə daha aşağıdır
Xəbər verildiyi kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif Şurasının iclasında SOCAR-ın təklifi əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərəri nəzərə alınaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Hazırda dünya üzrə yanacağın qiymətində yüksək artım dinamikası müşahidə edilir
Qeyd edək ki, son illərdə ölkədə aparılan məqsədyönlü siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan özünün milli iqtisadiyyatının rəqabətqabiliyyətliliyini artırmaq, mümkün mənfi xarici təsirləri önləmək məqsədilə qlobal trendlərə və meydana çıxan yeni çağırışlara adekvat tədbirlər həyata keçirir. Tarif Şurasının qərarı ilə Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin artırılması da qlobal trendlərlə birbaşa bağlıdır.
Məlum olduğu kimi, son vaxtlarda birjalarda bir sıra obyektiv amillər, həmçinin bəzi hallarda subyektiv müdaxilələr üzündən neft və neft məhsullarının qiymətlərində enmə və qalxmalar müşahidə edilir. Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzinin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə də təsirsiz ötüşmür. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci ilin dekabr ayının sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir. Qiymətlərin enib-qalxmasını ayrı-ayrı ölkələrin timsalında da müşahidə etmək mümkündür. Müqayisə üçün bildirək ki, Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 7,2 lirə (1,66 manat) civarındadır. Qardaş ölkədə cəmi bir neçə ay ərzində benzinin qiymətində 32 faizlik artım baş verib. Qonşu Gürcüstanda ötən ilin martında 2,2 lariyə olan benzin dekabr ayında artıq 2,4 lariyə (1,25 manat) satılırdı. Ukraynada 2020-ci ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 markalı benzininin qiyməti 7 faiz artıb.
Bu tendensiya ötən ilin sonlarından etibarən artıq Avropada da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb. Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar - həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur. Almaniyanın “ZDF” telekanalının proqnozuna görə, bu ölkədə yanacağın qiymətində artım 2021-ci ildə də davam edəcək.
Bu məqamda ayrı-ayrı ölkələrdə benzinin və dizel yanacağının müqayisəli qiymətlərini təqdim etmək yerinə düşərdi. Beləliklə, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti isə Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir.
Avropa ölkələrində isə yanacağın qiyməti daha yüksəkdir. Onu da vurğulayaq ki, Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
Tarif tənzimlənməsində yanacağın keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması kimi mühüm amillər əsas götürülüb
Yuxarıda qeyd olunan qlobal trendlərlə yanaşı, bir sıra daxili amillər də ölkədə Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artmasını şərtləndirir. Son illərdə Azərbaycana avtomobil idxalının artması benzinə və dizelə tələbatı yüksəldib. Məlumat üçün bildirək ki, respublikamıza 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib.
Ölkədə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin artırılmasını şərtləndirən digər amillər də var. Bu sırada bəhs olunan məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi kimi amilləri sadalamaq mümkündür. Verilən məlumatlara görə, respublikamızda 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb. Xatırladaq ki, dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əməkhaqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün zəruri nəzarət tədbirləri həyata keçiriləcək
Mütəxəssislər qeyd olunan seqmentlər üzrə tarif dəyişikliyinin istehlak bazarına mənfi təsirlərinin az olacağını düşünürlər. Bildirilir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan onun qiymətinin müəyyən qədər artması istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsait büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da yönəldilə bilər.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün isə onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Bundan başqa, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Eyni zamanda, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Bundan başqa, alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. Paralel şəkildə, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
Əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir
Şübhəsiz ki, əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir. Ekspertlərin də qeyd etdikləri kimi, indiki tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi təsir göstərməyəcək.
Ümumiyyətlə, ölkəmizdə əhalinin sosial müdafiəsi daim diqqətdə saxlanılır və bu istiqamətdə tədbirlər davamlı xarakter daşıyır. 2019-cu ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iki mərhələdə böyük sosial paket reallaşdırıldı. Ötən ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 milyon nəfər olub (əhalinin 42 faizi). Sosial islahatların maliyyə yükü 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Bəhs olunan sosial islahatlar çərçivəsində 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əməkhaqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20-100 faiz həcmində artırılıb. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4 faiz artırılıb.
Azərbaycan özünün nümunəvi sosial siyasətinə, həmçinin bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə də sadiq qalıb. Belə ki, ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib. 2020-ci ilin dekabrında yeni sosial dəstək paketi təsdiqlənib. Bəhs olunan sosial paketə uyğun olaraq, şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə verilən aylıq müavinətlər, eləcə də “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü, əlillik dərəcəsinə görə nəzərdə tutulan müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bundan başqa, postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

