Azərbaycanın maliyyə-bank sistemi sağlam və rəqabətə dözümlüdür
20.08.2010 [09:59]
2010-ci ilin baş vurduğumuz aylarında respublikamızda müşahidə olunan yüksək inkişaf dinamikası beynəlxalq maliyyə qurumlarının və reytinq agentliklərinin Azərbaycanla bağlı yeni nikbin proqnozlar səsləndirməsinə səbəb olub. Dünyanın tanınmış reytinq agentliyi “Muds” (“Moody’s Investors Service”) respublikamızın maliyyə və bank sistemindəki vəziyyətin normal olduğunu bildirib və ümumilikdə bank sektoruna pozitiv qiymət verib. Təşkilat Azərbaycanın bank sistemi üzrə proqnozunu “sabit” dəyərləndirib.
“Muds”un ekspertlərinin qənaətinə görə, Azərbaycan bankları ötən müddət ərzində böhrana qarşı dözümlülük nümayiş etdirib və likvidliyini qoruyub saxlaya bilib. 2009-cu ildə dünya maliyyə-bank sistemində qlobal resessiyaların kəskin xarakter aldığı dövrdə belə Azərbaycanın bank sektoru xarici təsirlərə dözümlülük nümayiş etdirib, xüsusilə də, ilin ikinci yarısından başlayaraq bank-maliyyə sektorunda sabitliyin dərinləşməsi müşayiət olunub. Azərbaycan bankları öz daxili və xarici maliyyələşmə mənbələrini bərpa etməklə yanaşı, ötən il 1,2 milyard dollar həcmində xarici borcu geri ödəməklə inkişafı davam etdirib, aktivlərinin həcmini 9 faizə yaxın artırmağa nail olub. Azərbaycanın bank sistemi öz öhdəliklərinin təxminən 80 faizi səviyyəsində likvid aktivlərə malikdir ki, bu da minimal normadan 30 faiz çoxdur.
Reytinq agentliyi bu fikirdədir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi effektiv siyasət maliyyə sabitliyinin möhkəmlənməsinə səbəb olub ki, bu da bankların sağlam fəaliyyəti üçün stimul verib. Eyni zamanda, ölkədə müşahidə olunan sabit makroiqtisadi mühit bank sistemində də dinamikaya təsir göstərib, iqtisadiyyatda artım templərinin əldə olunmasında banklar rol oynayıb. “Moods” ekspertlərinin fikrincə, son bir ildə Azərbaycan banklarının aktivlərinin keyfiyyəti və likvidliyində sabitləşmə müşahidə olunub, əksər bankların gəlirliliyi artıb, divident əldə etmək imkanları yüksəlib. Bundan başqa, bankların iqtisadiyyata kredit qoyuluşlarında payı da artmaqdadır.
ümumilikdə, maliyyə-bank sistemindəki mövcud tendensiyanı müsbət dəyərləndirən beynəlxalq reytinq agentliyi bankların kapitallaşmasını təqdir edib və onların aktiv maliyyə qurumu kimi fəaliyyətinin genişlənməsi qənaətinə gəlib. Bütün bu amilləri nəzərə alan “Muds” Azərbaycanın bank sektoru ilə bağlı müsbət rəy verib. “Muds”in aparıcı analitiki və hazırlanan hesabatın müəllifi Lev Dorf bildirib ki, ölkəmizin iqtisadi, invesitisiya, maliyyə sabitliyinin dözümlü olması iqtisadiyyatın inkişaf dinamikasının stabil artım templəri ilə davam etməsinə əlverişli zəmin yaradıb.
İqtisadiyyatın maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsində fəallığını artıran banklar ötən il makroiqtisadi pozitivliyin yüksəlməsinə öz töhfəsini verib. 2009-cu ildə olduğu kimi, 2010-cu ilin birinci yarısında da bankların bir çox göstəricilər üzrə vəziyyəti yaxşılaşıb. Məsələn, bu ilin ötən dövrü ərzində bankların aktivləri 4,4 faiz, kredit portfeli isə 5,2 faiz artıb. Həmçinin, əhalinin banklara yerləşdirdiyi əmanətlərinin artımı 9,8 faiz olub. Lev Dorf bank sektorunda maliyə sabitliyinin möhkəmləndirilməsində və bu sahədə nəzarət və tənzimləmə siyasətinin təkmilləşdirilməsində Mərkəzi Bankın attdığı addımları da təqdir edib. Xüsusilə də, 2010-cu ilin əvvəllərindən bank sistemində maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi, likvidlik göstəricilərinin artırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, risk potensialının artırılması ilə bağlı həyata keçirilən siyasət yüksək qiymətləndirilir.
Mərkəzi Bankın uçot dərəcələrini, faiz dəhlizinin parametrlərini və məcburi ehtiyat normalarını dəyişməz saxlaması, manatın məzənnəsinin sabit səviyyədə saxlanmasına yönəlmiş siyasəti davam etdirməsi müsbət qiymətləndirilib. İnvestisiya mühitinin cəlbediciliyi, həmçinin, nizamnamə kapitalı xarici ölkələrə məxsus olan bankların da fəaliyyətinə mühüm təsir göstərib, onların kredit qoyuluşlarında və iqtisadiyyatın müxtəlif sahələrinə dəstəyində payı artıb. Məsələn, 2009-cu ildə xarici kapitalın iştirakı ilə yaradılan bankların Azərbaycan iqtisadiyyatına yatırdığı vəsaitlər 2 milyard manatı keçib ki, bu da ümumi kreditlərin 25 faizi deməkdir. Bu ilin birinci yarısında isə bu rəqəm 1 milyard manatdan xeyli artıq olub. “Muds” bunu xarici maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatına, investisiya bölmələrinə olan dərin inam və etibarın əyani təzahürü kimi səciyyələndirir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

