Dünyanı aclıqdan xilas etmək naminə...
10.03.2023 [10:47]
“Taxıl sazişi” uzadılacaqmı?
Ötən ilin iyul ayında İstanbulda dünyanı ərzaq qıtlığı təhlükəsindən xilas etmək məqsədilə iki mühüm sənəd imzalandı. Həmin sənədlərin biri Ukraynanın Qara dənizdəki limanlarından taxılın dünya bazarlarına təhlükəsiz daşınması, digəri isə Rusiyadan kənd təsərrüfatı məhsullarının və gübrənin ixracının həyata keçirilməsi ilə bağlı idi. BMT-nin və Türkiyənin vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də imzalanan tarixi “Taxıl sazişi 120 günlüyə bağlanmışdı. Ötən ilin noyabrında sənədin qüvvədə olma vaxtı daha 120 gün uzadıldı. Martın 18-də “Taxıl sazişi”nin hüquqi qüvvəsi başa çatır. Bəs sənədin icra müddəti yenidən uzadılacaqmı?
Tarixi “Taxıl sazişi” nə üçün lazım idi?
“Taxıl sazişi”nin imzalanmasına zərurət Rusiya-Ukrayna müharibəsi fonunda yaranıb. Sonu görünməyən müharibə qlobal iqtisadiyyata çətin şərtlər di?tə edir. O cümlədən dünyada ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Bu da onunla bağlıdır ki, müharibə tərəfləri olan Rusiya və Ukrayna bir sıra zəruri mövqelər üzrə kənd təsərrüfatı məhsullarının iri ixracatçıları olan ölkələr kimi tanınırlar. Hər iki ölkənin böyük həcmlərdə taxıl istehsalı imkanları var. Qlobal ərzaq bazarında Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan qıtlıq da daha çox taxıl məsələsi üzrə hiss olunur. Verilən məlumatlara görə, dünya üzrə illik taxıl istehsalı 740 milyon ton civarındadır. Müharibədən əvvəlki dövrdə dünya üzrə taxıl ixracının təxminən 30 faizi Rusiya və Ukraynanın payına düşürdü. Müharibə başlayandan sonra vəziyyət dəyişdi, bəlli səbəblərdən bu ölkələrdən dünya bazarlarına taxıl ixracı əhəmiyyətli dərəcədə məhdudlaşdı. Eyni zamanda, artan qiymətlər və ərzaq bazarına yaranan təhdidlər fonunda taxıl istehsalçısı olan ayrı-ayrı ölkələr də ixraca məhdudiyyətlər tətbiq etməyə başladılar. Qeyd edək ki, Afrika və Asiyanın çoxlu sayda kasıb ölkəsi taxıla olan tələbatlarını məhz Ukraynadan idxal hesabına ödəyirdi. Dünya taxıl həsrətində qaldığı bir dövrdə Ukraynadakı anbarlarda yığılıb qalan taxılın daşınması müşkülə çevrilmişdi. Qara dənizin Ukrayna sahillərindəki limanlarından yük gəmilərinin hərəkəti təhlükəsizlik nöqteyi-nəzərindən mümkün deyildi.
Rusiya və Ukraynadan taxıl ixracının məhdudlaşması dünya üzrə taxıla olan tələbatın artması fonunda baş verirdi. Belə ki, əgər 2019/2020 marketinq ilində dünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa, bu 2020/2021 marketinq ilində 3,5 faiz artaraq 771 milyon tona çatmışdı. 2021/2022 marketinq ilində isə qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılırdı ki, bu da 1,5 faizlik artım demək idi.
Tarixi “Taxıl sazişi”nin imzalanmasında BMT-nin və Türkiyənin vasitəçilik missiyasının önəmini xüsusi qeyd etmək lazımdır. Məhz BMT-nin və qardaş ölkənin yüksəksəviyyəli rəsmilərinin, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğanın böyük səyləri sayəsində başlanğıcda öz şərtlərini diktə edən Rusiyanın və Ukraynanın mövqelərini uzlaşdırmaq mümkün oldu. Xatırladaq ki, ötən il oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “Taxıl sazişi”ndən çıxdığını elan etmişdi. Sonradan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə “taxıl dəhlizi” bərpa olundu.
BMT-nin çağırışı, Türkiyə və Ukraynanın razılığı
“Taxıl sazişi”nin bitmə müddətinə saylı günlər qalmış BMT sənədin yenidən uzadılmasına çağırış edib. Belə bir çağırış martın 5-də BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bislinin dilindən səsləndirilib. Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurətini dünyada səngimək bilməyən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi, eləcə dəTürkiyə və Suriyada baş verən zəlzələlər diktə edir. O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddəti uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.
Oxşar çağırışlar, həmçinin Ukraynadan gəlib. Bu ölkə taxılın daşınma müqaviləsinin uzadılması ilə bağlı BMT və Türkiyəyə təklif göndərib. Bu barədə “Röyters” Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb. “Biz sövdələşmənin uzadılması məsələsini həll etməyə başlamaq üçün məktub göndərmişik, lakin hələlik heç bir cavab almamışıq”, - deyə “Röyters” mənbəyə istinadla belə yazıb. Bundan əvvəl isə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov bildirmişdi ki, Kiyev sövdələşmənin müddətini 120 gün deyil, ən azı bir il uzatmaq üçün rəsmi təklif göndərmək niyyətindədir.
“Türkiyə Qara dənizdə martın 18-də başa çatacaq “taxıl dəhlizi”nə dair sazişin uzadılması üzərində işləyir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə BMT-nin konfransında çıxışı zamanı deyib. “Biz Qara dənizdə “Taxıl sazişi”nin problemsiz icrası və daha da uzadılması üzərində çox çalışırıq”, - deyə Çavuşoğlu söyləyib. Çavuşoğlu, həmçinin qeyd edib ki, o, BMT-nin Baş katibi Antonio Quterreşlə Ukrayna ərzaq məhsullarının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edib.
Nə qədər taxıl daşınıb?
Bəs “Taxıl sazişi” çərçivəsində Ukraynadan başqa ölkələrə nə qədər taxıl daşınıb? Müxtəlif mənbələrdən verilən məlumatlara görə, 2023-cü ilin əvvəlinədək Ukraynadan bütövlükdə, 16,9 milyon ton taxıl yola salınıb. Bu həcmdə məhsul, ümumilikdə, 633 gəmi ilə daşınıb. Taxıl daşıyan ilk gəmi 2022-ci il avqustun 5-də Odessa limanını tərk edib.
Təəssüf ki, “Taxıl sazişi”nin tam ədalətli şəkildə icra olunduğunu söyləmək mümkün deyil. Belə ki, Ukraynadan ixrac olunan taxılın bölüşdürülməsində Dünya Bankının yuxarı-orta və ya yüksək gəlirli ölkələr kimi təsnif etdiyi ölkələr, o cümlədən Türkiyəyə, İspaniyaya, Çinə, İtaliyaya, Cənubi Koreyaya, Hollandiyaya, Rumıniyaya, Almaniyaya, İsrailə, İrlandiyaya, Fransaya, Yunanıstana və Bolqarıstana daha çox pay düşüb. Ukraynadan daşınan taxılın cəmi 5%-i kasıb ölkələrə göndərilib.
Rusiyanın şərtləri var
“Taxıl sazişi”nin icra müddətinin yenidən uzadılması ilə bağlı aparılan danışıqlar heç də rəvan getmir. Martın 3-də Rusiya Xarici İşlər Nazirliyi taxıl razılaşmasının Qərb ölkələri tərəfindən sabotaj edildiyini açıqlayıb. Nazirliyin bəyanatına görə, müqavilənin bağlanmasından səkkiz ay keçməsinə baxmayaraq, razılaşmanın Rusiyaya aid hissəsi icra edilmir, bu ölkəyə öz məhsullarını xaricə çıxarmağa imkan verilmir, Ukrayna isə məhsullarının ixracını həyata keçirir.
“Əgər taxıl razılaşmasının digər iştirakçıları müqavilələri bərabər əsaslarla yerinə yetirməyə hazırdırlarsa, Rusiya taxıl müqaviləsi üzrə öhdəliklərindən imtina etmir”. Bu barədə martın 5-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində bildirib.
Mariya Zaxarova taxıl müqaviləsində iştirak edən bütün tərəflərin öz öhdəliklərinin hamı üçün bərabər olduğunu xatırladıb. “Bunlar təkcə bir tərəfin öhdəliyi, digər tərəfin isə fırıldaq və maxinasiyası olmamalıdır. Biz həmişə üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, - deyə Rusiya XİN-in nümayəndəsi bildirib.
Bütün dünyanın diqqət mərkəzində olan məsələ ilə bağlı, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb. “Taxıl müqaviləsi Rusiyanın maraqlarına uyğun olaraq uzadıla bilər”. Bunu S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə deyib. İki ölkənin nazirləri martın 1-də Yeni Dehlidə G20 çərçivəsində görüşüblər. “Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi perspektivlərini müzakirə edərkən Rusiya tərəfi vurğulayıb ki, taxılla bağlı “paket” sazişinin davam etdirilməsi Rusiya kənd təsərrüfatı məhsulları və gübrə istehsalçılarının bu məhsullara dünya bazarlarına maneəsiz çıxışı baxımından maraqları təmin olunduğu təqdirdə mümkündür”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda vurğulanıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

