Siqaret nədən hazırlanır - tütündən, yoxsa samandan?
02.04.2022 [10:20]
Mübariz ABDULLAYEV
Sərlövhəyə belə bir sual çıxartmağımız heç də təsadüfi deyildir. Son dövrlərdə bir sıra məhsullar kimi, siqaretlərin də dadından, tamından, bir sözlə, keyfiyyətindən narazılıqlar artıb. Əlbəttə, arzu edərdik ki, heç kəs siqaret çəkib həm cibinə, həm də sağlamlığına zərər yetirməsin. Ancaq bir halda ki, siqaret çəkənlər var və onların sayı heç də az deyil, onda bu sahədə də keyfiyyət amilinə diqqət yetirilməlidir.
Siqaret bazarında bahalı dəb
Siqaretlərin hazırlanmasında əsas xammal kimi tütündən istifadə olunur. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində siqaret çəkməkdən imtinaya güclü çağırışlar edilsə də, tütün istehsalı və ixracı getdikcə artırılır. Bu da tütünçülüyün kifayət qədər gəlirli sahə olması ilə bağlıdır. ABŞ-ın təcrübəsi buna nümunədir- ölkə daxilində siqaret çəkənlərin sayı azalır, tütün və tütün məhsullarının ixracı isə artır.
Azərbaycan da tütünçülüyün inkişafında dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnir. Xatırladaq ki, bir vaxtlar respublikamızda tütün sahələri 17 min hektaradək genişlənmişdi və illik tütün istehsalı 60-65 min tona yüksəlmişdi. Bu həcmin 5-6 min tonu ölkənin daxili tələbatını ödəyirdi, qalan tütün isə xaricə ixrac olunurdu. Sonradan respublikamızda tütünçülük tənəzzülə uğradı. 2015-ci ildə ölkədə cəmi 1 362 ha sahədə tütün əkilib və 3 400 ton məhsul əldə olunub. Respublikamızda gəlirli sahə olan tütünçülüyün dirçəldilməsinə 2016-cı ildən start verildi. 2017-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında tütünçülüyün inkişafı üzrə Dövlət Proqramı qəbul olundu. Dövlət Proqramında ölkə üzrə tütün əkilən sahələri 6 min hektara, tütün istehsalını isə 12 min tona çatdırmaq qarşıya hədəf qoyulmuşdu.
Azərbaycanda Şəki-Zaqatala bölgəsi tütünçülük üzrə ixtisaslaşıb. Respublikamızda tütünün Virginiya, Berley, Zaqatala-67, Zaqatala iriyarpaqlı kimi sortları əkilib becərilir. Hazırda Azərbaycan tütün və tütün məhsullarını həm ixrac, həm də idxal edir. 2021-ci ildə əvvəlki illə müqayisədə tütün ixracı 9,8 faiz, siqaretlərin idxalı isə 41,4 faiz azalıb. Bu gün Azərbaycan bazarında yerli və xarici istehsala aid olan “Marlboro”, “Parlament”, “Kent”, “Davidoff”, “Sobranie”, “Winston”, “Winston x style”, “Prima”, “Nova”, “Storm” kimi siqaretlər böyük populyarlığa malikdir. Özü də siqaret bazarında bahalı dəb müşahidə edilir. Bir çoxları bahalı brendlərə aid siqaretlər çəkməyi üzləri üçün prestij sayırlar.
Tütündə tütünlük qalmayıb...
Siqaret çəkənlər hər ay bu zərərli vərdişə görə şəxsi büdcələrindən 150 manatadək pul ayırmaq məcburiyyətində qalırlar. Təəssüf ki, son vaxtlarda qiymətlərin artması belə insanlarımızı, ələlxüsus da gəncləri bu zərərli vərdişdən uzaqlaşdıra bilməyib. Siqaret cazibədar bir qüvvətək onları özünə çəkir.
Əsas suallardan biri isə keyfiyyətlə bağlıdır. Son dövrlərdə siqaret çəkənlər onların pis qoxusundan, “zəhər kimi zəhər” olmasından şikayətlənirlər. “Vaxt var idi, tütünün ətri adama uzaqdan gəl-gəl deyirdi. İndi isə bilmirsən nə çəkirsən. Sadəcə, öyrəşdiyimizə görə cibimizdən kəsib siqaretə pul veririk, ondan zövq almaq isə mümkün deyil. Tütündə tütünlük qalmayıb...” Siqaret çəkənlər keyfiyyət sarıdan narahatlıqlarını təxminən bu kimi sözlərlə ifadə edirlər.
Bəs müştəriləri siqaretlərin keyfiyyətindən narazı salan nədir? Zövqlər dəyişib, yoxsa siqaretin tərkibinə, doğrudan da, tütünə oxşar otlar və yaxud saman qatırlar? Bu kimi suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik. Fikirlər yenə də haçalandı.
Ucuz ətin şorbası
“Siqaret istehsalında əsas xammal olan tütünün tərkibinə ot, o cümlədən də yonca və yaxud saman qatılması kimi fikirlər tamam absurdur və qətiyyən həqiqəti əks etdirmir”. Bu fikirləri “Yeni Azərbaycan”ın sorğusuna cavab verən Milli Məclisin deputatı Rüfət Quliyev ifadə edib. Fikirlərinə davam edən deputat bildirib: “O başqa məsələdir ki, siqaretlər müxtəlif keyfiyyətlərdə ola bilər. Tütünün siqaret halına gətirilməsi üçün çoxsaylı, təxminən 30-dək müxtəlif qatqılardan istifadə olunur. Elə tütünlərin özləri də növündən, harada yetişdirilməsindən asılı olaraq fərqli iy-qoxuya, tama malik olular. Ucuz siqaretlərin hazırlanmasında 3-5, bahalı siqaretlərin hazırlanmasında isə 9-12 cür tütündən istifadə edilir. Qiymətə görə, təbii ki, qatqıların keyfiyyəti də dəyişir. Bu qatqılar siqaretlərə özünəməxsus qoxu və tam verir. Bütün bu kimi amillərdən asılı olaraq siqaretlərin qiyməti və keyfiyyəti formalaşır”. Rüfət Quliyevin dediklərindən belə qənaət hasil olur ki, keyfiyyətli siqaretlər daha baha başa gəlir və bilavasitə cibə bağlı olan məsələdir. Ucuz siqaretlər isə nisbətən aşağı keyfiyyətlidir. Ucuz ətin şorbası kimi...
Od olmayan yerdən tüstü çıxmaz
Siqaretlərin keyfiyyəti ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə tamam fərqli fikirdədir. O bildirdi ki, siqaretlərin keyfiyyəti ilə bağlı hər gün təmsil etdiyi quruma şikayətlər daxil olur. “İnsanlar, həmçinin siqaretlərin tərkibinə ot, saman qatılması ilə bağlı şübhələrini bildirirlər. Onlar bunu onunla əlaqələndirirlər ki, ayrı-ayrı siqaretlərin yanması zamanı qeyri-adi proseslər müşahidə edilir. Tütünə kənar qatqıların əlavə olunduğu siqaretlərin tamında da açıq-aydın hiss olunur. Hesab edirəm ki, ən yaxşı laboratoriya elə ictimai rəydir. Od olmayan yerdən tüstü çıxmaz. Siqaretlərin tərkibi ilə bağlı şikayətlər gəlirsə, deməli, bunun arxasında faktlar dayanır. Mən ayrı-ayrı kiçik istehsalatlarda siqaretlər hazırlanarkən tütünün tərkibinə yonca, başqa otlar və yaxud saman qatıldığını istisna etmirəm. Hüquq-mühafizə orqanları bunu araşdırıb vətəndaşların narahatlığına son qoymalıdırlar”, - deyə Eyyub Hüseynov vurğulayıb.
Ekspert əlavə edib ki, onun təmsil etdiyi qurum keyfiyyəti şübhələr doğuran ayrı-ayrı adda siqaretlərin xarici ölkələrin laboratoriyalarında analizini apartdırıb. Nəticələrin məyusluq doğurduğunu deyən Eyyub Hüseynov vurğulayıb: “Laboratoriya yoxlamalarının nəticəsində bəlli oldu ki, bir sıra müəssisələrdə keyfiyyət standartlarına cavab verməyən siqaretlər buraxılır. Biz Azərbaycanın müvafiq qurumlarının dəstəyi ilə 7 belə istehsalatın fəaliyyətinin dayandırılmasına nail olduq. Təəssüf ki, bu gün satışda alıcılara yenə də keyfiyyətsiz siqaretlər təklif olunur. “Qara siyahıda” “Astra”, “Pramida”, “Karvan” kimi siqaretlərin adlarını çəkmək mümkündür. Bu siqaretlərin istehsalı və satışı qadağan olunsa da, yenə də alıcılara təklif olunmaqdadır”.
Dənə-dənə siqaret satılması nə deməkdir?
Azad İstehlakçılar Birliyinin sədri qəzetimizə açıqlamasında siqaret satışındakı problemlərə də diqqət çəkdi. Onun sözlərinə görə, siqaretlərin satışında qanunvericiliyin tələblərinə əməl olunmur. “Siqaretlərin satışı xüsusi qaydalar əsasında aparılmalıdır. Ancaq nə qədər təəccüblü görünsə də, bu gün Bakıda və regionlarda siqaretlərin yol kənarlarında satılmasına rast gəlmək mümkündür. Paytaxtımızdakı əksər press köşklərdə, məhəllə marketlərində siqaretlərin dənə-dənə satılması nə deməkdir? Belə ticarət məkanlarında, hətta azyaşlılara da siqaret satıldığı heç kəsə sirr deyil”.
Xəbər lenti
Hamısına baxElanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24

