TAP-ın genişləndirilməsi gündəmdə
25.02.2022 [10:13]
M.ABDULLAYEV
Azərbaycan ötən bir il ərzində Avropanın “mavi yanacaq” təchizatında proqnozlaşdırıla bilən ölkə olduğunu təsdiqlədi. Xəzərdə zəngin resurslara malik respublikamız ədalətli enerji siyasəti həyata keçirir, öhdəliklərinə yüksək səviyyədə əməl edir və kritik məqamlarda əlavə şərtlər irəli sürmür. Bu da “qoca qitə”də alternativ mənbə olan, eyni zamanda, Cənub Qaz Dəhlizi kimi müasir infrastruktur quran ölkəmizə böyük inam formalaşdırır. Xəzərdən Avropayadək təxminən 3500 kilometr məsafədə uzanan və XXI əsrin ən böyük layihələrindən olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.
Yeni nəql marşrutunun sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci il dekabrın üçüncü ongünlüyündə tamamlandı. TAP-ın işə düşməsi ilə “Şahdəniz” yatağından hasil olunan qazın Avropaya nəqlinə start verildi. Beləliklə də, başlanğıcda çoxlarının skeptik yanaşdığı Cənub Qaz Dəhlizi reallığa çevrildi. Hazırda Azərbaycanın iradəsi ilə ərsəyə gələn bu dəhliz “qoca qitə” üçün, necə deyərlər, nəfəslik qismində çıxış edir. 2021-ci ildə yeni dəhliz vasitəsilə Avropaya 8 milyard kubmetrdən çox “mavi yanacaq” ötürüldü. Cari ildə isə bu rəqəmin 10 milyard kubmetrə çatdırılması və perspektivdə daha da artırılması hədəflənib.
TAP-ın yaratdığı imkanlar
Trans-Adriatik Boru Kəməri Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. Bəhs edilən infrastruktur Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunan qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.
Boru kəməri TANAP-la Türkiyə-Yunanıstan sərhədində, Kipoidə birləşir. Boru kəməri Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz).
Bəs TAP necə genişləndirilsin?
Bir sıra geosiyasi amillər, o cümlədən də Rusiya ilə Ukrayna arasında müharibə fonunda “mavi yanacaq” təhdidləri ilə üzləşən Avropa hazırda və perspektivdə respublikamızdan daha böyük həcmlərdə qaz idxalına nail olmaq istəyir. Azərbaycan yeni yataqların istismara hazırlanması sayəsində “qoca qitə”yə indikindən xeyli artıq həcmlərdə qaz ixrac edə bilər. Bu barədə fevralın 4-də Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında geniş müzakirələr aparıldı.
Bəs mövcud infrastrukturun - Cənub Qaz Dəhlizinin seqmentlərinin buna texniki imkanları çatacaqmı? Sualın cavabı olaraq bildirək ki, hazırda Avropanın istəyi və respublikamızın imkanları nəzərə alınmaqla bəhs olunan infrastrukturun Avropaya aid seqmentinin - TAP-ın genişləndirilməsi məsələsi gündəmə gəlib.
Əslində, TAP-ın potensialı onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılmasına imkan verir. Bəs genişləndirmə layihəsi necə həyata keçirilsin? Bununla bağlı müzakirələr aparılır və müxtəlif versiyalar irəli sürülür. “Trans-Anadolu boru qaz kəmərinin (TANAP) ötürücülük gücü artırılmadan Trans-Adriatik kəmərinin (TAP) genişləndirilməsi ilkin mərhələdə mümkündür”. Bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropaya Cənubi Qaz Dəhlizi üzərindən ixracın artırılması məsələsi daha çox TAP boru kəmərinin konsorsiumunun qərarlarından asılıdır. Azərbaycanı bu konsorsiumda da SOCAR təmsil edir. Şirkət majoritar səhmdar deyil və yalnız 20%-lik səhmlərə malikdir. İ.Əhmədov qeyd edib ki, Avropa İttifaqının qanunvericiliyinə görə, hər bir qaz idxalçısı mütəmadi olaraq açıq mövsüm elan etməlidir, bu isə bazar araşdırılmalarının aparılması və genişləndirmə ilə bağlı müvafiq qərarların verilməsini tələb edir. “TAP konsorsiumu hər zaman bu cür açıq mövsümləri və bazar araşdırmalarını həyata keçirir. Ötən il onlar bu prosesə başlayıblar və bu il ərzində, yəqin ki, qərar (kəmərin genişləndirilməsi ilə bağlı - red.) veriləcək”, - deyə İ.Əhmədov vurğulayıb.
“Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üçün hazırda bazar sınaqları aparılır”. Bu fikri isə TAP-ın idarəetmə direktoru Luca Schieppati İtaliyanın “Quotidiano Nazionale” saytına müsahibəsində deyib. O, prosesin təklif mərhələsinin cari ilin iyul ayında başa çatdırılmasının planlaşdırıldığını bildirərək əlavə edib: “Biz TAP-ın ötürücülük qabiliyyətinin illik təxminən 12, 14, 17 və ya 21 milyard kubmetrə qədər artırılması üçün 4 texniki təklif təqdim etmişik. Bunun üçün mövcud kompressor stansiyaları yenilənməli və yeni ölçmə stansiyaları quraşdırılmalıdır. İllik 12 və ya 14 milyard kubmetr təbii qaz nəqli gücünə çatmaq üçün 4 il, 21 milyard kubmetrə çatmaq üçün isə 5 il vaxt lazımdır. Boru kəmərinin ötürücülük gücünün artırılması üçün lazım olan investisiya birbaşa TAP tərəfindən həyata keçiriləcək. Dövlət xərcləri ilə bağlı hər hansı bir ödəniş olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

