Azərbaycanda dinamik inkişaf tempi yüksəlməkdə davam edir
23.06.2010 [11:02]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri və davamlı islahatlar nəticəsində respublikamızda dinamik inkişaf meyilləri yüksəlməkdədir. Dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi iqtisadiyyatın bütün sahələrində dinamizm meyilləri ilə müşahidə edilməkdədir. Respublikamızda davam edən inkişaf dinamikası ilin əvvəllərindən başlayaraq hər ay artım tempi ilə müşahidə olunur.
2010-cu ilin ötən beş ayı ərzində ölkəmizdə ümumi daxili məhsul (üDM) istehsalı 4,3 faiz artaraq 16,5 milyard manata çatıb. Bu, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artım deməkdir. üDM-in 68 faizi məhsul istehsalı sahələrində, 26 faizi xidmət sahələrində, 6 faizi isə vergi daxilolmaları bölmələrində əldə olunub. ötən 5 ay ərzində adambaşına düşən milli məhsul istehsalı isə 3,1 faiz artaraq 1858 manatı ötüb. Son bir ildə bu, təxminən hər nəfərə görə, 13 dollar artım deməkdir.
ümumi daxili məhsul istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək olar. Sənaye, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, nəqliyyat, xidmət, turizm və digər bölmələrdə artım qeydə alınıb. ötən müddət ərzində sənaye bölməsi daha çox inkişaf edib. Bu ilin 5 ayı ərzində 12,1 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
ölkəmizin ümumi inkişaf dinamikasının makroiqtisadi göstəricisi olan üDM-in strukturunda qeyri-neft sektorunda artım meyillərinin daha yüksək olması diqqəti xüsusilə cəlb edir. Belə ki, 2010-cu ilin əvvəllərindən başlayaraq qeyri-neft bölməsində inkişaf tempi daha da canlanmaya səbəb olub və bu sahədə artım tempi təxminən 5 faiz təşkil edib. Neft sektorunda isə artım tempi 3,5 faizə bərabər olub. Yəni, qeyri-neft sektoru neft sektoru ilə müqayisədə 1,5 dəfə çox inkişaf edib.
Respublikamızda həyata keçirilən sosial siyasət 2010-cu ilin ötən dövründə də öz mühüm nəticələrini göstərib. İqtisadi və sosial sahələrdə orta aylıq əməkhaqqında artım qeydə alınıb. Belə ki, yanvar-may aylarında əməkhaqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 313,9 manata, hər nəfərə düşən gəlirlər isə 8,3 faiz çoxalaraq 1056,7 manata çatıb. ümumiyyətlə, Azərbaycanda həyata keçirilən inkişaf və modernizasiya strategiyası respublikamızda iqtisadiyyatın artım dinamikasının davamlılığına və sosial inkişafın təmin edilməsinə səbəb olub.
ölkəmizdə investisiya sahəsində həyata keçirilən tədbirlər isə bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsinə impuls verib. Azərbaycanda iqtisadi fəallıq artmaqda davam edib və bu amil sərmayə proqramlarının davamlılığını təmin edib. 2010-cu ilin ötən 5 ayı ərzində ölkəmizdə investisiya fəallığı da yüksək olaraq qalıb və sərmayə qoyuluşlarında artım templəri müşahidə edilib. Belə ki, bu müddətdə ölkəmizə 3 milyard manat məbləğində investisiya qoyulub. Sərmayələrin böyük bir hissəsi, təxminən 2 milyard manatı tikinti-quraşdırma işlərinə yönəldilib. ümumiyyətlə, 2009-cu ilin 5 ayı ilə nisbətdə bu ilin ötən dövründə qoyulmuş investisiyaların həcmi 11,3 faiz artıb. Onu da qeyd edək ki, sərmayələrin təxminən 78 faizi, yəni, 2,3 milyard manatı daxili investisiyalardan ibarət olub. Xarici investisiyaların həcmi isə 675 milyon manat təşkil edib ki, bu da 44,6 faiz artım deməkdir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür və bu gün Azərbaycanda artıq güclü dövlətə çevrilib. Dövlət başçısı qeyd edib ki, bundan sonra da güclü sosial siyasət aparılacaq, iqtisadi imkanlarımız genişləndiriləcək: “Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bizim daxili imkanlarımıza əsaslanaraq dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

