Həyatımızın yeni atributu - elektron bankçılıq
24.08.2022 [08:43]
Mübariz FEYİZLİ
Banklardan kredit götürmək, əmanətlər yerləşdirmək, digər əməliyyatlar həyata keçirmək üçün nə etmək lazımdır? Əlbəttə ki, uzun yolu yaxın edib banklara getmək, əməkdaşlarla “tet-a-tet” oturub şərtləri müzakirə etmək, sənədləri imzalamaq... Yox, bütün bunlar keçmişin bankçılığıdır. Dördüncü sənaye inqilabı kimi səciyyələnən indiki dövrdə banklar yeni innovativ tətbiqlər sayəsində öz müştərilərinə üstün keyfiyyətli xidmətlər təklif edirlər. Bank xidmətlərindən istifadə etmək heç vaxt indiki qədər rahat, əlçatan və güvənli olmayıb. Söhbət elektron bankçılıqdan gedir.
Yeni çağırışların qarşılanması
Deyə bilərik ki, elektron bankçılıq Azərbaycanın da hədəflərinə doğru inamlı addımlar atdığı dördüncü sənaye inqilabı dövrünün yeni məhsullarından biridir. Hələ də yaxa qurtara bilmədiyimiz yeni növ koronavirus pandemiyası bütün dünyada məsafədən idarəetmə, distant təhsil, onlayn alış-verişlə bağlı qarşıya təxirəsalınmaz çağırışlar çıxartdı. Belə çağırışlar bank sektorunda da bütün ciddiliyi ilə gündəmə gəldi. Bank sektoru spesifik və insanların tez-tez üz tutduqları sahədir. Sərt qapanmalar şəraitində müştərilərin banklarla ünsiyyəti məhdudlaşdı. Əməliyyatları isə icra etmək lazım idi. Burada da köməyə dördüncü sənaye inqilabı, sürətli inkişaf dövrünü yaşayan informasiya-kommunikasiya texnologiyaları gəldi. Belə ki, bank sistemində yeni çağrışları qarşılayan və məsafədən təmaslara, ünsiyyətə imkan verən müvafiq infrastruktur quruldu. “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev bank sektorunda transformasiyanın uğurla getdiyini, yeni çağırışların adekvat şəkildə qarşılandığını bildirib. “2022-ci ildə də bu proses davam edir və qlobal miqyasda bankçılıq yeni dövrə keçir”, - deyə qurum rəsmisi vurğulayıb.
“Elektron bankçılığın inkişafı olduqca önəmlidir, çünki bu gün artıq həm iqtisadi, həm də sosial sferada yeni faktor olan rəqəmsallaşma ön plandadır”. Bunu “Yeni Azərbaycan”a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib. Fikirlərinə davam edən iqtisadçı-ekspert vurğulayıb: “Elektron bankçılıq həm maliyyə xidmətlərinin daha tez formada baş verməsini təmin edir, həm də əhalidə bu istiqamətdə yarana biləcək müəyyən problemləri aradan qaldırır. Elektron bankçılığın inkişafı öz növbəsində elektron kommersiyanın da inkişafını şərtləndirəcək. Bütövlükdə, düşünürəm ki, ölkəmizdə son illər ərzində nağdsız əməliyyatlardan istifadə olduqca müsbət trendlərlə müşahidə edilir. Respublikamızda elektron bankçılığın inkişafı üçün yaxşı zəmin mövcuddur. Elektron bankçılıq dövrün ən önəmli amili olan zamana qənaəti təmin etməklə yanaşı, lazımi istiqamətdə kredit axınını da sürətləndirəcək”.
Müştərilər və banklar nə itirib, nə qazanırlar?
Hər bir yeniliyin tətbiqində, ilk növbədə, gəlirləri və itkiləri hesablamaq lazım gəlir. Bəs elektron bankçılıqdan müştərilər və banklar nə itirib, nə qazanacaqlar? Əslində, yeni tətbiqlərdən tərəflər heç nə itirməyəcəklər, faydalılıq isə həm müştərilər, həm də banklar üçün kifayət qədər çoxdur. Elektron bankçılıq bank fəaliyyətinə daha çox gəlir gətirir. Eyni zamanda, müştərilərin rahatlığı, bank xidmətlərinə tez və rahat əlçatanlığı təmin olunur. Təhlükəsizlik, maliyyə sirlərinin qorunması, şəffaflıq kimi üstünlüklər də öz yerində. Elektron bankçılıq xidməti - müvafiq proqram təminatı, elektron autentifikasiya üsulu və kommunikasiya vasitələri ilə istifadəçiyə məsafədən girişi təmin etməklə aidiyyəti hesab üzrə bank əməliyyatlarının aparılması və ya məlumatların əldə edilməsi xidmətidir. Elektron bankçılıq vasitəsi ilə müştərilər, eyni zamanda apardıqları əməliyyatlar üzrə bütün məlumatların əldə edilməsi, bütün növ bank xidmətlərinin məsafədən idarə olunmasına nail ola bilirlər.
E-bankçılıq xidməti istifadəçilərə təqdim etdiyi funksional imkanlar və məruz qala biləcəyi risk səviyyəsindən asılı olaraq məlumat və əməliyyat xarakterli E-bankçılıq xidmətinə ayrılır: Məlumat xarakterli E-bankçılıq xidməti istifadəçi tərəfindən yalnız məlumatın əldə edilməsinə əsaslanır. Bank bu xidmət vasitəsilə istifadəçilərə bank hesabı, aparılmış əməliyyatlar, həmçinin öz məhsul və xidmətləri barədə məlumatı çatdırır. Əməliyyat xarakterli E-bankçılıq xidməti istifadəçilərə ödəniş etmək, vəsaiti hesabdan köçürmək, konvertasiya əməliyyatını aparmaq və digər bank xidmətlərini həyata keçirmək imkanlarını verir.
Bu gün respublikamızdakı əksər banklarda müştərilərə elektron bankçılıq xidmətləri təklif olunur. Xidmətlərin siyahısı isə kifayət qədər uzundur. Bura kredit ödənişi və kredit sifarişi, bütün növ kommunal ödənişlərin həyata keçirilməsi, plastik kartların sifarişi, kart üzrə balansın yoxlanması, kartdan-karta pul köçürmələri, ölkədaxili bir hesabdan digər hesaba pul köçürmələri, debet və kredit kartları üzrə çıxarışın əldə edilməsi və s. xidmətlər daxildir. Təbii ki, siyahı dəyişməz qalmır və getdikcə böyüyür.
Yeni, müasir infrastruktur
Müasir infrastruktur olmadan elektron bankçılıqda uğur hekayəsi yazmaq əsla mümkün deyil. Azərbaycanda da bank sektorunun transformasiyası üçün bütün ölkə boyunca zəruri infrastrukturun qurulması diqqət mərkəzində saxlanılır. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, iyulun 1-nə ölkədə quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 2998 ədəd olub. Eləcə də ölkədə 70 min 814 POS-terminal dövriyyədə olub və son 1 il ərzində müvafiq göstərici 17 faiz yüksəlib. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 49 faiz artaraq 58 min 204 ədəd təşkil edib.
Hazırda dövriyyədə olan ödəniş kartlarının 70 faizi, POS-terminalların isə 82 faizi təmassız ödəniş texnologiyasını dəstəkləyir. Bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov deyib. R.Qasımov qeyd edib ki, sözügedən ödənişlərdən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır. Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan yaradır. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verir.
Ödəniş kartları ilə artan əməliyyatlar
Bəhs olunan dövrdə ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı 12.7 milyon ədəd təşkil edib və bu kartların 69.4 faizi təmassız ödönişləri dəstəkləyib. Ödəniş kartlarının 88 faizini (11.1 milyon ədəd) debet kartlar, 12 faizini (1.6 milyon ədəd) isə kredit kartları təşkil edib.
Aparılan təşviq tədbirlərinin nəticəsi olaraq ödəniş kartları ilə aparılan əməliyyatlar gündən-günə artmaqdadır. Cari ilin 6 ayı ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 54.5 faiz artaraq 24.6 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.2 dəfə artaraq 9.9 milyard manat olub. Son 6 ay ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 65 faiz artaraq 97,3 milyard manat olub. Nağdsız qaydada reallaşdırılan əməliyyatların strukturunda elektron ticarət əməliyyatları üstünlük təşkil edib. Belə ki, son 6 ayda ölkə üzrə 105 milyon ədəd elektron ticarət əməliyyatları həyata keçirilib, həcm isə 7.4 milyard manata çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

