Qiymət manipulyasiyalarına son!
23.02.2022 [10:29]
Mübariz ABDULLAYEV
Hazırda dünyada cərəyan edən arzuolunmaz proseslər fonunda inflyasiyanın cilovlanması, qiymət manipulyasiyalarının qarşısının alınması və əhalinin sosial müdafiəsinin təmin olunması milli hökumətlərin qarşısında duran prioritet vəzifələr sırasında yer alır. Dünyaya sıx inteqrasiya edən Azərbaycan da öz siyasətində yeni çağırışları nəzərə alaraq adekvat addımlar atır. Elə bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib. Eyni zamanda, Baş nazir Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin Sərəncamını imzalayıb. Həm İqtisadi Şuranın iclasında, həm də bəhs olunan sənəddə ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi və qiymət manipulyasiyalarına qarşı daha səmərəli mübarizə mexanizmlərinin işə salınması diqqət mərkəzində saxlanılan əsas məsələlər olub.
Sərhədlərin o tayından gələn mənfi təsirlər
İqtisadi Şuranın iclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələrək “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub. Qeyd edək ki, respublikamızda ötən il hədəflənən proqnozlardan yuxarı həddə inflyasiya əsasən sərhədlərin o tayından gələn mənfi təsirlər nəticəsində formalaşıb.
Son dövrlər dünyada hansı proseslərin getdiyi hər kəsə bəllidir. Verilən məlumatlara görə, qlobal miqyasda iqlim dəyişiklikləri geniş vüsət alıb. Yuxarıda bəhs olunan Sərəncamda da vurğulandığı kimi, iqlim dəyişiklikləri ilə yanaşı, koronavirus (COVID-19) pandemiyası da inflyasiyanın sürətlənərək qlobal xarakter daşımasını şərtləndirmişdir. Bu çərçivədə qlobal dəyər zəncirində qırılmalar, istehsal məsrəflərinin artması, əhali və biznesə dəstək üçün həyata keçirilən fiskal ekspansiya, həmçinin tələb və təklif arasında uyğunsuzluq inflyasiyanın əsas amillərinə çevrilib. Dünya əmtəə bazarlarında ərzaq məhsullarının kəskin bahalaşması əksər ölkələrdə inflyasiyanın sürətlənməsi ilə müşahidə olunmaqla yanaşı, makroiqtisadi sabitliyə mənfi təsiretmə risklərini də artırıb.
Ötən ilin ikinci yarısından etibarən qlobal miqyasda mənfi proseslər daha da dərinləşdi. Belə k, qlobal inflyasiyanın xərc amilləri aktivləşdi. Eyni zamanda, ölkəmizin əsas ticarət tərəfdaşlarında qiymətlər kəskin şəkildə artdı. Bütün bunlar isə Azərbaycanın da istehlak bazarına təsirsiz ötüşmədi və respublikamıza idxal inflyasiyası gətirdi. Belə bir şəraitdə inflyasiyanın iqtisadi fəallığa və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində tədbirlər görülməsi zərurətə çevrilib. Sərəncamda oxuyuruq: “İnflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün artdığı, idxal olunan məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı və əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır”.
Daxili bazarın yüksək qiymətlərdən qorunması
Xaricdən Azərbaycanın istehlak bazarına mümkün mənfi təsirlər öz yerində. Təəssüf doğuran haldır ki, burada daxili amillər də yox deyil. İndiki şəraitdə daxili istehlakın bütünlüklə yerli istehsal hesabına qarşılanması aktuallığı daha da artıb. Sərəncamda da vurğulanır ki, 2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Düzdür, son illərdə görülən tədbirlər sayəsində ölkəmizdə bir sıra mühüm istiqamətlər üzrə daxili tələbatın yerli istehsal hesabına qarşılanması təmin edilib. Və bu hədəfə yaxınlaşmışıq. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəf isə ərzaq təhlükəsizliyini möhkəmlətmək və daxili tələbatın tam şəkildə yerli istehsal hesabına qarşılanmasına nail olmaqdır. Əslində, respublikamızın coğrafi-iqlim xüsusiyyətlərini, eləcə də iqtisadi potensialını, investisiya imkanlarını nəzərə aldıqda, bu, tam real hədəfdir.
Eyni zamanda, söhbət ölkənin ərzaq təhlükəsizliyi, daxili istehlak bazarına inflyasiya təzyiqlərinin azaldılması kimi mühüm məsələlərdən gedirsə, burada daha radikal addımların atılması da vacibdir. Məsələn, son vaxtlarda “Yeni Azərbaycan” qəzeti bir neçə dəfə aşağıdakı aktual mövzunu gündəmə gətirib: Ölkəmizdə yetişdirilən, eyni zamanda, daxili bazarda böyük tələbat duyulan kartof və bəzi tərəvəz məhsulları, meyvələr ixrac edilir, əvəzində daha aşağı keyfiyyətli malları baha qiymətə idxal edirik. Bunun məntiqi izahı varmı? Daxili bazarın qorunmasına cavabdehlik daşıyan müvafiq qurumlar bunun qarşısını nə vaxt alacaqlar? İstehlak bazarında bəzi məhsulların yuxarı qiymətlərinin qarşısının alınmasının ən real yollarından biri məhz budur.
Müxtəlif qurumlara verilən tapşırıqlar
Bəhs olunan Sərəncamda istehlak bazarında əsas ərzaq məhsullarının yuxarı qiymətlərinin aşağı salınması, inflyasiyanın cilovlanması məqsədilə müvafiq qurumlara bir sıra tapşırıqlar verilib. O cümlədən İqtisadiyyat Nazirliyinə minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görüb nəticəsi barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumat vermək tapşırılıb. Sənədə əsasən, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə tutulub. Bundan başqa, yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqinə “yaşıl işıq” yandırılacaq. Yeni şəraitdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görüləcək.
Sərəncamda yer alan mühüm müddəalardan biri daxili bazarda qiymət manipulyasiyasına qarşı mübarizə tədbirləri ilə bağlıdır. Qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. Ümumiyyətlə, sənəddə daxili istehsalın genişləndirilməsi, inflyasiyanın qarşısının alınması, qiymətlərin optimallaşdırılması, qiymət manipulyasiyasına qarşı daha səmərəli mübarizə aparılması ilə bağlı nəzərdə tutulan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

