İxrac istiqaməti Avropadır!
27.04.2023 [10:30]
Prezident İlham Əliyev: Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq
Enerji dialoqunun əvvəlki iki mərhələsində böyük təcrübə qazanan və özünü etibarlı tərəfdaş kimi təsdiqləyən Azərbaycan hazırda yeni mərhələyə keçid etməkdədir. Söhbət bərpa olunan mənbələrdən elektrik enerjisi istehsal etmək və onu xarici bazarlara çıxartmaqdan gedir. Şübhə yoxdur ki, enerji dialoqunun üçüncü mərhələsi də Azərbaycan üçün uğurlu olacaq. Prezident İlham Əliyev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimindəki çıxışında ölkəmizin yeni hədəflərinə diqqət çəkərək bildirib: “Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Eyni zamanda, mən sizə bildirmək istəyirəm ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni - iki neft boru kəməri - biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq”.
Zəngin “yaşıl enerji” potensialı
Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Hazırda ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 %-ə çatdırılmasıdır.
Azərbaycana qlobal səviyyədə artan inamın ifadəsi olaraq transmilli şirkətlər bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə respublikamızla əməkdaşlığa böyük maraq göstərirlər. Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. 2021-ci il iyunun 3-də Energetika Nazirliyi və BP şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. 2022-ci il yanvarın 13-də Gülüstan sarayında Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. “Acwa Power” şirkəti tərəfindən tikilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Sözügedən KES Azərbaycanda ən böyük külək elektrik stansiyası olacaq. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu, ölkəmizdə qeyri-neft sektorunda xarici investisiya əsaslı həyata keçirilən ən böyük layihələrdən biridir.
Enerji dialoqunun üçüncü mərhələsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən transmilli şirkətlərdən biri də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir. 2022-ci il 15 mart tarixində “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei iştirak ediblər. “Masdar”ın investisiyaları hesabına inşa olunan Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da 110 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir. Stansiya, həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Bununla da 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq
Güclü ötürmə xətləri olacaq
Azərbaycanın təşəbbüsü və səyləri əsasında formalaşan “yaşıl enerji” komandası hələlik böyük deyil. Burada respublikamızla yanaşı, Gürcüstan, Rumıniya və Macarıstan təmsil olunurlar. Ancaq perspektivdə bu komandanın genişlənməsi ehtimalları çox böyükdür. Çünki Avropa İttifaqı məkanında mövcud geosiyasi reallıqlar fonunda yeni transformasiyalar, o cümlədən də “yaşıl enerji”yə keçid hədəflənib. Təsadüfi deyildir ki, bu, “qoca qitə”nin xilas planında əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Azərbaycan özünün zəngin potensialı ilə Avropanın “yaşıl enerji”yə artan tələbatını müəyyən həcmlərdə qarşılamağa qadir ölkədir. Buna həm güclü potensial, həm də qətiyyətli siyasi iradə var.
Hazırda tərəfdaş ölkələr əsas diqqəti “yaşıl enerji”ni Xəzər sahillərindən qoca qitəyə çatdırmaq üçün zəruri infrastrukturun yaradılmasına yönəldiblər. Xatırladaq ki, ötən ilin yayında Azərbaycanla Aİ arasında imzalanan Memorandumda enerji əməkdaşlığının yeni istiqaməti ilə bağlı konkret müddəalar öz əksini tapıb. Bundan başqa, 2022-ci il 17 dekabr tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Həmin sazişə əsasən Azərbaycan qoca qitəyə Qara dənizin dibi ilə çəkiləcək marşrutla elektrik enerjisi ixrac edəcək. Yuxarıda bəhs olunan tədbirdəki çıxışında Azərbaycanda istehsal edilən “yaşıl enerji”nin əsas ixrac istiqamətinin Avropa olacağını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45

