“OPEC+”un qərarı və dünyada artan ajiotaj
13.10.2022 [10:47]
MÜBARİZ
Artan geosiyasi gərginliklər fonunda dünyada neft alqı-satqısında təlatümlər davam edir. Hadisələr, o cümlədən təkliflə tələb arasında tarazlığın pozulması, qiymətlərdəki volatillik o qədər sürətlə baş verir ki, bir sıra hallarda beynəlxalq reytinq agentlikləri belə öz proqnozlarını tez-tez yeniləmək məcburiyyətində qalırlar. Bu kontekstdə “OPEC+” formatında birləşən neft ixracatçılarının son qərarı da ayrı-ayrı dairələrdə və ölkələrdə yanan odun üstünə su tökülməsi effekti yaradıb.
“OPEC+”dan gözlənilməz addım
“OPEC+” ölkələrinin nazirlərinin növbəti toplantısında gündəlik neft hasilatının 2 milyon barel azaldılması ilə bağlı qərar qəbul edilib. OPEC-in saytında yerləşdirilən məlumata görə, noyabrdan qüvvəyə minəcək qərarın müddətinin 2023-cü ilin sonunadək uzadılması barədə razılığa gəlinib. Hasilatın azaldılması üçün baza göstərici 2022-ci ilin avqust ayındakı orta gündəlik hasilat götürüləcək. Alyans ölkələrinin qərarına əsasən bundan sonra monitorinq komitəsi iki aydan bir, nazirlər isə altı aydan bir toplaşacaqlar. Bununla yanaşı, monitorinq komitəsi zəruri hesab etdiyi vaxt nazirlərin görüşməsinə dair qərar qəbul edə bilər.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, “OPEC+” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.
Qlobal səviyyədə “OPEC+”un bəhs olunan qərarı gözlənilməz addım kimi qiymətləndirilir. Son dövrlərin dəyərləndirilmələrinə əsasən, “OPEC+” format üzrə hasilatın azaldılacağı ehtimal olunmurdu. Çünki dünya neft bazarlarında kəskin dəyişmələr müşahidə edilsə də, qiymətlər istehsalçılar üçün optimal sayılırdı. Hazırda dünya bazarlarında “qara qızıl”ın bir barelinin qiyməti 100 dollar ətrafında dəyişir. Mütəxəssislər bildirirlər ki, bu qiymət neft sənayesində gəlirliliyin təmin olunması üçün yetərlidir. Xatırladaq ki, yaxın keçmişdə neftin bir barelinin qiyməti indiki səviyyədən yarıbayarı aşağı idi. Gözlənilirdi ki, “OPEC+” öz qərarında qiymətlərin ixracatçılar və istehlakçılar üçün indiki optimal səviyyədə saxlanılmasına hesablanan qərar verəcək. Hətta pandemiyadan sonrakı mərhələdə gözlənilən iqtisadi artımın dəstəklənəcəyi nəzərə alınmaqla hasilat kvotalarının daha çox artıma meyilli olacağı ehtimal edilirdi.
“OPEC+”un məlum qərarı ilə bağı suallar müxtəlifdir. İrəli sürülən versiyaların birində qurumun qərarının neft istehsalçılarının öz gəlirlərini artırmaq istəyi ilə bağlı olduğu irəli sürülür. Ancaq yuxarıda verdiyimiz izahata əsasən bu versiya indiki halda çox da inandırıcı görünmür. Çünki aşağı qiymətlər dönəmində belə platformada birləşən ölkələr gəlirlərini təmin etmək üçün hasilatın artırılması variantını seçirdilər. Bu kimi məqamlara istinad edən analitiklər ortada siyasi məqsədlərin olduğunu da istisna etmirlər. Son illərin təcrübəsi göstərir ki, ixracatçı və istehlakçı ölkələr müəyyən məqsədlərinə çatmaqdan ötrü neft amilini həm də siyasi təzyiq vasitəsinə çevirirlər. İndiki reallıqlar şəraitində ziddiyyətlərin iri neft istehsalçıları ilə böyük neft istehlakçıları arasında gedən mübarizədən qaynaqlandığı istisna olunmur. O versiya da səsləndirilir ki, “OPEC+” formatının yeni qərarının qəbul edilməsində sanksiyalarla üzləşən Rusiyanın da rolu olub. Bildirilir ki, belə təsirlərlə Rusiya ona qarşı sanksiyalara imza atanları cəzalandırmaq istəyir.
Qərbdə neft həyəcanı
“OPEC+”un qərarı Qərbdə, o cümlədən də ABŞ-da əsl neft həyəcanı yaradıb. Bu da onunla bağlıdır ki, ənənəvi neft təchizatçılarından biri-Rusiya ilə münasibətlərin korlanması və bu ölkədən neft ixracının məhdudlaşdırılması Qərbin enerji asılılığını artırıb. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbdə enerji böhranı yaşanır. Tələb və təklif arasında disbalansın artması qiymətlərdə əks olunur. “OPEC+” formatının yeni qərarının qiymətlərin yüksəlməsinin və inflyasiyanın yeni dalğasını gətirəcəyinə isə heç bir şübhə yoxdur. ABŞ-ın tələb və təklif arasında disbalansı özünün şist nefti hesabına aradan qaldıracağı ehtimalı da doğrulmur. Azalan ixrac həcmlərinin yerini qeyri-ənənəvi olan şist neft hesabına doldurmaq həm ehtiyatlar, həm də çatdırılmadakı çətinliklər baxımından mümkünsüzdür.
Bütün bunları nəzərə alan ABŞ hakimiyyəti hələ “OPEC+” format toplanmazdan öncə iri neft istehsalçıları arasında, necə deyərlər, lobbiçilik fəaliyyətinə başlamışdı. CNN kanalının bildirdiyinə görə, ABŞ-da hasilatın azaldılması “total faciə”, “düşmənçilk” kimi səciyyələndirilirdi. Ümumi qənaət belə idi ki, indiki iqtisadi şərtlər fonunda neft hasilatının azaldılmasına heç bir lüzum yoxdur. ABŞ administrasiyası özünün lobbiçilik fəaliyyətini əsasən Küveytdə, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində aparırdı.
Lakin ABŞ-ın “dost” ölkələrdə lobbiçilik fəaliyyəti iflasa uğradı və ehtimal olunan qərar verildi. “Fox News” kanalının şərhçilərinin bildirdiklərinə görə, “OPEC+”un qərarı Qərbdə, o cümlədən də ABŞ-da ajiotaj yaradıb. Bildirilir ki, bundan sonra Qərbdə qazanılan pullar mənzillərin isidilməsinə və benzinin artan qiymətlərinə israf olunacaq. Ehtimal edilir ki, ABŞ böhrana qarşı əvvəllər sınaqdan keçirdiyi ssenariləri yenidən gündəmə gətirə bilər. Söhbət daxili neft hasilatının artırılmasından gedir. Bu ölkədə, həmçinin “OPEC+” formatında yer alan ölkələrin cəzalandırılması təklifləri də səsləndirilir. Məsələn, ABŞ Nümayəndələr Palatasının üzvü Riçard Blyumental Səudiyyə Ərəbistanına silah satışına müəyyən dövr üçün qadağa tətbiq olunması təklifi ilə çıxış edib. Belə bir addımın atılmasının ABŞ-ın milli təhlükəsizliyi baxımından zəruri olduğu əsaslandırılır. Bu barədə qanun layihəsinin Senatın və Nümayəndələr Palatasının müzakirəsinə çıxarılacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

