Şərqi Zəngəzur və Qarabağın dirçəldilməsində yeni mərhələ
23.07.2022 [10:20]
MÜBARİZ
Vətən müharibəsində rəşadətli Ordumuzun gücü ilə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə zəruri olan tədbirləri panlı şəkildə reallaşdırmaq, vəsaitləri düzgün istiqamətləndirmək, layihələrin həyata keçirilməsində koordinasiyalı fəaliyyəti təmin etmək lazımdır. Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixində imzaladığı müvafiq fərmanlar da hazırda ölkəmizin gündəliyində duran Böyük Qayıdış çağırışının aktual məsələlərinə aiddir. Dövlət başçısının imzaladığı sənədlərdən biri “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqındadır. Prezident İlham Əliyev, həmçinin “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Dövlət başçısı digər sənədlərlə sözügedən qurumların nizamnamələrini və müşahidə şuralarının tərkibini təsdiqləyib.
Azərbaycanın niyyəti və gücü
Bəhs olunan sənədlər 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın layiqli şəkildə təmin edilməsi və həmin ərazilərdə dayanıqlı məskunlaşmaya nail olunması baxımından olduqca mühüm önəm daşıyır. Deyə bilərik ki, bu sənədlərdə Azərbaycan dövlətinin gücü və işğaldan azad olunmuş ərazilərlə bağlı planları öz əksini tapıb.
İşğaldan azad olunmuş ərazilər Azərbaycan dövləti və cəmiyyəti üçün müstəsna önəm daşıyır. Bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımız üç onilliyi əhatə edən bir dövrdə öz doğma yurd yerlərinə qayıtmağın həsrəti ilə yaşayıblar. Artıq işğal dövrü arxada qalıb. Şanlı Zəfərə imza atan Azərbaycan dövləti müharibə bitəndən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına, burada Böyük Qayıdış üçün zəruri olan infrastrukturun yaradılmasına başladı. Hazırda işğaldan azad edilmiş ərazilər böyük tikinti meydanını xatırladır. Burada paralel şəkildə yollar, tunellər inşa olunur, elektrik, su təchizatı xətləri çəkilir, şəhər və kəndlər bərpa edilir. Eyni zamanda, işğal dövründə erməni vandallarının dağıtdıqları mədəni-dini abidələrimizə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ikinci həyat verilir. Dövlət başçımız işğaldan azad edilən ərazilərin dünyanın nümuəvi bir məkanına çevriləcəyini bəyan edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez işğaldan azad olunmuş ərazilərə, o cümlədən də mədəniyyət paytaxtımız olan Şuşaya səfərlərə gedirlər və burada yeni inf?astruktur obyektlərinin açılış, təməlqoyma mərasimlərinə qatılırlar. Bütün bunlar isə dövlət başçısının və birinci xanımın Vətən torpağına bağlılığını, milli təəssübkeşliyini əks etdirir.
İşğaldan azad olunmuş ərazilərdə hər ötən gün işlərin miqyası daha da genişlənir ki, bu da Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini ağır pandemiya şəraitindən, müharibədən çıxmış bir ölkə aparır. Özü də təxminən 11 min kvadratkilometri əhatə edən böyük ərazidə bərpa-quruculuq işləri sırf respublikamızın daxili imkanları ilə həyata keçirilir. Ötən il bu məqdəslə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, cari ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Müharibəni başa çatdıran hansı ölkə, hansı dövlət beynəlxalq birlikdən dəstək gəlmədən bunu bacara bilərdi? Öz torpaqlarına bağlılıq ortaya qoyan Azərbaycan dövləti bunu edir və gələcəkdə də edəcək. Prezident İlham Əliyev dəfələrlə birmənalı şəkildə bildirib ki, Qarabağın dirçəldilməsi üçün lazım olan qədər vəsait ayrılacaq.
İşlər daha sistemli və daha operativ həyata keçiriləcək.
Prezident İlham Əliyevin fərmanları ilə yeni qurumların yaradılması işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə güclü impuls verəcək. Deyə bilərik ki, əziz Qarabağımızın dirçəldilməsində keyfiyyətcə yeni bir mərhələ başlayır. Burada işlər daha sistemli və daha operativ həyata keçiriləcək. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə Zəngilan rayonunda bir sıra mühüm vəzifələrin icrası həvalə edilib. Nizamnamədə də qeyd olunduğu kimi, Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: Müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək; müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək; müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək; müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək; müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.
Xidmətin fəaliyyəti Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yanaşmasını özündə əks etdirəcək. Məlumdur ki, Prezident İlham Əliyev sözügedən ərazilərdə bütün tikinti işlərinin planlı şəkildə və yüksək standartlar səviyyəsində aparılmasını tapşırıb. Burada şəhərlərin və kəndlərin bərpasında smart konsepsiyalara üstünlük verilir. Artıq Zəngilanda ilk ağıllı kəndin inşası tamamlanıb və ora sakinlərin köçürülməsinə başlanıb. Yeni belə yaşayış məntəqələrinin inşasına da hazırlıq görülür. Sənədə əsasən, Xidmət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.
Qarabağ İqtisadi Rayonunda oxşar fəaliyyəti yeni yaradılan “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs həyata keçirəcək. Dövlət başçısının imzaladığı Fərmanda oxuyuruq: “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir”.
Hər iki quruma ümumi rəhbərliyi və nəzarəti müşahidə şuraları həyata keçirəcək. Dövlət başçısının imzaladığı sərəncamlarla müşahidə şuralarının tərkibləri təsdiqlənib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59

