Manatın taleyi həll olundu
30.07.2022 [10:16]
FED artırsa da, AMB uçot dərəcəsini sabit saxladı
Nicat DİLQƏMLİ
Milli iqtisadiyyatımızın inkişafı, dünyada və regionda baş verən siyasi, hərbi proseslərin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. İstər pandemiya, istərsə də Rusiya-Ukrayna müharibəsi dünya ölkələrinin bir çoxunun iqtisadiyyatına ciddi ziyan vurmaqdadır. Hazırda bütün dünyanın mübarizə apardığı olduqca çətin bir şəraitdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən artım dinamikası olduqca qürurvericidir. Məlum olduğu kimi, dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. Son 23 ildə ilk dəfə avronun məzənnəsi dollar ilə bərabərləşdi. Bundan başqa, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür.
Azərbaycanda isə...
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə uçot dərəcəsi 7.75% olaraq saxlanılıb. Bu barədə “Yeni Azərbaycan” qəzetinə AMB-dən məlumat verilib.
Qeyd olunub ki, AMB faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 9.25% səviyyəsində dəyişməz saxlayıb.
Bildirilib ki, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.
Lakin məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir.
Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılıb. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.
Azərbaycan Mərkəzi Bankı FED-in faiz qərarlarının təsirini şərh edib
“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları vacidir, Azərbaycan üçün idxal inflyasiyasının məhdudlaşması baxımından önəm daşıyır”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.
“Bu faiz qərarları əlbəttə ki, bizim iqtisadiyyatımız üçün hər-hansı bir valyuta axınına səbəb olmayacaq. Əksinə, bu ilin 6 ayında ticarət balansında 12 milyard ABŞ dollarını üstələyən profisit görürük. Hətta biz I rübün rəqəmlərinə nəzər yetirsək, görərik ki, Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) əhəmiyyətli profisit var idi. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, onun CƏB-nin profisiti ÜDM-in 20%-ni üstələyir”, - deyə V.Əhmədov qeyd edib.
Ekspertlərin nikbinliyi
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: “Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.
“Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa olaraq Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

