İrəvan sənədlərin imzalanmasına ümid edir
18.02.2022 [09:57]
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlanılıb
Mübariz ABDULLAYEV
Ermənistan haqq yoluna gəlir?
Azərbaycanın əsas hissəsi ilə üç onillik ərzində blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpası 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapan əsas müddəalardan biridir. Sözügedən müddəanın bəhs olunan Bəyanatda və digər mühüm sənədlərdə öz əksini tapması qalib Azərbaycanın diktəsi əsasında baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən kommunikasıya xəttini Zəngəzur dəhlizi kimi səciyyələndirib və bu termin beynəlxalq səviyyədə qəbul olunub. Zəngəzur dəhlizinin yaradılması regionda əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, uzunmüddətli sabitliyin təmin olunması, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılması baxımından böyük aktuallıq daşıyır. Yeni dəhliz Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Türk dövlətlərinin tarixi birliyinin bərpasına vəsilə olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Yeni nəqliyyat bağlantısının digər region dövlətləri, o cümlədən Ermənistan üçün də strateji önəmi kifayət qədər böyükdür.
Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqeyi
Qalib Azərbaycan ölkəmizin əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, oradan da Türkiyəyə qədər uzanacaq Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu dəhlizin yaradılması Azərbaycanın tarixi, milli və gələcək maraqlarına tam cavab verir. Ermənistan istəsə də, istəməsə də respublikamız bu dəhlizin yaradılmasına nail olacaq.
Zəngəzur dəhlizi avtomobil və dəmir yolu kimi iki mühüm seqmentdən ibarət olacaq. Məsuliyyətli dövlət olan Azərbaycan öz ərazisində hər iki seqment üzrə işlərə start verib. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur. Dəmir yolu xəttinin inşası 3 mərhələdə həyata keçirilir. Artıq Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin 70 faizi tamamlanıb. Bu gedişlə layihənin icrasının daha qısa müddətdə tam təmin olunacağını söyləmək olar. Bir qədər bundan əvvəl bəhs olunan nəqliyyat bağlantısının Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verildi. Hazırda həmin yol ilə yük qatarlarının hərəkəti təmin edilir və işğaldan azad olunan ərazilərə yüklər daşınır. Eyni zamanda, Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində - Kür çayı üzərində yeni körpü tikilir. Körpünün inşasının iki il müddətində tamamlanması nəzərdə tutulub.
Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlər cədvəl üzrə həyata keçirilir. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Bununla da Zəngəzur dəhlizinin yaradılmasında növbəti mərhələ başlayıb. Azərbaycan dəmir yolu xəttinin Ermənistan sərhədinədək olan hissəsini 2023-cü ildə tamamlamaq niyyətindədir.
Ermənistan üçün bəhanələrin sonu
2020-ci il noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalayan Ermənistan indiyədək müxtəlif manipulyativ vasitələrlə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışıb. Ermənistan rəsmiləri Rusiyanın və digər dövlətlərin, həmçnin beynəlxalq təşkilatların iştirakı ilə keçirilən görüşlərdə imzalanan sənədlərdə əksini tapan müddəaların yerinə yetirilməsinə razılığını bildirsə də, sonradan müxtəlif bəhanələrlə razılaşmalardan geri çəklib.
Lakin artıq hadisələrin gedişindən belə görünür ki, daha Ermənistanın yenidən manipulyativ davranışlara əl atmaq imkanları tükənib. Ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqı rəsmiləri, ondan əvvəl isə Rusiya Prezidentinin iştirakı ilə Soçidə baş tutan görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin ölkəsinin ərazisindən keçən hissəsinin çəkilməsinə razılığını ifadə etmişdi. Ermənistanın yeganə yolu razılaşmalara əməl etməkdir. Əks halda məğlub ölkəyə Avopa İttifaqından və Moskvadan təzyiqlər arta bilər. Azərbaycanın yeganə tələbi üçtərəfli Bəyanatda və digər sənədlərdə əksini tapan müddəaların yerinə yetirilməsidir.
“Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Fikirlərinə davam edən hökumət başçısı vurğulayıb: “Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”.
Ermənistan hökumətinin başçısı Zəngəzur dəhlizinin avtomobil seqmenti ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Məlum olduğu kimi, Ermənistanda indiyədək dəhlizin avtomobil yolu seqmenti ilə bağlı həmişə, necə deyərlər, ikibaşlı fikirlər səsləndirirdi və yaxud avtomobil yolu üçün çətin keçilən relyefə malik ərazilər təklif olunurdu. Artıq bu kimi tərəddüdlərin arxada qaldığını söyləmək mümkündür. N.Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər üçün tender elan edəcək: “Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”, - deyə Ermənistan hökumətinin rəhbəri əlavə edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

