FED uçot dərəcəsini qaldırdı
17.12.2022 [10:17]
Manatın məzənnəsi necə dəyişəcək?
Mübariz ABDULLAYEV
ABŞ-dan gözlənilən qərar gəldi. Belə ki, ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 50 baza bəndi artırıb. Bu barədə FED-in saytında məlumat verilib. Bildirilir ki, komitənin bütün üzvləri qərarın lehinə yekdilliklə səs veriblər. Qərara əsasən, uçot dərəcəsi son 15 ilin ən yüksək səviyyəsi olan 4,25-4.50-ə yüksəlib.
Dolların bahalaşdırılması siyasəti
Yeni qərarla FED 2022-ci ilin əvvəlindən yeddinci dəfədir ki, uçot dərəcəsini artırır. ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini ardıcıl şəkildə artırmasına müxtəlif baxış bucaqlarından yanaşmaq mümkündür. Burada əsas faktorlardan biri kimi, ABŞ-ın strateji siyasətini önə çəkə bilərik. Dolların bahalaşdırılmasında ölkənin geosiyasi maraqlarının olmadığını demək mümkün deyil. Son vaxtlarda bir sıra qlobal əhəmiyyət daşıyan iqtisadi amillərin siyasi təzyiq vasitəsinə çevrildiyi heç kəsə sirr deyil. Enerji amili bu sırada öndə gəlir. Rusiya-Ukrayna müharibəsi fonunda bunu aydın şəkildə izləmək mümkündür. İstehsalçı və istehlakçı ölkələr yaranmış vəziyyətdən sui-istifadə etməklə qlobal bazarlara təsir imkanlarını artırmağa, bununla da öz maraqlarını təmin etməyə çalışırlar. Bunun mənfi fəsadlarından ziyan çəkən isə ayrı-ayrı ölkələrin iqtisadiyyatıdır.
ABŞ-ın da qlobal bazarlara təsir göstərmək üçün çoxsaylı imkanları var. Biz zaman-zaman okeanın o tayından gələn belə təsirləri hiss edirik. ABŞ-ın qlobal iqtisadiyyata yön vermək üçün malik olduğu ən böyük iqtisadi alətlərdən biri isə heç şübhəsiz ki, bu ölkənin valyutasıdır. Artıq uzun illərdir ki, ABŞ dolları dünya üzrə tədavüldə dominant mövqeyini qoruyub saxlayır. Elə bir mənzərə yaranıb ki, bu gün qlobal bazarlarda alış-verişlərin dollardan kənar hansısa bir valyuta ilə aparılması mümkünsüz görünür. Doğrudur, son vaxtlarda yenə də geosiyasi maraqlar səbəbindən ayrı-ayrı ölkələr qarşılıqlı ticarətlərini milli valyutalarda aparmağa cəhdlər göstərirlər. Ancaq görünən odur ki, hələlik belə cəhdlər gözlənilən səmərəni vermir və dünyada dollara inam yüksək olaraq qalmaqda davam edir. ABŞ da məhz belə vəziyyətdən yararlanmaqla valyutasını tədricən bahalaşdırır və bununla da qlobal miqyasda nüfuz və təsir imkanlarını artırır. Qeyd edək ki, dolların bahalaşması fonunda ölkələrin milli valyutaları kəskin dəyər itirirlər. Hətta Avropa İttifaqının ümumi valyutası da dollarla rəqabətdə uduzur.
Aşağı inflyasiya hədəfi
FED öz iclaslarında dolları bahalaşdırmaq siyasətini yüksək inflyasiyanı cilovlamaq üçün həyata keçirildiyini bəyan edir. Bu fəlsəfə belədir: Dollar bahalaşdıqca alıcılıq qabiliyyəti aşağı düşür, mal və xidmətlərə tələbat azalır və prosesin məntiqi nəticəsi olaraq əmtəələrə yüksək qiymətlərin tətbiqi mümkünsüz hala gəlir. Ancaq dolların ardıcıl bahalaşmasının yüksək qiymətlərin sonunu gətirdiyini hələlik söyləmək mümkün deyil. Qlobal bazarlarda ərzağın, enerji daşıyıcılarının qiymətləri yüksək səviyyədə qalmaqda davam edir. Elə ABŞ-ın özündə də qiymətlər, necə deyərlər, od tutub yanır.
2023-cü ildə qlobal iqtisadiyyatın zəifləməsi riskləri artmaqdadır. “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi gələn il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb. O cümlədən böyük iyirmilik (G-20) ölkələrinin iqtisadiyyatları üçün artım proqnozları azaldılıb. Belə ki, “Moody’s” bu ölkələr üzrə real ÜDM-in 2022-ci il üzrə artımı proqnozunu 2,5% olaraq saxlayıb. 2023-cü il üçün proqnozu isə 2,1%-dən 1,3%-ə endirib. Agentlik bunu gələn il qabaqcıl iqtisadiyyatlarda, xüsusən də, Avropa və Şimali Amerikada iqtisadi fəallığın azalması ilə əsaslandırıb. “Moody’s” 2024-cü il üzrə isə 2,2%-lik artım proqnozlaşdırıb. “Moody’s” ümumilikdə üç əsas problemin pandemiyadan sonrakı bərpa prosesinə zərər vurduğunu qeyd edib. Bu siyahıya yüksək inflyasiya, qlobal enerji və ərzaq təhlükəsizliyi, eləcə də Çin iqtisadiyyatının daha yavaş artım perspektivləri daxildir.
Manatın məzənnəsi qorunacaqmı?
Bəs FED-in son qərarı Azərbaycana hansı təsirləri göstərəcək? Respublikamızda dollar bahalaşa bilərmi? Bu kimi suallarla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib: “Son qərarla Amerika Birləşmiş Ştatlarında 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də, son qərardan sonra birjalarda ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktiki olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi”.
Vüqar Bayramov Azərbaycanda vəziyyətin bir qədər fərqli olduğunu deyib. Milli Məclisin deputatı fikirlərinə davam edərək bildirib: “Azərbaycan Mərkəzi Bankı ilin sonunadək manata təhdidlərin olmadığını bildirmişdi. 2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətinin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorların da nəzərə alınacağı gizlədilmir.
Göründüyü kimi, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzunmüddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu, milli valyutada yığımlar və uzunmüddətli sərmayə qoyuluşları, xüsusən də, yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

