29 mlrd. 879 milyon - müstəqillik tarixinin ən böyük büdcəsi
11.11.2021 [10:53]
Sosial müdafiə və sosial təminat xərclərinə 3 milyard manatdan çox vəsait ayrılacaq
2022-ci ilin büdcəsinin layihəsində ölkəmizin güclü iqtisadi potensialı, həmçinin dövlət siyasətinin prioritetləri, indiki strateji dövrün yeni çağırışları nəzərə alınıb
Azərbaycanın dinamik inkişafı dövlət büdcəsinin ilbəil daha da artmasında özünü qabarıq şəkildə göstərir. Bu baxımdan, 2022-ci ilin dövlət büdcəsi də istisna təşkil etməyəcək. Hazırda Milli Məclisin müvafiq komitələrində, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 mlrd. 816 milyon manat, xərclərinin isə 29 mlrd. 879 milyon manat olacağı gözlənilir. Rəqəmlərdən də göründüyü kimi, bu, müstəqillik tariximizdə Azərbaycanın ən böyük büdcəsidir. Sənədə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.
Müzakirələrdə də bildir?ldiyi kimi, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri ölkəmizin reallıqları əsas götürülməklə proqnozlaşdırılıb. “İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, cari ildə ölkədə iqtisadi artım tempinin 5 faizdən çox olması gözlənilir. Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər 20 faizədək artıb”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Qurum rəsmisi müzakirələr zamanı cari ilin əvvəlindən bəri Azərbaycanın qeyri-neft iqtisadiyyatında əldə olunan digər müsbət nəticələri də diqqətə çatdırıb. Öz növbəsində gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnozlar respublikanın iqtisadi inkişaf göstəricilərinə adekvat müəyyənləşdirilib.
Gələn ilin dövlət büdcəsinin xərclər istiqaməti isə Azərbaycanda ardıcıllıqla həyata keçirilən siyasətin prioritetləri nəzərə alınmaqla proqnozlaşdırılıb. Belə ki, 2022-ci il üzrə dövlət büdcəsinin əsas xərc istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd olunan Milli Prioritetlər və onların həyata keçirilməsi üçün qarşıya qoyulmuş strateji məqsədlər, eləcə də mövcud makro-fiksal çağırışlar nəzərə alınmaqla müəyyən edilib. 2022-ci ilin dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.
“Tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalacaq”. Bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. Qurum rəsmisi bildirib ki, gələn ilin dövlət büdcəsi xərclərinin 15 faizi, yəni 4 milyard 490 milyon manat həcmində vəsait bu məqsədlər üçün nəzərdə tutulub.
Qarşıdan gələn 2022-ci ilin dövlət büdcəsinin layihəsinə nəzər saldıqda bəlli olur ki, Azərbaycan növbəti ildə də özünün dərin məzmunlu sosial siyasətinə sadiq qalacaq. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün kifayət qədər vəsait nəzərdə tutulub. Layihədə sosial müdafiə və sosial təminat xərcləri üçün gələn ilin büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılması proqnozlaşdırılıb.
Gələn ilin dövlət büdcəsinin mühüm xərclər istiqamətlərindən biri səhiyyə sistemini əhatə edir. Qlobal pandemiya səbəbindən hazırda səhiyyə sahəsində meydana çı?an çağırışların əhatə dairəsi kifayət qədər genişdir. Layihədə bu amil nəzərə alınıb. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında aparılan müzakirələrdə bildirilib ki, son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı artıb. Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Həmçinin gələn il koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb.
Təhsil də Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Son 18 ildə bu istiqamətdə bir sıra Dövlət proqramları uğurla reallaşdırılıb. O cümlədən gələn ilin dövlət büdcəsində təhsil sahəsinə 3 884 325 660,0 manat vəsait ayrılması nəzərdə tutulub.
Postkonflikt dövründə Azərbaycanın qarşısında duran əsas çağırışlardan biri ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və ora Böyük Qayıdışı təmin etməklə bağlıdır. Hazırda bəhs olunan ərazilərdə zəruri infrastruktur qurulur, həmçinin yaşayış məkanlarının bərpası istiqamətində pilot layihələr reallaşdırılır. Gələn il bu istiqamətdə işlərin davam etdirilməsi üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub .
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

