Enerji dialoqu davam edir
20.12.2022 [10:11]
Prezidentlər yenidən görüşəcəklər?
M.ABDULLAYEV
Artıq sonuna doğru yaxınlaşdığımız 2022-ci il Azərbaycanın qardaş ölkələr olan Türkiyə və Türkmənistanla diplomatik münasibətlər qurmasının 30 ili tamam oldu. Ancaq cari il başqa bir önəmli hadisə ilə də tarixdə qalacaq. Söhbət dekabrın 14-də üç ölkənin prezidentlərinin - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdıməhəmmədovun Türkmənbaşı şəhərində üçtərəfli Birinci Zirvə görüşünün keçirilməsindən gedir. Bir sıra mühüm sənədlərin imzalandığı bəhs olunan Zirvə görüşü ilə praktiki müstəvidə üçtərəfli formatın yaranmasının əsası qoyulub. Bu, eyni zamanda Xəzər-Qara dəniz hövzələri coğrafiyasında zamanında müxtəlif güc mərkəzlərinin iradəsi ilə pozulmuş tarixi Türk birliyinin bərpası istiqamətində atılan çox mühüm bir addımdır. Prezidentlərin Zirvə görüşünün ardınca üç ölkənin digər qurumlarının rəsmiləri də bir araya gəliblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə üç ölkə prezidentlərinin yenidən bir araya gələcəklərinin anonsunu edib. Türkiyənin dövlət başçısı bu barədə Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.
Türkiyənin regional mavi yanacaq habına çevrilmək niyyəti
Tarixi bağlarla və mənəvi dəyərlərlə bir-birlərinə çox yaxın olan Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli formatın yaranmasını mümkün və zəruri edən şərtlər çoxdur. Bu sırada enerji amilinin önəmini xüsusi qeyd edə bilərik. Mövcud reallıqlar fonunda qarşıya ölkələrin enerji təhlükəsizliyi ilə bağlı yeni çağırışların çıxdığı indiki dönəmdə Türkiyə regional mavi yanacaq habına çevrilməyi hədəfləyib. Qardaş ölkənin qlobal güc amilinə çevrilməsi, böyük iqtisadi potensialı, tərəfdaşlarla xoş mərama əsaslanan münasibətləri, əlverişli coğrafi yerləşməsi, özünün qaz yataqlarının aşkarlanması və bir sıra digər amillər bu niyyətin real imkanlardan qaynaqlandığını təsdiqləyir.
Türkiyə qaz sövdələşmələrini ilkin mərhələdə Rusiya ilə aparırdı. Xatırladaq ki, şimal qonşumuz Rusiya-Ukrayna müharibəsi başlayanadək Avropa bazarlarına ildə təxminən 150 milyard kubmetr mavi yanacaq tədarük edirdi. Qoca qitənin mavi yanacaq təchizatında Rusiyanın payı 40 faizədək yüksəlmişdi. İndi məlum səbəblərdən bu təchizat mexanizmi pozulub. Rusiyadan Avropaya qaz ixracı mümkünsüz hala gəlib. Qoca qitədə isə qaza olan tələbatı yeni mənbələr hesabına tam şəkildə qarşılamaq mümkün olmur. Belə bir vəziyyətdə Türkiyə beynəlxalq nüfuzundan istifadə etməklə Rusiya qazının Avropa üçün tədarükünü həyata keçirmək istəyini ifadə edib. Müəyyən risklər olsa da, bu planın reallaşma ehtimalı da böyükdür. Belə ki, qardaş ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar Türk axını, TANAP, TAP, İrandan çəkilmiş İTE xətti kimi infrastrukturlardan ibarətdir.
Sadalanan boru xətlərinin çəkilməsində zamanında qardaş ölkə həm siyasi fəallıq nümayiş etdirib, həm də layihələrin reallaşmasına investisiyalar yönəldib. Bəhs olunan kəmərlərin hamısı işlək vəziyyətdədir. Türkiyənin qaz nəqli şəbəkəsi Avropa ilə birləşib. Yəni burada yeni xətlərin çəkilməsinə lüzum yoxdur. Ehtiyac yaranacağı təqdirdə infrastrukturun genişləndirilməsi mümkündür. Qardaş ölkə şaxələndirilmiş nəql marşrutları ilə müxtəlif mənbələrdən - Rusiyadan, İrandan və Azərbaycandan ildə 90-100 mlrd. kubmetr qaz ala və onu ötürə bilər.
Daxili ehtiyatların işlənməsi
Eyni zamanda, hazırda Türkiyənin Qara dənizin ona məxsus olan hissəsində aşkarlanan zəngin qaz yataqlarının işlənməsinə ciddi hazırlıq görülür. Deyə bilərik ki, qardaş ölkədə yerli istehsalın başlayacağı gün uzaqda deyil. Söhbət Türkiyənin Qara dənizdəki “Sakarya” yatağının işlənməsindən gedir. Ehtimal edilir ki, 2023-ci ilin martında bu yataqdan ilk qaz hasil olunacaq. Xatırladaq ki, 2020-ci ildə Türkiyə hakimiyyəti Qara dənizdə 540 milyard kubmetr həcmində proqnozlaşdırılan qaz ehtiyatının kəşf olunduğunu elan edib. Onların ən böyüyü olan “Sakarya” yatağında ehtiyatların həcminin 400 milyard kubmetri keçdiyi bildirilir. Yataqdan təbii qazı quruya nəql edəcək kəmərin tikintisinə 2022-ci ilin iyununda start verilib. Dənizin dibi ilə çəkilən kəmərin böyük hissəsinin boruları artıq düzülüb. Verilən məlumatlara görə, Ankara ölkə sərhədləri daxilində, o cümlədən, Qara dənizdəki bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qarşıya qoyub. Bütövlükdə, Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoymağı planlaşdırır. Bildirilir ki, Qara dəniz 45 il ərzində dünyanın qaz ehtiyacını ödəməyə qadirdir. Qardaş ölkə, həmçinin Aralıq dənizində kəşfiyyat işlərini bərpa etmək niyyətini də açıqlayıb.
Türkmənistan qazı da Türkiyə habı ilə ixrac oluna bilər
O cümlədən Türkmənistan qazı da Türkiyə habı ilə ixrac oluna bilər. Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Əvvəllər Türkmənistan neft-qaz ixracını əsasən Rusiya üzərindən həyata keçirirdi. Qərbin şimal qonşumuza qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən indi bu mexanizm pozulub. Buna görə də Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tbilisi Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarılması təmin edilib. Ölkənin ixrac potensialı isə bundan xeyli çoxdur. Eyni zamanda, Azərbaycan və Türkiyə Türkmənistandan daha böyük həcmlərdə neft qəbul edib onun tranzitini həyata keçirməyə hazırdırlar.
Enerji sektorunda əməkdaşlığın digər bir mühüm istiqaməti qaz ixracı ilə bağlıdır. Qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü olan Türkmənistan bu sahədə də ixracla bağlı çətinliklərlə üz-üzədir. Səbəblər eynidir. Vəziyyətdən real çıxış yolunun ən real variantlarından biri Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasıdır. Xəzərin digər sahillərindən mavi yanacaq Cənub Qaz Dəhlizinin timsalında Avropayadək uzanan hazır ixrac infrastrukturuna malik Azərbaycana tankerlərlə və yaxud Transxəzər boru kəməri ilə çatdırıla bilər. Hər iki variant üzrə detallı müzakirələrə və araşdırmalara ciddi ehtiyac var. Qazın Xəzər üzərindən tankerlərlə Azərbaycana çatdırılması nəql xərclərini artıracaq və əməliyyatları ləngidəcək. Bunlar isə arzuedilən deyil. Transxəzər marşrutunun çəkilməsi böyük həcmlərdə investisiya qoyuluşu tələb edir. Bu məsələdə, həmçinin Xəzər beşliyinin siyasi konsensusu olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihəyə siyasi dəstək verdiyini bildirib.
Müzakirələr davam etdiriləcək
Bütün bunlar Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması məqsədilə səylərin artırılmasının zəruriliyini diktə edir. “Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri üç ölkənin energetika nazirlərinin görüşündən sonra yeni sammit keçirəcək və türkmən qazının Avropaya ixracı ilə bağlı yol xəritəsini qərarlaşdıracaqlar”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb. Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya nəqli məsələsi Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə müzakirə olunub. “Biz üç ölkə tərəfindən belə bir addımın atılmasının mümkünlüyünü müzakirə etdik. Dedik ki, niyə də olmasın?.. Və müvafiq göstərişlər verdik. Türkiyənin energetika nazirinə onun komandası ilə birlikdə Azərbaycan və Türkmənistandan olan həmkarları ilə ilkin işlərin aparılması tapşırılıb. Bu işlərdən sonra biz üç dövlətin lideri olaraq yeni görüş keçirəcəyik və ümid edirəm ki, yol xəritəsinin nədən ibarət olacağına qərar verəcəyik. Təbii qazın Türkmənistandan, xüsusən də Azərbaycan vasitəsilə ölkəmizə çatdırılması səylərimizi asanlaşdıracaq”.
Ərdoğan, həmçinin qeyd edib ki, enerji mərkəzinin yaradılması mövzusu uzun müddət Türkiyənin gündəmində olub: “Biz bu məsələni hörmətli Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etmişik. O, Türkiyəni Avropaya təbii qaz tədarük edə biləcək bir mərkəz kimi qəbul edib. Eyni zamanda qazın nəinki təchizatı, həm də qiymətini müəyyənləşdirə biləcəyik. Biz bununla razılaşdıq”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

