Yaradıcı sənayenin biznes imkanları
24.02.2022 [10:15]
Mədəniyyətimizi, ənənələrimizi sənayeyə necə daşıyırıq?
Mübariz ABDULLAYEV
İlk baxışda mədəniyyətin sənaye ilə əlaqəsi qəribə səslənə bilər. Ancaq belə bir əlaqə var. Yaradıcı sənaye hazırda müasir trendlərdən biri sayılır və ona maraq getdikcə artır. İndiki dövrdə iqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dinamik inkişaf edən sahələrə çevrilib. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də bir biznes sahəsidir.
Kreativ sənaye dünyada
Son dövrlərdə yaradıcı sənayenin inkişafı bir növ qlobal xarakter alıb. Belə ki, hazırda bu sahənin inkişaf dinamikası bütün dünya üzrə kifayət qədər yüksəkdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, yaradıcı sənaye hər il dünyada orta hesabla 2 trilyon ABŞ dollarından artıq gəlir gətirir. Bu sahənin əmək bazarına təsir imkanları da getdikcə genişlənir. Belə ki, yaradıcı sənaye hər il dünya üzrə 30 milyon iş yerini təmin edir.
Yaradıcı sənayenin xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada, necə deyərlər, dünyanın rəngarəng mənzərəsini, ayrı-ayrı xalqların ənənələrini, milli xüsusiyyətlərini və əlbəttə ki, müasir inkişaf səviyyəsini görmək mümkündür. Belə demək mümkündürsə, xalqlar tarixdən gələn ənənələrini yaşatmaqla həm də öz həyatlarını təmin edirlər. Yaradıcı sənayenin dinamik inkişafı, eyni zamanda, dünyada turizmin daha geniş yayılması, insanların ənənələrə və tarixi dəyərlərə marağının artması, nəsillər arasında əlaqələrin qorunmasına böyük önəm vermələri ilə bağlıdır. Tarixlə, fərqli mədəniyyətlərlə bugünkü intensiv həyatın sintezi milli-etnik-dini mənşəyindən asılı olmayaraq insanlara güclü impuls verir.
Yaradıcı sənayenin Azərbaycanda geniş inkişaf perspektivləri
Azərbaycanda da yaradıcı sənayenin geniş inkişaf perspektivləri var. Ölkəmiz zəngin mədəniyyətə malikdir. Tarixən respublikamızın ayrı-ayrı regionlar??da insanlar dulusçuluq, xalçaçılıq, miniatür sənəti kimi sahələrə böyük maraq göstəriblər və yaratdıqları sənətkarlıq nümunələri ilə öz həyatlarını təmin ediblər. Ənənələr bu gün də yaşayır. Xüsusilə son illərdə ölkə üzrə “ABAD” müəssisələrinin yaradılması, xalçaçılıq şəbəkəsinin genişləndirilməsi, yerlərdə studiyaların təşkili yaradıcı sənayeni əhəmiyyətli dərəcədə canlandırıb. Yeri gəlmişkən, KOBİA-dan qəzetimizə bildirilib ki, bu günlərdə ölkəmizdə kreativ sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub. Mədəniyyət Nazrliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
KOBİA-nın məlumatında diqqətə çatdırılır ki, tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, bu sahədə dövlət-özəl sektor əməkdaşlığının inkişafı, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilib. Həmçinin kadrların hazırlanmasına, təlimlərin təşkilinə, sektor üzrə müəyyən güzəştlərin edilməsinə, sərgilərə və reklama dəstəyin göstərilməsinə dair fikir və təkliflər irəli sürülüb. Tədbirdə Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün geniş potensialın olduğunu vurğulayan KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov yaradıcı turizm istiqamətinin genişləndirilməsinə, kreativ klasterlərin yaradılmasına, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması üçün onlara lazımi dəstəyin göstərilməsinə və digər məsələlərə dair təkliflər səsləndirib.
Ölkəmizdə yaradıcı sənayenin inkişafına t?hfə verən qurumlardan biri də Mədəniyyət Nazirliyidir. Mədəniyyət naziri Anar Kərimov yaradıcı sənaye sahəsində qurumun fəaliyyətinə diqqət çəkib. Qurum rəsmisi bildirib ki, yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti çoxşaxəlidir. Nazir bildirib ki, ölkəmizdə yaradıcı sənaye ilə bağlı qanunvericilik təkmilləşdirilir. Eyni zamanda, nazirliyin Yaradıcı Sənayelər Federasiyası ilə əməkdaşlığı getdikcə genişlənir. Həmçinin sektorun problemlərinin öyrənilməsi, satış platformalarının yaradılması və digər istiqamətlərdə işlər aparılır.
Tədbirə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təqdimatında Agentliyin müvafiq sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını diqqətə çatdırıb.
Kreativ sahibkarların vahid reyestrinin yaradılması
Respublikamızda yaradıcı sənayenin inkişafı ilə bağlı diqqət çəkən fikirlərdən biri də bu sahədə ixracın genişləndirilməsi ilə bağlıdır. “Azərbaycanda yaradıcı sənayelərin inkişafını şərtləndirən amillərdən biri də onların ixrac potensialının artırılmasıdır”. Bu fikri tədbirdə KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov səsləndirib. Onun sözlərinə görə, bu məqsədlə dövlət-özəl sektor əməkdaşlığının potensialı artırılmalı, qanunvericilikdə müəyyən güzəştlər tətbiq edilməlidir. Fikirlərinə davam edən qurum rəsmisi vurğulayıb: “Məsələn, yerli kino sənayesində peşəkar çəkiliş studiyalarının olmaması bu məhsulun ixrac imkanını aşağı salır. Həmçinin, ixrac olunacaq kreativ məhsulların brendləşməsini təklif edirik. Burada sənaye və kənd təsərrüfatında dövlət dəstəkli “Made in Azerbaijan” kimi yaradıcı biznesi ixraca təşviq edəcək brendin yaradılması daha yaxşı olardı”.
Tədbirdə səsləndirilən maraqlı fikirlərdən biri də Azərbaycanda kreativ sənayesi sahəsində fəaliyyət göstərən şəxslərlə işin düzgün təşkil edilməsi məqsədilə bu sahədə çalışan sahibkarların reyestrinin yaradılması ilə bağlıdır. Orxan Məmmədovun bildirdiyinə görə, müxtəlif sahəvi və həssas qrupları birləşdirən assosiasiyalar tərəfindən çoxsaylı işlər görülür. “Burada çalışanların bir reyestr üzərindən birləşdirilməsi inklüzivliyin artırılmasına və aparılan işlərin sinerji effektinin yaranmasına zəmin yaradar”, - deyə qurum rəsmisi vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

