Xarici ticarətdə müsbət və mənfi məqamlar
18.02.2022 [23:34]
Hansı malları alırıq, hansıları satırıq?
Mübariz ABDULLAYEV
Xarici ticarət lakmus kağızı kimi hər bir ölkənin iqtisadiyyatının durumunu və rəqabətqabiliyyətliliyini aydın şəkildə əks etdirir. Güclü iqtisadiyyata malik ölkələr xarici bazarlarda daha çox çeşiddə və daha yüksək keyfiyyətdə məhsullarla təmsil olunurlar. Aşağı texnologiyalı iqtisadiyyatlar isə xarici bazarlara son məhsul çıxarda bilmirlər, daha çox xammal satmağa üstünlük verirlər. Bəs Azərbaycanın xarici ticarətində vəziyyət necədir? Hansı malları alırıq, hansı malları satırıq?
Müstəqillik tarixində ən böyük qeyri-neft ixracı
Azərbaycanın son 18 ildə transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində ölkəmizə gələn neft gəlirlərini məqsədyönlü şəkildə qeyri-neft iqtisadiyyatının inkişafına istiqamətləndirməsi siyasəti öz müsbət nəticəsini verir. Respublikamızda milli iqtisadiyyatın postneft dövrünə hazırlanması prosesi uğurla gedir. Qeyri-neft iqtisadiyyatı üzrə bir sıra nəhəng istehsalatların inşası, istehsalın artması bunu əyani şəkildə təsdiqləyir.
Ölkədən qeyri-neft ixracının artması da belə müsbət məqamlar sırasında yer alır. Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında ölkəmizin xarici ticarətindəki ayrı-ayrı məqamlara diqqət çəkib. “Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 556 milyon dollar olub. Ticarət dövriyyəsinin 23 milyard 850 milyon dollarını və ya 67,1 faizini ixrac, 11 milyard 705 milyon dollarını (32,9 faizini) isə idxal təşkil edib. Dövriyyənin müsbət saldosu 12 milyard 144 milyon dollar olub. 2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracında daha çox artımlar müşahidə olunub. Belə ki, neftdən kənar ixrac 47,2 faiz, real ifadədə 38,4 faiz artaraq 2 milyard 713 milyon dollara çatıb. Bu, Azərbaycanın müstəqillik tarixində ən böyük qeyri-neft ixracatıdır”, - deyə millət vəkili vurğulayıb.
Vüqar Bayramov Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən bildirib k, ixracın 41,6 faizi İtaliya, 12,7 faizi Türkiyə, 4,1 faizi Rusiya, 4,0 faizi İsrailin payına düşüb. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində isə Rusiya (32,3 faiz), Türkiyə (24,9 faiz), İsveçrə (8,3 faiz), Gürcüstan (5,8 faiz), ABŞ (2,8 faiz) ilk beşliyi formalaşdırıblar.
İxracın artım dinamikası 2022-ci ilin yanvar ayında da kifayət qədər yüksək olub. Belə ki, ötən ay Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 232,2 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb. Müqayisə olunan dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, pambıq lifi ixracı 56,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq iplik ixracı 34,5%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 10,2% artıb.
Ölkəmizdən ixracın artmasını stimullaşdıran bir sıra amillərə diqqət çəkmək istərdik. Burada milli iqtisadiyyatımızın rəqabətqabiliyyətlilik göstəricisinin yüksəlməsini xüsusi qeyd etmək lazımdır. Son illərdə Azərbaycan innovasiya, elm tutumlu sənaye sahələrinin yaradılmasına prioritet yanaşma sərgiləyib. Yeni istehsalatlar yaradılarkən dünya bazarındakı trendlər nəzərə alınıb. Yəni iri sənaye parklarında böyük həcmlərdə investisiya qoyuluşu hesabına qurulan istehsalatlar birbaşa istehlakçı tələbinə uyğun işləyir ki, bu da öz səmərəsini verir.
Digər bir mühüm amil sahibkarlar üçün xarici bazarlara çıxış imkanlarının asanlaşdırılması ilə bağlıdır. Azərbaycan dövləti milli şirkətlərimizin xarici bazarlarda daha geniş miqyasda təmsil olunmalarına güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında respublikamızda 2017-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yaradılıb. İxracatçı sahibkarlar tələb olunan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən daha tez, əlavə resurs və vaxt sərf etmədən əldə edə bilirlər. Bu da öz növbəsində ixrac prosedurunu asanlaşdırır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il tarixində imzaladığı müvafiq Sərəncam əsasında yaradılan “Azexport.az” portal da məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdıran platformalar sırsında xüsusi yer tutur. Portral vasitəsilə Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası formalaşıb. İndi sahibkarların portal üzərindən öz məhsullarını 141 ölkədə fasiləsiz tanıtmaq imkanı var. Azexportun fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn ticarət platformalarda mövcudluğu 500 dəfə artıb.
Daha çox idxal,daha yüksək inflyasiya
Təbii ki, ixracın artması sahibkarların gəlirlərini yüksəldir. Lakin burada ölkənin milli maraqlarını da unutmaq olmaz. İdxal və ixrac mütləq müəyyən alətlərlə tənzimlənməlidir və daxili bazar qorunmalıdır. Ölkə daxilində yüksək tələbat duyulan bir sıra malların, ələlxüsus da yeyinti məhsullarının ixracının artırılmasının məntiqi başa düşülmür. Hazırda dünyada ərzaq bazarında arzuolunmaz proseslərin getdiyi hər kəsə bəllidir. Ərzaq məhsullarının qiymətləri sürətlə bahalaşır. Hətta çətinlikləri gözardı edən bəzi dövlətlər tələbatlarından artıq həcmlərdə ehtiyatlar tədarük edirlər. Belə olan halda bəs Azərbaycandan ərzaq məhsulları niyə xarici bazarlara göndərilməlidir? 2022-ci ilin yanvar ayı ərzində respublikamızdan meyvə-tərəvəz məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dollar həcmində artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə, 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dollar səviyyəsinə çatıb.
Ərzaq məhsullarının ixracının artması fonunda respublikaya analoji malların idxalı da genişlənir. Yəni biz ölkədə tələbat duyulan yüksək- keyfiyyətli kənd təsərrüfatı məhsullarımızı xarici bazarlara çıxarırıq, əvəzində isə respublikaya daha aşağı keyfiyyətdə, məsələn, kartof, digər tərəvəz məhsulları gətiririk. Bir daha vurğulayırıq ki, bu, heç bir halda məqbul sayıla bilməz. Yeyinti məhsullarının ixracına xüsusi qaydada, daxili bazarın tələbi əsas götürülməklə yanaşmaq lazımdır. Milli Məclisin deputatı Vüqar Bayramovun da qeyd etdiyi kimi, yeyinti məhsullarının idxalının artması daxili bazarda inflyasiyanın səviyyəsini yüksəldir. “Xarici ticarətdə diqqəti çəkən məqamlardan biri də bir sıra ərzaq məhsullarının idxalında artımların davam etməsidir. Belə ki, əvvəlki ilə müqayisədə 2021-ci ildə xam şəkər (1,9 dəfə), unlu qənnadı məmulatlarının (21,4 faiz), kartofun (17,7 faiz), təzə tərəvəzin (12,4 faiz), şokolad və şokolad məhsullarının (11,5 faiz), quş əti və onun əlavə məhsullarının (3,7 faiz), təzə meyvənin (1,1 faiz) idxalı artıb. Xüsusilə kartof və tərəvəz kimi kənd təsərrüfatı məhsullarının idxalındakı artımlar idxal inflyasiyası yaratmaqla bu məhsullar üzrə istehlakın daxili istehsal hesabına ödənilməsinin vacibliyini bir daha gündəmə gətirir. Dünya bazarında qiymət artımlarının davam etdiyi və ərzaq qıtlığı riskinin olduğu bir dönəmdə ərzaq məhsullarının idxalının minimumlaşdırılması əsas prioritet olaraq qalmalıdır”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36

