Bir il əvvəl bir ilk...
13.01.2023 [11:00]
Azərbaycana dost ölkələrdən olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən tikilən 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası (KES) ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Sözügedən KES Azərbaycanda ən böyük külək elektrik stansiyası olacaq
Mübariz FEYİZLİ
Xoş niyyətə əsaslanan ardıcıl siyasət və uğurlu inkişaf bütün dünyada Azərbaycana müsbət imic formalaşdırıb. Hazırda respublikamız beynəlxalq miqyasda investisiya cəlbediciliyi kifayət qədər yüksək olan ölkə kimi tanınır. Xarici investorlar ölkəmizdə müxtəlif sahələrə böyük həcmlərdə sərmayələr yönəltmək niyyətlərini ifadə edirlər və artıq onlarla çoxlu sayda müqavilələr imzalanıb. Bütün dünyada tanınan transmilli şirkətlər, həmçinin respublikamızda yeni və perspektivli istiqamətlərdən biri kimi dəyərləndirilən bərpa olunan mənbələrdən “yaşıl enerji” alınmasına böyük maraq göstərirlər. Bir il bundan əvvəl - 2022-ci il yanvarın 13-də Gülüstan sarayında Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Arxada qalan dövrdə layihənin irəliləməsi istiqamətində mühüm işlər görülüb.
Ölkənin “yaşıl enerji” hədəfi
Bərpa olunan mənbələrdən “yaşıl enerji” alınması dünyada meydana çıxan yeni çağırışlardan biridir. Ənənəvi enerji bazarında yaşanan təlatümlər ölkələri bu istiqamətdə fəaliyyətlərini intensivləşdirməyə, yeni həllər tapmağa sövq edir. Təsadüfi deyildir ki, Avropa İttifaqı (Aİ) “yaşıl enerji”yə sürətli transformasiyanı qoca qitənin xilas planına daxil edib. Beynəlxalq Enerji Agentliyinin “Bərpa olunan enerji 2022” hesabatına görə, 2027-ci ilədək dünyada bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 5650 QVt-a çatacağı proqnozlaşdırılır.
Respublikamızda da ənənəvi olmayan mənbələrdən elektrik enerjisi alınması istiqamətində inamlı addımlar atıldığını söyləmək mümkündür. Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 və yaxud 40 %-ə çatdırılmasıdır.
Azərbaycan addım-addım, qarşıya qoyulan hədəflərinə doğru irəliləyir. 2022-ci ilin 11 ayı ərzində respublikamızda külək elektrik stansiyalarında 79,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 59,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
O cümlədən Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialı investorların diqqətini cəlb edib. Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Ən böyük külək elektrik stansiyası
Azərbaycana dost ölkələrdən olan Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkəti tərəfindən tikilən 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası (KES) ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Sözügedən KES Azərbaycanda ən böyük külək elektrik stansiyası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdəki ən böyük külək elektrik stansiyası Xızı rayonu ərazisində yerləşən 50 MVt gücündə Yeni Yaşma KES-dir.
Energetika Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov “Yeni Azərbaycan”a bildirib ki, bu layihənin dünyanın qabaqcıl enerji şirkətlərindən hesab olunan “Acwa Power” şirkəti tərəfindən ölkəmizdə özəl investisiya hesabına həyata keçirilməsi qərarı Azərbaycanda bütün sahələrdə, o cümlədən, energetika sahəsində aparılan uğurlu islahatların məntiqi nəticəsidir. Bu fakt respublikamızdakı iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamı ifadə edir. Azərbaycanda formalaşmış əlverişli investisiya iqlimi bütün sahələrə, o cümlədən, bərpa olunan enerji sahəsinə xarici sərmayələrin cəlbinə münbit şərait yaradır. Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsinin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu, ölkəmizdə qeyri-neft sektorunda xarici investisiya əsaslı həyata keçirilən ən böyük layihələrdən biridir.
Cahid Mikayılov layihənin iqtisadi və ekoloji önəminə diqqət çəkib. “Azərbaycan enerji təhlükəsizliyini daxili resurslar hesabına tam təmin etmiş azsaylı ölkələr sırasında yer alır. Xızı-Abşeron KES mənbələrin şaxələndirilməsi yolu ilə ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə yeni töhfə verəcək. Stansiya ətraf mühitə texnogen təsirlərin azalmasını da şərtləndirəcək. İllik elektrik enerjisi istehsalı təxminən 1 milyard kVt.saat dəyərləndirilən stansiyanın fəaliyyəti nəticəsində il ərzində eyni həcmdə elektrik enerjisinin istehsalına sərf edilən 220 milyon kubmetr təbii qaza qənaət ediləcək. Bu isə atmosferə illik 400 min tondan artıq karbon emissiyasının atılmasının qarşısının alınması deməkdir. Layihənin iqtisadi və ekoloji faydaları bir-birini tamamlayır. Layihə istər elektrik enerjisi, istərsə də təbii qaz ixracı potensialının artırılmasına, eləcə də qlobal iqlim hədəflərinə yaxınlaşmağa öz töhfəsini verəcək”.
Energetika Nazirliyinin rəsmisi bildirib ki, Xızı-Abşeron KES layihəsinin icrasına başlanılması Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 30%-ə çatdırılmasına, həmçinin 2050-ci ilədək karbon emissiyalarının miqdarının 40% azaldılmasına dair hədəfə nail olunması istiqamətində atılmış mühüm addımlardan biridir. Stansiyanın inşası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün də mühüm addım olacaq. Fikirlərinə davam edən Cahid Mikayılov vurğulayıb: “Layihənin icrası yeni istehsal və xidmət sahələrinin, eləcə də yeni iş yerlərinin açılmasına, eyni zamanda, bərpa olunan enerji sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasına şərait yaradacaq. Layihədə, həmçinin külək stansiyasının tikiləcəyi ərazilərin yaxınlığında yaşayan icmaların inkişafı məqsədilə sosial tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Cahid Mikayılov əlavə edib ki, bütünlüklə xarici investisiya hesabına reallaşan bu layihə digər investorlar üçün də müsbət siqnaldır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

