Külək də bir sərvətdir...
13.11.2021 [09:16]
Dənizin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır
Dünyada enerji və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin aktuallığının artması ölkələrin qarşısına özlərinin enerji siyasətlərini dəyişməklə bağlı yeni çağırışlar qoyub. Bu çağırışlar, ilk növbədə, mənbələrinin şaxələndirilməsi, istehsalı prosesində karbon emissiyalarının azaldılması ilə bağlıdır. Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə, ötən il dünyada bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5%-ə, elektrik enerjisinin istehsalında isə 29%-ə yüksəlib. Beynəlxalq Enerji Agentliyi 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən 90%-nin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70%-nin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır.
Azərbaycan bərpa olunan enerji mənbələri ilə zəngin bir diyardır
Azərbaycan da bu kimi mühüm çağırışlara adekvat olaraq alternativ və bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadə etməyi ölkəmizin yeni trendlərindən biri kimi müəyyənləşdirib. Xatırladaq ki, ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında özünün yeni hədəfini - 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizədək azaldılması ilə bağlı əlavə könüllü öhdəlik götürdüyünü bütün dünyaya bəyan edib. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində nəzərdə tutulan beş prioritet sırasında yer alır.
Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti ölkəmizin bu sahədə zəngin potensialına əsaslanır. Belə ki, respublikamız alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin bir diyardır. Hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7538,4 MVt təşkil edir ki, bu da ötən illə müqayisədə 21,9 MVt artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası istismar olunur. Ölkəmizin enerji sistemində alternativ və bərpa olunan enerji mənbələrinin rolu isə getdikcə artmaqdadır. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən, 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək ölan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır.
O cümlədən ötən il Vətən müharibəsində işğaldan azad edilən ərazilərimiz də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərimiz 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir.
Yeni külək elektrik stansiyası tikiləcək
Artıq neçə onillikdir ki, doğma Xəzərin dərinliklərindən enerji resursları hasil edilir. Müstəqillik illərində respublikamız xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatları ilə zəngin yataqların işlənməsinə dair çoxsaylı müqavilələr imzalayıb. Həmin müqavilələrin icrası çərçivəsində qazanılan böyük həcmlərdə maliyyə vəsaiti ölkəmizin sosial-iqtisadi inkişafında, insan kapitalının formalaşmasında mühüm rol oynayır. Lakin Xəzərin sərvətləri yalnız onun dərinliklərində gizlənmir. Abşeron yarımadası, Xəzər dənizi küləklər məkanı kimi tanınır. Elə bu külək də bizim üçün əziz olan dənizin daha bir bol sərvətidir. Söhbət ilin bütün fəsillərində Xəzərin mavi sularını yalayan, dalğaları şahə qaldırıb sahilə çırpan “Xızırin dəli küləyi”nin elektrik enerjisinə çevrilməsindən gedir. Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı investorlarla dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bəli, Abşeronda, Xəzər sahilində külək elektrik stansiyasının tikiləcəyi tarix uzaqda deyil. “Bu ay Xızı rayonunun Yaşma qəsəbəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin inşa edəcəyi 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq”.
Bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib. Fikirlərinə davam edən nazir vurğulayıb: “Biz stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik. Həmin nümayəndə heyəti ilə, həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırırıq. Ümumiyyətlə, bu səfər rəsmi Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanları müzakirə etməyə şərait yaradacaq”. Bəhs olunan külək elektrik enerjisi stansiya??nın tikintisi ilə bağlı müqavilə 2020-ci ilin yanvarında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında imzalanıb. “ACWA Power” şirkəti təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

