Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb
04.03.2011 [18:46]
Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunun inkişaf etdirilməsinə nail olmaqdır. Məlum olduğu kimi, kənd təsərrüfatı iqtisadiyyatda neftdən sonra əsas sahələrdən biri olmaqla, əhalinin iş yerləri ilə təminatında mühüm yer tutur. ölkədə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi və sahibkarlığın formalaşmasına şərait yaradılıb, kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklərə nail olunub.
2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalmasına baxmayaraq, düzgün müəyyənləşdirilən iqtisadi siyasət strategiyası sayəsində Azərbaycanın iqtisadi göstəriciləri artıb. İnkişaf göstəriciləri arasında kənd təsərrüfatının da xüsusi çəkisi müşahidə olunub. ölkəmizin ərzaq məhsullarına olan tələbatının əsasən daxili imkanlar hesabına ödənilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılıb və bu proses davam edir. Belə ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində işlər görülür, yeni texnikalar alınır, subsidiyalar ayrılır, aqroxidmət sahələri yaradılır, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatının intensiv şəkildə inkişaf etdirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatının intensiv şəkildə inkişafı, həmişə olduğu kimi, bizim üçün çox vacib məsələdir: “Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq. İntensiv metodları nə qədər tətbiq etsək belə, yenə də yeni əkin sahələrinin dövriyyəyə çıxarılması məsələləri öz aktuallığını itirməyəcəkdir. Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır”.
Dövlət başçısı ərzaq təhlükəsizliyi məsələsinə də toxunub. Məlum olduğu kimi, Azərbaycanda iqtisadi sahədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini əhalinin ərzaq təminatının yüksək səviyyədə təmin olunması təşkil edir. Sosial-iqtisadi inkişaf proqramları, habelə, hazırda icra olunan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Qeyd etdiyimiz kimi, Azərbaycanda ərzaq təminatı sahəsində son illərdə çox böyük irəliləyişlərə nail olunub. Kənd təsərrüfatında yanvar ayında 33,9 min ton diri çəkidə ət, 118,3 min ton süd, 92,2 milyon ədəd yumurta və 2120 ton tərəvəz istehsal edilib. 2010-cu ilin yanvar ayı ilə müqayisədə cari ildə ət istehsalı 5,1, süd istehsalı 10,9, yumurta istehsalı 0,1, tərəvəz istehsalı 10 faiz, kənd təsərrüfatı məhsullarının ümumi çəkisi isə 6,6 faiz artıb.
Qeyd etdiyimiz kimi, respublikada kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu istiqamətdə görüləcək işlər arasında ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığın inkişaf etdirilməsi əsas prioritetlərdən olaraq qalır, kənd təsərrüfatının hərtəfəli inkişaf etdirilməsi üçün əlavə vəsaitlər ayrılır. Maldarlığın inkişafı üçün isə ölkəyə xaricdən cins mal-qaranın gətirilməsi istiqamətində tədbirlər görülür. Həmçinin, növbəti illərdə taxılçılıqla bərabər, toxumçuluq, eləcə də, hazırda illik istehsalı 120 min ton səviyyəsində olan üzümçülüyün inkişaf etdirilməsinə də xüsusi diqqət və vəsait ayrılacaq, ölkənin tələbatını 100 faiz ödəyə biləcək toxum və gübrə zavodu tikintisinə başlanılacaq.
Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılır. Görülən işlər sırasına ərzaq məhsullarının saxlanması üçün anbarların, soyuducu kameraların tikintisi, fermerlərin fəaliyyətinə dövlət dəstəyi, ölkəyə yeni kənd təsərrüfatı texnikasının gətirilməsi və digər çoxsaylı tədbirlər daxildir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son illər soyuducu anbarların tikintisinə müəyyən vəsait ayrılıb və bu proses davam etdiriləcəkdir.
Prezident İlham Əliyev cari ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 125 milyon manat vəsait ayrılacağını, göstərilən vəsaitin dövriyyəsinin yeni iş yerlərinin yaradılmasına kömək göstərəcəyinə və yerli istehsalın stimullaşdırılmasına xidmət edəcəyini xatırladıb.
Göründüyü kimi, hökumət kənd təsərrüfatının inkişaf etdirilməsinə böyük maraq göstərir və bu istiqamətdə görülən işlər uğurla həyata keçirilir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

