Mərkəzi Bankın faiz qərarı nəyi dəyişəcək?
26.04.2022 [10:42]
Mübariz ƏHMƏDOĞLU
Azərbaycan Mərkəzi Bankı tərəfindən 29 aprel 2022-ci il tarixində bu il 3-cü dəfə faiz qərarının qəbul ediləcəyi gözlənilir. Bu, AMB-nın yeni idarə heyətinin sədri Taleh Kazımovun dövründə qəbul ediləcək ilk faiz qərarı olacaq.
Qeyd edək ki, cari ilin əvvəlindən bəri respublikamızda uçot dərəcəsi iki dəfə artırılıb. Mərkəzi Bankın 18 mart 2022-ci il tarixli qərarına əsasən uçot dərəcəsi 7,75 faiz, o cümlədən faiz dəhlizinin aşağı həddi 6,25, yuxarı həddi isə 9,25 faiz səviyyəsində müəyyənləşdirilib. Bəs AMB-n?n yeni rəhbərliyin dönəmində gözlənilən ilk faiz qərarı ölkədə əlaqəli sahələrə necə təsir göstərəcək?
Antiinflyasiya tədbirlərinin tərkib hissəsi
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, ölkədə makroiqtisadi sabitliyin qorunması və inflyasının qarşısının alınması məqəsdilə Mərkəzi Bank tərəfindən müntəzəm qaydada tənzimləyici tədbirlər görülür. Bu tədbirlər, adətən uçot dərəcəsinin artırılması və yaxud azaldılması yolu ilə həyata keçirilir. Fikirlərinə davam edən Azər Badamov vurğulayıb: “Uçot dərəcəsi Mərkəzi Bank tərəfindən ölkədəki kommersiya banklarının yenidən maliyyələşdirilməsi deməkdir. Biz bilirik ki, Mərkəzi Bank kommersiya banklarına və maliyyə təşkilatlarına kreditlər verməklə maliyyələşməni həyata keçirir. Bu maliyyələşmə həyata keçirilən zaman tətbiq olunan faiz dərəcələri uçot dərəcəsi kimi qəbul olunur. Mərkəzi Bank ölkə iqtisadiyyatını tənzimləmək üçün kommersiya banklarına və maliyyə təşkilatlarına verdiyi kreditlərin faizlərini artılır və ya azaldır. Bu da bazarda pul kütləsinin likvidliyini idarə edir. Beləliklə, Mərkəzi Bank 29 apreldə uçot dərəcəsini artıracağı ilə bağlı məlumat verib. Uçot dərəcəsinin artırılması, ilk növbədə, Mərkəzi Bank tərəfindən aparılan antiinflyasiya tədbirlərinin tərkib hissəsidir. Mərkəzi Bank uçot faiz dərəcəsini artırmaqla kommersiya banklarına verilən maliyyənin faiz dərəcəsini artırmış olur. Kommersiya bankları da maliyyə vəsaitlərini Mərkəzi Bankdan daha yüksək faizlə əldə etdiklərinə görə ayırdıqları kreditlərin faizini artırır. Bunun nəticəsi olaraq bazarda pul kütləsi azalmağa başlayır. Pul kütləsinin azalması da malların daha az alınmasına gətirib çıxardır. Bu da öz növbəsində qiymətlərin artmasına əks təsir göstərməklə inflyasiyanın azalmasını şərtləndirir. İnflyasiyanın azalması insanların sosial vəziyyətinin yaxşılaşması anlamına gəlir. Digər bir tərəfdən isə bu, həm də milli valyutanın da möhkəmlənməsinə müsbət təsir göstərir. Yəni dövriyyədə milli valyuta azaldıqca xarici valyutaya olan tələb də azalır. Nəticə olaraq, milli valyutanın möhkəmlənməsi prosesinin şahidi oluruq”.
Manata təhdidlər gözlənilmir
“Mərkəzi Bankın gözlənilən qərarı manatın kursuna indiki şəraitdə heç bir təsir göstərə bilməz. Əslində, uçot dərəcəsinin artırılması manatın kursunun möhkəmlənməsinə xidmət edir. Bu gün manatın kursunu artırmağa da ciddi bir lüzum yoxdur. Bilirik ki, qonşu ölkələrin əksəriyyətində milli valyutaların kursu aşağı düşür. Belə baxanda, ixracatda rəqabətdə uduzmamaq üçün, gərək, biz də milli valyutanın kursunu endirək. Ancaq buna ehtiyac yoxdur. Ölkəmizin imkanları elədir ki, tənzimləməni başqa vasitələrlə də reallaşdırmaq mümkündür. İlk növbədə, iş adamlarının maliyyəyə çıxış imkanları genişləndirilməlidir. İş adamlarının maliyyə təminatının gücləndirilməsi iqtisadiyyatın inkişafı deməkdir. İqtisadiyyatın özünəməxsus qanunları var. Əslində, ucot dərəcəsinin artması iqtisadiyyatın bütün qanunlarına əks addımlar deməkdir. Uçot dərəcəsinin artması iqtisadiyyatın templərini aşağı salmaqla inflyasiyanın cilovlanmasına və milli valyutanın möhkəmlənməsinə xidmət edir”. Bu fikirləri isə “Yeni Azərbaycan”ın sorğusunu cavablandıran iqtisadçı ekspert Saleh Məmmədov ifadə edib.
İndiki şəraitdə milli valyutanın kursunun dəyişməsi üçün hər hansı bir şərt olmadığını deyən Saleh Məmmədov vurğulayıb ki, hazırda dünya bazarında neftin qiyməti sürətlə artır. Bunun Azərbaycana faydası odur ki, ölkənin gəlirləri, valyuta daxilolmaları artır. Bu gün Azərbaycan böyük rezervlərə malik olan ölkədir. Dünyada az ölkə tapmaq mümkündür ki, Ümumi Daxili Məhsula (ÜDM) bərabər həcmlərdə rezervlərə malik olsun. Təkcə bu ehtiyatların menecmentindən əldə olunan gəlir Ermənistanın ümumi büdcəsindən çoxdur. “Valyuta kursu, sadə dillə ifadə etsək, manatla dolların qarşılaşdırılmasıdır. Kimə nə qədər dollar və yaxud manat lazımdır? Valyuta bazarında kurs dəyişikliyi tələblə təklifin nisbətindən asılıdır. Bazarda manat çox olsa, dolların kursu qalxacaq, əgər dollar çox olsa, manatın kursu yüksələcək. Hazırda Azərbaycanda dollar həddindən artıq çoxdur. Buna görə də manatın kursunun mənfiyə doğru dəyişməsi mümkün deyil. Ölkəmizin o qədər ümidverici ehtiyatları var ki, bundan sonra 10-15 il ərzində məqsədli tənzimləmə aparılmasa, manatın kursuna hər hansı bir təhlükə gözlənilmir və bunun üçün hər hansı bir şərt yoxdur. Bir neçə il bundan əvvəl iki mərhələdə baş verən devalvasiya milli iqtisadiyyatımıza böyük zərbələr vurdu. Bu günədək də həmin devalvasiyaların mənfi təsirlərindən tam yaxa qurtara bilməmişik. Devalvasiyalardan sonra bir sıra xarici şirkətlər öz investisiyalarını ölkəmizdən geri çəkdilər, banklardan depozitlər geri götürüldü. Biz hələ 2014-cü ilin depozit və ümumi daxili məhsul səviyyəsinə gəlib çata bilməmişik. Bir iqtisadçı kimi, bildirmək istəyirəm ki, bundan sonra yenidən manatın kursunun aşağı salınması çox ciddi mənfi nəticələrə gətirib çıxarda bilər”, - deyə Saleh Məmmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

