25 il öncə bu gün...
12.11.2022 [10:34]
Dünyanın neft-qaz bazarına ilk işıq “Çıraq”dan düşüb!
Yeganə BAYRAMOVA
1997-ci il noyabrın 7-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun hasilata başladığı ilk platformadan - “Çıraq”dan, ilk neftin əldə olunmasının 25 ili tamam oldu. Bu mühüm hadisənin rəsmi olaraq qeyd olunması isə ümummilli lider Heydər Əliyevin 1997-ci il oktyabrın 27-də imzaladığı fərmana əsasən, 1997-ci il noyabrın 12-də baş verib.
Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk dəfə olaraq bağlanmış Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilatın başlanması Azərbaycanın yeni müstəqil neft strategiyasının həyata keçməyə başladığını göstərən tarixi bir hadisə idi. AÇG üzrə ilk neftin hələ müqavilə bağlanmamışdan əvvəl SOCAR tərəfindən tikilmiş “Çıraq” platformasından əldə edilməsi də özlüyündə rəmzi bir məna kəsb edirdi. Bu, həm də onu bildirirdi ki, AÇG-nin qazandığı bütün uğurların arxasında iki əsas faktor dayanır - etibarlı tərəfdaşlıq və faydalı əməkdaşlıq.
O vaxtdan bəri “Çıraq” platforması ümumilikdə təqribən 766 milyon barel (103 milyon ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir. “Çıraq” ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək.
AÇG-nin operatoru olan BP şirkəti o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 milyard bareldən artıq (təqribən 460 milyon ton), “Çıraq”la birlikdə isə 4,2 milyard barel (562 milyon ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib ki, “Çıraq” platformasından 1997-ci ilin noyabr ayında ilk neftin əldə edilməsi günü əslində Azərbaycanın yeni neft strategiyasının əməli işdə başlandığının simvolik tarixidir: “AÇG yatağından hasilat bu platformadan başlanmış və yeni inşa olunmuş daha böyük və daha müasir platformalar istirmara verilənədək, yəni 2005-ci ilədək, yataqdan yeganə hasilat və ixrac mənbəyi olmuşdur. Bu gün də Çıraq bizim AÇG-dəki altı hasilat platformasından biridir və hələ uzun müddət belə də olacaq. Fəxr edirik ki, 25 illiyini qeyd edən “Çıraq”da hazırda çalışan 60 BP işçisinin hamısı dünya səviyyəli yerli mütəxəssislərdir və platformanın növbəli işləyən hər iki rəhbəri də Azərbaycan vətəndaşlarıdır”.
AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur. Bu boru kəməri ən mürəkkəb mühəndislik layihəsi olaraq Azərbaycanı birbaşa dünya bazarları ilə bağlayan bir ixrac marşrutu kimi inşa olunub. BTC indiyədək tam təhlükəsiz, etibarlı və ətraf mühitin qorunması tələblərinə uyğun çalışaraq Azərbaycana və bu regiona əhəmiyyətli əlavə faydalar gətirməkdə davam edir. Bu boru kəməri, həm də bir strateji obyekt kimi Azərbaycan, Gürcüstan və Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 milyard barel xam neft nəql edilib və bu neft 5 163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

