Böyük coğrafiyada yaranan güclü iqtisadi birlik
10.02.2022 [11:11]
Mübariz ABDULLAYEV
Geniş coğrafiyada yerləşən türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının perspektivlərinə ümidlər böyükdür. İlk növbədə, onu vurğulayaq ki, tarixin sərt sınaqları türk dövlətlərinin yaxınlaşmasının qarşısını ala bilməyib. Bu gün türk dövlətlərinin birliyini möhkəm və uzunömürlü edən amillər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması və bu kimi digər fundamental səbəbləri sadalamaq mümkündür. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə də vurğulandığı kimi, Türk dövlətləri tarixən formalaşan möhkəm zəminə əsaslanmaqla müasir çağırışlar qarşısında öz güclərini birləşdirmək, gələcəyə doğru birlikdə addımlamaq niyyəti sərgiləyirlər. Bu birliyin möhkəm və uzunömürlüyü həm də iqtisadi amillərlə şərtlənir.
Türk dövlətlərinin yeni regional əməkdaşlıq modeli
Dünyada siyasi və iqtisadi maraqlar fonunda yaradılan bir sıra regional təsisatlar sadalamaq mümkündür. Türk dövlətlərini Türk Dövlətləri Təşkilatında bir araya gəlməsini əngəlləyə biləcək hər hansı bir siyasi amil mövcud deyil. Müəyyən dairələrdə və güc mərkəzlərində Türk dövlətlərinin yaxınlaşmasına qısqanc yanaşmalar sezilsə də, bu kimi cəhdlər ümumi axının, inteqrasiya meyilinin qarşısını almaq gücündə deyil. Bu baxımdan zaman, necə deyərlər, ədalətin, Türk dövlətlərinin yanındadır. Əsasən Xəzər-Qara dəniz hövzələrində böyük coğrafiyanı əhatə edən Türk dövlətləri həm də özlərində böyük iqtisadi gücü birləşdirir. Türk dünyasının iqtisadi lokomotivi, heç şübhəsiz ki, Türkiyədir. 761.4 milyard dollarlıq ÜDM-ə malik Türkiyə hazırda öz inkişafının ən yaxşı dövrünü yaşayır. Burada ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat qurulub. Türk birliyində sonrakı yerləri bölüşən Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar həcmində nominal ÜDM-ə malikdirlər. Bütövlükdə, Türk dünyasında 1,2 trilyon nominal ÜDM formalaşır ki, bu da kifayət qədər böyük həcmdir. Mütəxəssislərin qənaətlərinə görə, yuxarıda bəhs olunan toplantıda baş verən institusional dəyişiklik qurumda birləşən dövlətlərin iqtisadi inteqrasiyası baxımından da əlverişlidir. Türk Dövlətləri Təşkilatı bir növ Avropa İttifaqına oxşar regional əməkdaşlıq platformasıdır. Hazırda təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. Bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradır. Bütün bunlar ondan xəbər verir ki, Türk dünyasında perspektivdə iqtisadi əlaqələr daha da dərinləşəcək.
İqtisadi inteqrasiya perspektivləri
İndiyədək TDT-da təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.
Azərbaycan-Türkiyə əlaqələri digər Türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı qarşıya real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Bütövlükdə, Türkdilli ölkələr arasında ümumi ticarət dövriyyəsi 21 milyard dollara çatıb. Potensial isə bundan xeyli çoxur. Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirir. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi ötən ilin martında qüvvəyə minib. Türkiyə digər dost ölkələrlə də oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.
“Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir”. Bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşdə bildirib.
“Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir”, - deyə M. Cabbarov qeyd edib.
Nəqliyyat sahəsində əməkdaşlıq
Nəqliyyat sektoru TDT-da birləşən ölkələr arasında iqtisadi əməkdaşlıq üçün unikal bir istiqamət ola bilər. Azərbaycan Prezidenti dəfələrlə belə bir fikri əsaslandırıb ki, maraqlı qüvvələr zamanında Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla Türk dövlətlərinin tarixi birliyini pozublar. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranan yeni reallıqlar fonunda, necə deyərlər, tarixin səhvlərini düzəltmək məqamı yetişib. Söhbət Azərbaycanın əsas hissəsindən başlayıb Naxçıvana, oradan da Türkiyəyə qədər uzanacaq Zəngəzur dəhlizinin yaradılmasından gedir. Bununla Türk dövlətlərinin tarixi-coğrafi birliyi bərpa olunacaq. Dəhliz Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq.
Zəngəzur dəhlizi Azərbaycanın Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi üçün təqdim etdiyi yeganə platforma deyildir. Məlumdur ki, respublikamız son illərdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında özünün nəqliyyat-logistika infrastrukturunu əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub. Respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Azərbaycanın moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu Türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə çox mühüm töhfədir. Respublikamızın təşəbbüsü ilə yaradılan bu nəqliyyat bağlantısı Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Eyni zamanda, Azərbaycanın böyük investisiya qoyuluşu hesabına Xəzər sahilində yaratdığı Ələt limanı ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Hazırda qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımalar fasiləsiz olaraq həyata keçirilir. O cümlədən regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilir. Həmçinin Mərkəzi Asiya regionunda yerləşən Türkdilli dövlətlər Azərbaycanın yaratdığı nəqliyyat-logistika imkanlarından bəhrələnməklə öz yüklərini asanlıqla dünya bazarlarına çıxarda bilirlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

