Kənd təsərrüfatının inkişaf dinamikası ilbəil artmaqdadır
18.08.2010 [09:31]
ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş keçmiş sovet respublikalarının bir çoxunda bazar iqtisadiyyatının təmin olunması və iqtisadi islahatların həyata keçirilməsi sahəsində hələ də ciddi problemlərin yaşanmasına baxmayaraq, Azərbaycan həmin çətinlikləri çoxdan arxada qoyub və XXI əsrə yeni inkişaf templəri ilə daxil olub. Respublikamız davamlı və kompleks islahatlar strategiyasını dərinləşdirərək yeni əsrin ən inkişaf etmiş və islahatçı ölkəsi kimi tanınıb. ölkəmizin iqtisadiyyatının çoxşaxəli inkişafı bütün bölmələrdə dinamizmin təmin olunmasına əhəmiyyətli dərəcədə baza yaradıb. Xüsusilə də, qeyri-neft sektorunun, həmin sektorun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişaf dinamikası ilbəil artmaqdadır.
Torpaq islahatlarının həyata keçirilməsi kənd təsərrüfatının inkişafında yeni mərhələ açdı...
Keçid iqtisadiyyatı yaşayan dövlətlərin əksəriyyətinin təcrübəsi göstərir ki, aqrar sahədə davamlı islahatlar həyata keçirmədən kənd təsərrüfatı məhsullarının artımına və ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyil. Mülkiyyətçilər torpağın tam sahibi olmadığı halda özəl təsərrüfatların formalaşdırılması da mümkün olmur və eyni zamanda, məhsul istehsalını artırmaq böyük çətinliklər törədir. Keçid iqtisadiyyatını başa vuran Azərbaycanda 15 ilə yaxındır ki, torpağın həqiqi mülkiyyətçisinə çevrilən kəndli-fermer təsərrüfatları respublikamızın zəruri ərzaq məhsulları ilə təmin olunmasında başlıca rol oynayırlar.
Qeyd etdiyimiz kimi, kənd təsərrüfatının inkişafına torpaq islahatlarının həyata keçirilməsi mühüm təsir göstərib. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Azərbaycan MDB-də torpaq islahatlarına start verən ilk ölkə oldu. Onu da qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, digər ölkələrdən fərqli olaraq respublikamızda torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olundular. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bununla yanaşı, ölkəmizdə fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və digər hüquqlar verildi ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
İslahatlar nəticəsində respublikamızda güclü mülkiyyətçilər sinfi yaranıb...
Torpaq islahatları respublikamızda güclü mülkiyyətçilər sinfi yaratmaqla, yeni torpaq-əkinçi münasibətləri formalaşdıraraq torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi. Həyata keçirilən aqrar siyasət qısa müddətdə öz mühüm nəticələrini göstərdi və ölkəmizdə kənd təsərrüfatı məhsullarının inkişaf dövrü başlandı. 1998-2002-ci illərdə kənd təsərrüfatında məhsul istehsalı 10 faizdən yüksək oldu ki, bu da mühüm iqtisadi göstərici kimi səciyyələndirilə bilər. Təkcə 2002-ci ildə kəndli-fermer təsərrüfatları və digər özəl aqrar qurumlar tərəfindən 2,2 mln. ton taxıl, 973,4 min ton tərəvəz, 329,3 min ton bostan məhsulları, 694,4 min ton kartof, 511,6 min ton meyvə, 80,2 min ton tütün, 1440 ton çay yarpağı, 223,6 min ton ət (diri çəkidə), 1 mln. 198,6 min ton süd, 561,6 mln. ədəd yumuta, 11,8 min ton yun, 148,3 ton barama istehsal edildi.
Hökumət aqrar sahədə istehsalın stimullaşdırılması üçün davamlı addımlar atır...
Bu gün ölkəmizdə fəaliyyət göstərən 2600-dən çox kəndli-fermer təsərrüfatları aqrar bölmədə xüsusi paya malikdirlər. Hazırda ölkə üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99, 1 faizi məhz onların payına düşür. Onu da qeyd edək ki, bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olub.
Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilib. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır.
Vətəndaşlar bütün növ kənd təsərrüfatı məhsulları ilə təmin olunacaqlar...
Bu gün ölkəmizdə əhalinin zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yaranmasına baxmayaraq, Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Bir nömrəli ərzaq məhsulu olan taxıl yerli tələbatı ödəməyə imkan verəcək. Dövlət Taxıl Fonduna məxsus anbarlarda və taxılçılıq dəyirmanlarında yığılan ehtiyat taxıl hesabına bu məhsula olan tələbat tam ödəniləcək.
2010-cu ildə istehsalı proqnozlaşdırılan digər kənd təsərrüfatı məhsullarının hesabına yerli tələbatın ödənilməsində problemlər yaranmayacaq. Təbii fəlakətin vurduğu zərərlərə baxmayaraq, ümumilikdə ölkə üzrə əkin sahələrinin artması hesabına bir sıra kənd təsərrüfatı məhsullarının artımı gözlənilir. Bu il daha çox heyvandarlıq məhsullarının həcmində artım proqnozlaşdırılır. ümumiyyətlə, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi yerli tələbatdan artıq olacaq ki, bu da bir sıra malların xarici ölkələrə ixracına imkan verəcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

