Dövlət büdcəsində prioritet xərc istiqamətləri
06.07.2022 [10:04]
Prezident “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib
MÜBARİZ
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sözügedən sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiqlənib.
Artan imkanlar
Cari ilin döblət büdcəsinə əlavələrin edilməsi təklifi Prezident İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bir qədər bundan əvvəl Zəngilan rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsinin zəruriliyi ilə bağlı hökumətə tapşırıqlarını verib.
İlin ortalarında büdcəyə əlavə vəsaitlərin cəlb olunmasını şərtləndirən amillər həm yeni reallıqlar fonunda meydana çıxan çağırışlarla, həm də ölkənin müsbət mənzərəsi, iqtisadi imkanların genişlənməsi ilə bağlıdır. Pandemiyanın pik mərhələsindən sonra milli iqtisadiyyatımızda bərpa prosesi uğurla yekunlaşdı. Cari ilin əvvəlindən isə milli iqtisadiyyatımızda inkişaf tendensiyası yaranıb. Ölkədə iqtisadi fəallıq bərpa olunub, ümumi daxili məhsul istehsalı artır. Qeyri-neft sektorunda, xüsusilə də neftdənkənar sənaye üzrə artım dinamikası daha yüksəkdir. Bütün bunların nəticəsi olaraq büdcəyə əlavə vəsaitlərin cəlb olunmasına imkanlar yaranıb. Bunu cari ilin birinci yarısında müxtəlif mənbələrdən büdcəyə daxilolmaların artması da təsdiqləyir. Verilən məlumatlara görə, 2022-ci ilin ilk altı ayında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 6482,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2064,7 milyon manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2140,1 milyon manat və ya 49,3 faiz çoxdur. Bəhs olunan dövrdə Dövlət Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 2539,7 milyon manat vəsait təmin edilib. Maliyyə Nazirliyindən bildirilib ki, bu, proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat və ya 24,6 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və ödənişli xidmətlərindən büdcəyə 371,5 milyon manat vəsait daxil olub. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 95,1 milyon manat və ya 34,4 faiz artım deməkdir. Sair daxilolmalar üzrə isə dövlət büdcəsinə 164,2 milyon manat vəsait daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Neft Fondundan edilən transfertdən 1712,0 milyon manat və ya 26,9 faiz az istifadə olunmasına imkan verib. Bütövlükdə, 2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin mədaxili 14205,5 milyon manat, xərcləri isə 12936,6 milyon manat olub. Nəticədə, 1268,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisiti) yaranıb.
Qarşıda duran mühüm vəzifələr
Azərbaycan dövləti ölkədəki müsbət iqtisadi mənzərə fonunda artan gəlirləri prioritet istiqamətlərə yönəltmək istəyir. Ölkəmizdə yaxın perspektiv üçün bir sıra belə prioritetlər müəyyənləşdirilib. Təsdiqlənən Qanuna əsasən büdcəyə cəlb olunacaq əlavə vəsaitlər də məhz indiki strateji mərhələdə qarşıda duram mühüm vəzifələrin icrasına yönəldiləcək.
44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, ora Böyük Qayıdışın təmin olunması belə prioritetlər sırasında yer alır. Bu məqsədlə postmüharibə mərhələsində bəhs olunan ərazilərdə intensiv şəkildə zəruri infrastruktur qurulur, müasir yanaşmalar konsepti əsasında şəhər və kəndlər salınır. Artıq ilk “ağllı kənd” layihəsinin icrası tamamlanıb və yaxın vaxtlarda ora ilk sakinlərin köçəcəyi gözlənilir. Eyni zamanda, bir neçə şəhərin bərpa layihəsi təqdim olunub. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətlərdə layihələrin icrasına dövlət büdcəsindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, cari ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.
İndiki geosiyasi reallıqlar fonunda müdafiə və milli təhlükəsizlik məsələlərinin önəmi daha da artıb. Azərbaycan 44 günlük Vətən müharibəsində üç onillik ərzində işğal altında qalan ərazilərini məhz rəşadətli Ordusunun gücü ilə geri qaytarmağa nail oldu. Ölkəmiz 44 gün ərzində XXI əsrin yeni, daha səmərəli müharibə modelini tətbiq etməklə düşməni diz çökdürdü. Azərbaycan bundan sonra da Ordunun möhkəmləndirilməsini davam etdirəcək. Buna görə də təsdiqlənən dəyişikliklərə əsasən, müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə də əlavə vəsaitlər cəlb olunacaq. Qanunda qeyd olunan istiqamət üzrə 5 084 759 665,0 manat vəsait nəzərdə tutulub.
Öz inkişafının indiki mərhələsində Azərbaycan üçün digər bir prioritet sahə təhsildir. Ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq neft kapitalının insan kapitalına çevrilməsi siyasəti reallaşdırılır. Son 18 ildə bütün ölkə üzrə müasir təhsil infrastrukturunun qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. O cümlədən bu gün Azərbaycan gəncləri müvafiq Dövlət Proqramından bəhrələnməklə xaricdəki nüfuzlu ali məktəblərdə təhsil almaq imkanlarına malikdirlər. Yeni qanunda da büdcədə təhsil üçün nəzərdə tutulan xərclər artırılaraq 3 886 648 443,0 manata çatdırılıb.
Büdcəyə edilən dəyişikliklərdə Azərbaycanın sosial dövlət fəlsəfəsi də öz əksini tapıb. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Son illərdə respublikamızda uğurla həyata keçirilən sosial məzmunlu islahatlar da bunu əyani şəkildə təsdiqləyir. Sosial sfera növbəti mərhələdə də Azərbaycan dövlətinin prioriteti olaraq qalacaq. Dövlət başçısı tərəfindən təsdiqlənən büdcədə sosial müdafiə və sosial təminat xərcləri artırılaraq 3 728 597 932,0 manata çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

