Sahibkarların gözlədikləri qanun
10.02.2022 [23:03]
Dövlət başçısının imzaladığı sənədə əsasən sahibkarlıq subyektlərində yoxlamalar daha bir il ərzində dayandırılıb
Mübariz ABDULLAYEV
Ölkəmizdə aparılan islahatlar və dəstək tədbirləri çoxminli sahibkarlar ordusu öz imkanlarını asanlıqla reallaşdıra bilmələri və iqtisadiyyatımızın inkişafına daha sanballı töhfələr vermələrini hədəfə alıb. Belə ki, sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində daha bir mühüm addım atılıb. Fevralın 1-də Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib. Sənədə əsasən ölkə üzrə sahibkarlıq subyektlərində yoxlamalara daha bir il ərzində moratorium qoyulacaq.
Özəl sektora davamlı dövlət dəstəyi
Bəhs olunan qanunun dövlət başçısı tərəfindən təsdiqlənməsi Azərbaycanın məqsədyönlü dövlət siyasətində sahibkarlıq subyektlərinin dəstəklənməsinin mühüm istiqamətlərdən birini təşkil etdiyinin əyani göstəricisidir. Müstəqil Azərbaycanın ən böyük uğurlarından biri ölkədə liberal iqtisadiyyata keçidin təmin edilməsidir. Azərbaycan planlı, dövlətə bağlı iqtisadiyyatdan qurtulan və transformasiya proseslərini uğurla tamamlayan ölkələr sırasında yer alır. Respublikamızda sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə geniş çıxış imkanları var. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aparılmış təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib. O cümlədən, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb. Azərbaycan Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiqlənib. Qaydaya əsasən dəstək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək. Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışa dəstək üçün KOBİA-ya müraciətləri başlayıb.
Hazırda ölkə üzrə sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, bu xidmətlərə vahid məkanda asan və rahat çıxışın təmin olunması üçün KOB evləri şəbəkəsi genişləndirilir. Hazırda Yevlax və Xaçmaz şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOBİA-dan verilən məlumata əsasən, indiyədək KOB evlərində sahibkarlara ümumilikdə 79 min 461 xidmət göstərilib. Bunlardan 74 min 994-ü “G2B”, 4467-si isə “B2B” xidmətlərdir.
Sahibkarlar ağır yükdən xilas olduqlarını düşünürlər
Milli Məclisdə təsdiqlənən və dövlət başçısı tərəfindən imzalanan sənədi heç bir mübaliğəyə yol vermədən “sahibkarların gözlədikləri qanun” kimi səciyyələndirə bilərik. Gizlətməyək, bir vaxtlar müxtəlif qurumlar tərəfindən aparılan yoxlamalar sahibkarlıq subyektlərinin fəaliyyəti üçün ən ağrılı məqamlardan biri idi. Sahibkarlar deyirlər ki, onlar hər gün “qoltuğu papkalıların” bir neçə təftişini yola vermək məcburiyyətində qalırdılar. Əslində, belə yoxlamaların arxasında qətiyyən sağlam niyyət dayanmırdı, “qoltuğu papkalılar” açıq-aşkar təhdid dili ilə danışırdılar və müxtəlif təmənnalar irəli sürürdülər. Belə yoxlamalar sahibkarlar üçün ağır yükə çevrilmişdi. Bundan itirən isə iqtisadiyyatımız olurdu. Etiraf edək ki, bitib-tükənməyən yoxlamalardan təngə gələn sahibkarlar çıxış yolunu özlərinin min bir əziyyətlə yaratdıqları təsərrüfat subyektlərini bağlamaqda görürdülər.
Artıq bir neçə ildir ki, ölkəmizdə belə neqativ halların qarşısı alınır. Respublikamızda biznes mühitinin optimallaşdırılması istiqamətində görülən tədbirlərin bir qismi sahibkarların incidilməsi, onların fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılması ilə bağlıdır. Bu kimi neqativlərə son qoyulmasını təmin etmək üçün hüquqi mexanizm işə salınıb. Belə ki, Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanunu təsdiq edib. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək, 2021-ci ilin mart ayında isə 2022-ci il yanvarın 1-dək uzadılıb. Bəhs olunan yeni qanunla sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan moratoriumun müddətinin 1 yanvar 2023-cü ilədək uzadılması nəzərdə tutulub. Beləliklə, sahibkarlar daha bir il müddətində nəfəslik qazanıblar. Sahibkarların istəyi odur ki, bu nəfəslik uzunmüddətli və daha geniş olsun. Sahibkarlar qanunvericilik çərçivəsində işləmək istəyirlər. Onlar son vaxtlarda ölkədə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində görülən tədbirlərdən, o cümlədən də vergi güzəştlərindən razıdırlar. Sahibkarlar yenilikləri ilə milli iqtisadiyyatımızı gücləndirmək, ölkəmizin ünvanına uğurlar qazandırmaq niyyətindədirlər. Əsassız yoxlamalar bu yöndə onların qarşısına böyük maneələr çıxardırdı, təşəbbüslərinin qarşısını alırdı. Yoxlamaların dayandırılması ilə sahibkarlar ağır bir yükdən xilas olduqlarını düşünürlər.
Yoxlamalar geriyə şamil edilməyəcək
Eksperlər ölkəmizdə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının qanunla tənzimlənməsi praktikasının artıq bir neçə ildir ki, özünü doğrultduğunu bildirirlər. Vurğulanır ki, bu, əslində Azərbaycan dövlətinin sahibkarlıq subyektlərinə yanaşmasının ifadəsidir. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında dövlətin, şəxsən Prezident İlham Əliyevin həmişə sahibkarların himayəçisi qismində çıxış etdiyini diqqətə çatdırıb. Yeni qanunu qəzetimizə şərh edən millət vəkili vurğulayıb: “Müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər”.
Fikirlərinə davam edən Vüqar Bayramov bildirib ki, bütövlükdə, qanunvericilikdə mühüm məqamlardan biri də yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. “Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna edilir”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20

