Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
25.02.2021 [09:11]
Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası - TDƏŞ) energetika nazirlərinin birinci görüşü keçirilib. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb. İclasa sədrlik edən nazir bildirib ki, türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nüfuzlu, çoxtərəfli əməkdaşlıq formatı kimi uğurla inkişaf edir və Azərbaycan bu əməkdaşlığın humanitar müstəvidən çoxşaxəli iqtisadi müstəviyə doğru genişlənərək inkişafına öz töhfəsini verir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 milyard dollar investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 milyard dollar sərmayə yatırıb”.
P.Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: “Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.
Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.
Təşkilatın Baş katibi B.Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək Cənub Qaz Dəhlizinin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.
Görüşdə, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye nazirinin müavini Veronika İsayeva, Özbəkistan energetika nazirinin elm və innovasiyalar üzrə müşaviri Əziz Əliməhəmmədov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin energetika və iqlim üzrə xüsusi səfiri Dora Zombori çıxış edib.
Nazirlər görüşündə fevralın 23-də keçirilmiş energetika üzrə işçi qrupunun birinci iclasının hesabatı nəzərdən keçirilib, enerji marşrutlarının inkişafı və şaxələndirilməsi, enerji resursları və neft-kimya məhsullarının istehsalı və tədarükündə regiondaxili əlaqələrin gücləndirilməsi, neft və qaz sektorunda, bərpaolunan enerji mənbələri və qabaqcıl texnologiyaların inkişafı üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyi üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, energetika sahəsində birgə təlim mərkəzinin yaradılması, təcrübə mübadiləsi məqsədi ilə tədbirlərin keçirilməsi təklif edilib.
Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

