Dövlət büdcəsinin gəlirləri və xərc istiqamətləri
03.06.2023 [10:40]
Dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı dövlətin 1 il ərzində gördüyü işlərin maliyyə ifadəsində güzgüsüdür. Bu baxımdan büdcə vəsaitlərinin xərc istiqamətlərində prioritetlərin müəyyənləşdirilməsi və hesabatlılığın, şəffaflığın təmin olunması mühüm əhəmiyyət daşıyır. Uğurlu ölkə kimi inkişaf edən Azərbaycanın dövlət büdcəsi ölkənin davamlı şəkildə artan imkanları nəzərə alınmaqla ilbəil genişlənir və nəzərdə tutulan prioritet istiqamətlərə daha böyük həcmlərdə vəsaitlərin yönəldilməsi təmin edilir. Bu günlərdə parlamentdə 2022-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub. Eyni zamanda, Ali Audit Orqanı olan Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı rəy verib. Rəydə bir sıra diqqətçəkən məqamlar yer alıb.
Yeni məsuliyyət normaları
Ötən ilin dövlət büdcəsi xarakterinə görə əvvəlki sənədlərdən yeni məsuliyyət normalarının icrası baxımından fərqlənir. Bu, ilk növbədə Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin geniş vüsət alması, həmçinin 2022-ci ildə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının ilk ilinin icrasının maliyyə qaynağının dövlət büdcəsi olması ilə əlaqəlidir. Bütövlükdə 2022-ci ilin dövlət büdcəsi hədəfləri baxımından yeni xarakterli sənəd hesab olunur. Respublikamızda ilk dəfədir ki, qarşıakı dövr üçün təsdiqlənən strateji sənədin maliyyə tutumluluğu açıq şəkildə müəyyən edilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun məlumatına əsasən, 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən zəruri addımlar atılıb.
Eyni zamanda, audit durumu məlumatlılığın artırılması fonunda mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, “Büdcə zərfi”ndə bir sıra məsələlər üzrə dəyişikliklərin zəruri olduğu qənaətindədir. Belə ki, büdcə-vergi siyasətinin icrasının nəticələrinin konkret tədbirlər və kəmiyyət hədəfləri, vergi güzəştlərinin səmərəliliyinin müqayisəli qiymətləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlər və uzlaşma barədə məlumatların büdcə sənədləşməsinə daxil edilməsi bir tərəfdən fiskal siyasətin icrasının nəticəliliyinin ölçülməsinə, digər tərəfdən beynəlxalq qiymətləndirilmələrdə mövqeyimizə müsbət təsir edər.
Qeyri-neft gəlirlərində artımlar
Rəy hazırlanarkən əsas götürülən makroyanaşmalar diqqət çəkir. Qurum rəsmisi bildirib ki, hesabat ilində də dövlət büdcəsinin gəlir və xərcləri aidiyyəti qurumların məlumatları əsasında üzləşdirilib. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlara əsasən 2022-ci ildə 29,3 mlrd. manat təhlillə əhatə edilib ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin (30,7 mlrd. manat) 95,4%-nə bərabərdir. Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən gəlirlər, Dövlət Neft Fondundan transfert, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə qurumlardan alınmış hesabatların Qanun layihəsində və illik hesabatda əks etdirilmiş göstəricilərə uyğunluq təşkil etdiyi qənaətinə gəlinib.
Eyni zamanda, rəyin tərtib edilməsi zamanı xərcləri icra edən 134 qurum üzrə 24,9 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 77,6%-ni təşkil edir. Qeyd edək ki, təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 6,0 mlrd. manat və ya 8,3 faiz bəndi artıb.
Neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin neft gəlirləri əvvəlki ilə nisbətən 13,2% artaraq 15,3 mlrd. manata çatsa da, cəmi gəlirlərdə payı 1,3 faiz bəndi azalıb. 2022-ci ildə qeyri-neft iqtisadiyyatının və qeyri-neft gəlirlərinin əhəmiyyətli artımı fonunda cari xərclərin qeyri-neft sektoru hesabına təmin olunma göstəricisi üzrə müsbət meyillər izlənib. Bu, həmçinin cari xərclərin də il ərzində 2,5 mlrd. manat azalması hesabına baş verib. Aparılan təhlillər əsasında 2022-ci ildə cari xərclərin qeyri- neft gəlirləri ilə təmin olunma səviyyəsinin əvvəlki illə müqayisədə 9 faiz bəndi artdığını görürük. Belə ki, qeyri-neft gəlirləri 15,4 mlrd. manat olmaqla cari xərclərin 86,5%-ni təşkil edib. 2022-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 106,5 mln. manat proqnozlaşdırılmış, icra isə 130,7 mln. manat olmuşdur.
2022-ci ildə dövlət büdcəsində icra edilmiş xərclər əvvəlki ilə nisbətən artıb. Verilən məlumata görə ötən il ölkə üzrə ümumilikdə 12102 sayda satınalma tətbiq edilməklə 6,8 mlrd. manat məbləğində satınalma müqavilələri “Dövlət satınalmaları haqqında” Qanun ilə müəyyən edilmiş metodlar tətbiq edilməklə bağlanıb ki, bu da 2021-ci illə müqayisədə 767,5 mln. manat çoxdur. 2022-ci ildə satınalmalar arasında say baxımından bir mənbədən satınalma metodu, məbləğ baxımından açıq tender üstünlük təşkil edib.
Ötən il üçün dövlət əsaslı vəsait qoyuluşu xərcləri 3,3 mlrd. manat nəzərdə tutulub və 99,8% səviyyəsində icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bölgüsünə daxil edilmiş 507 layihədən 332-si keçid, 175-i isə yeni layihələr olmuşdur ki, bu layihələrin icrasına müvafiq olaraq 2,7 mlrd. manat və 571,9 mln. manat vəsait yönəldilib. 2022-ci ildə başa çatdırılması nəzərdə tutulan, lakin istifadəyə verilməyən 10 layihəyə 39,7 mln. manat xərclənib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

