ARDNŞ Gürcüstanın enerji sektorundakı səmərəli fəaliyyətini genişləndirmək niyyətindədir
21.08.2010 [09:54]
Regionda və dünyada nüfuzu artmaqda olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) fəaliyyətini daha da genişləndirir. Azərbaycanın enerji sektorunda aparıcı rol oynayan ARDNŞ beynəlxalq miqyasda da geniş əlaqələr qurur, müxtəlif ölkələrdə nümayəndəliklərini yaradaraq irimiqyaslı enerji layihələri həyata keçirir, həmin ölkələrin enerji sektoruna böyük həcmdə investisiyalar yatırır. Bu bir reallıqdır ki, artıq ARDNŞ dünyanın aparıcı enerji şirkətləri sırasındadır. Geniş əlaqələr yaradan ARDNŞ Cənubi Qafqaz regionunun iqtisadi həyatında aktiv iştirak edir.
Məlum olduğu kimi, ARDNŞ-in ən geniş əlaqələr qurduğu ölkələrdən biri Gürcüstandır. Şirkətin Gürcüstanda təsis etdiyi “SOCAR Energy Georgia” qonşu ölkənin neft və neft məhsulları bazarında aktiv iştirak edir. Qeyd edək ki, şirkətin həmtəsisçiləri ARDNŞ (51 faiz), “Petro-Trans FZCO” (24,5 faiz), və İvan çxartişvilidir (24,5 faiz). ARDNŞ Azərbaycanla Gürcüstan arasında reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi və istismarında Azərbaycan tərəfini təmsil edir. ARDNŞ-in qonşu ölkədəki fəaliyyəti şirkətə gəlir gətirməklə yanaşı, yerli sakinlərin yaşayış şəraitinə də müsbət təsir göstərir. Bildiyimiz kimi, ARDNŞ Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirir. Hər ay yeni YDM-lərin istifadəyə verilməsi nəticəsində artıq onların sayı 45-ə çatıb. Yerli sakinlər sözügedən YDM-lərin tikintisi və istifadəsi zamanı yaradılan iş yerlərində işə cəlb olunur. Digər tərəfdən, Gürcüstanda yanacağa olan tələbatın ayda 70 milyon litr olduğunu nəzərə alsaq, ARDNŞ-in istifadəyə verdiyi YDM-lərin fəaliyyətinin ölkə əhalisinin yanacağa olan tələbatına ödənməsində rolu danılmazdır. Yanacaqdoldurma məntəqələrinin fəaliyyəti nəticəsində ARDNŞ Gürcüstan ərazisində hər ay təqribən 6 min ton benzin və dizel yanacağı satır. Şirkət bu ilin sonuna qədər YDM-lərin sayını 60-a çatdırmağı planlaşdırır. Əlavə edək ki, ARDNŞ-in Gürcüstanın neft və neft məhsulları bazarındakı fəaliyyəti təkcə yanacaqdoldurma məntəqələrinin tikintisi ilə yekunlaşmır. Dövlət Neft Şirkətinə məxsus olan Kulevi Neft Terminalı (“Qara Dəniz Terminalı”) Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neft və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını uğurla həyata keçirir.
ARDNŞ Gürcüstanın qaz sektoruna da böyük miqdarda sərmayələr gerçəkləşdirir. Şirkətin qonşu ölkədəki qolu “SOCAR Energy Georgia” bu vaxta qədər Gürcüstanın qazlaşdırılması üçün 20 milyon dollardan artıq vəsait sərf edib. ümumilikdə, bu günə qədər şirkət Gürcüstan iqtisadiyyatına 470 milyon dollar həcmində sərmayə yatırıb. ARDNŞ-nin həyata keçirdiyi qaz layihələri çərçivəsində tikilən yeni qaz kəmərləri Gürcüstan əhalisinin qazla təchizatının yaxşılaşmasına kömək edir. ARDNŞ həm də bu ölkəyə birbaşa olaraq qaz satışını həyata keçirir. Belə ki, Gürcüstanın ən çətin vaxtlarında qonşu ölkəyə hərtərəfli dəstəyini əsirgəməyən Azərbaycan bu ölkənin təbii qazla təminatında həlledici rol oynayan dövlətə çevrilib. Bildiyimiz kimi, Gürcüstanın mavi yanacağa olan tələbatının 70 faizi Azərbaycandan aldığı təbii qaz hesabına ödənilir ki, bunun da satışını ARDNŞ həyata keçirir. Bütövlükdə götürsək, Gürcüstanın enerji infrastrukturunun yenidən qurulmasında Dövlət Neft Şirkətinin xidmətləri çox böyükdür.
ARDNŞ qonşu ölkənin qazpaylayıcı şəbəkələrinin özəlləşdirilməsində olduqca fəal iştirak edir. Hazırda Gürcüstanda 30-a yaxın qaz şəbəkəsi “SOCAR Energy Georgia” şirkətinin mülkiyyətindədir və şirkət bu şəbəkələrin inkişafına böyük miqdarda investisiyalar ayırır. Azərbaycanın bütün qaz nəqliyyatı və qazpaylayıcı təsərrüfatını idarə edən ARDNŞ magistral qaz kəmərlərinin istifadəyə verilməsində böyük təcrübəyə malikdir. Bu səbəbdən də, Dövlət Neft Şirkəti Gürcüstanın enerji sektorundakı fəaliyyətini bundan sonra da genişləndirməklə ölkənin enerji infrastrukturunda daha əhəmiyyətli rol oynamağa çalışır. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayevin bu günlərdə jurnalistlərə açıqlamasında söylədiyi fikirlər də təsdiqləyir: “Gürcüstanda olan bütün kəmərlərin işlədilməsi, idarə olunmasında Azərbaycan Dövlət Neft Şirkətinin marağı var”.
Bir faktı da xatırladaq ki, Gürcüstan parlamentinin bir müddət öncə özəlləşdirməyə açıq elan etdiyi Rusiya-Ermənistan qaz kəmərinin qonşu ölkədən keçən hissəsinin alınmasına Qazaxıstanın “QazMunayQaz” və Rusiyanın “Qazprom” şirkətləri ilə yanaşı, ARDNŞ-in də maraq göstərdiyi bildirilir. Bu fikrə münasibət bildirən R.Abdullayev qonşu ölkədəki istənilən enerji layihəsində, eləcə də, kəmərlərin işlədilməsi, idarə olunmasında iştirakda rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib: “Bizim Gürcüstanda olan hər bir layihəyə, bütün enerji layihələrinə marağımız var. Hazırda biz də bu məsələlərə baxırıq. Gürcüstandakı bütün kəmərlərin, o cümlədən, sözügedən qaz xəttinin də işlədilməsində və idarə olunmasında maraqlıyıq”.
ARDNŞ-nin Gürcüstandakı səmərəli fəaliyyətinin qonşu ölkə rəhbərləri tərəfindən də yüksək qiymətləndirilməsi şirkətin fəaliyyətini stimullaşdırır. Beynəlxalq nüfuzu və əhəmiyyəti durmadan artan ARDNŞ-nin Gürcüstanda bundan sonrakı fəaliyyəti qonşu ölkə iqtisadiyyatının inkişafına daha böyük töhfələr verəcək.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

