Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / "Abşeron"un kəşfi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın liderliyi üçün əla fürsətdir

"Abşeron"un kəşfi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın liderliyi üçün əla fürsətdir

13.09.2011 [10:33]

Yeni qaz yatağının kəşf edilməsi respublikamızın zəngin qaz ölkəsi olmasını bir daha dünyaya nümayiş etdirdi
Azərbaycanın dünyada enerji mərkəzinə çevrilməsi, Xəzərin ən zəngin karbohidrogen resurslarına malik olması ilə bağlı real faktlar növbəti dəfə özünü təsdiqlədi. ötən ilin sonlarında “ümid” yatağının kəşfi ilə ən yeni tarixə imza atan respublikamız daha bir nəhəng qaz blokunu - “Abşeron” yatağını kəşf etməklə zəngin qaz ölkəsi olmasını bir daha dünyaya nümayiş etdirdi. 17 il əvvəl dünyanın diqqət mərkəzinə çevrilən respublikamız yenidən xarici dövlətlərin güclü maraq dairəsinə daxil olub. Dünyanın ən nəhəng neft-qaz kompaniyaları, enerji istehlakçıları hazırda Azərbaycanda yeni mərhələyə qədəm qoyan qaz bumunun iqtisadi-siyasi təfərrüatlarını araşdırır, ölkəmizlə əməkdaşlığın yeni komponentləri üzrə əməkdaşlığa can atırlar.
ötən illər ərzində neft amili ilə dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən Azərbaycanın enerji siyasətində qaz faktorunun xüsusi ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarmış olur. Söhbət “Abşeron” yatağının kəşfindən sonra Amerikadan tutmuş Avropa və uzaq Asiyaya kimi yanacaq alıcısı olan ölkələrin Azərbaycana ardı-arası kəsilməyən təkliflərindən gedir. İndiyədək qaz uğrunda əsas rəqabət Mərkəzi-Şərqi Avropa dövlətləri arasında gedirdisə, bundan sonra sözsüz ki, Asiya, Afrika və Amerika qitəsi Azərbaycan qazı əldə etmək üçün səyləri artıracaq. Nəzərə alsaq ki, yeni qaz bloku ehtiyatlarının həcminə və kəşfiyyət sahəsinə görə, böyük bir yataqdır, onda buradan çıxan resursların uzunmüddətli qaz bumu üçün perspektivlər vəd etməsi labüddür.
“Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi mühüm tarixi hadisə kimi iqtisadi və siyasi məzmun kəsb edir. Bu yataq irihəcmli ehtiyatları ilə ölkəmizin qaz potensialının güclü olmasının daha bir əyani təzahürüdür. Azərbaycanın zəngin qaz resurslarına malik olmasının dünyaya nümayişidir.
Bu yatağın kəşfi Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozlarının yeniləşməsinə zəmin yaradan bir faktor sayıla bilər. İndiyədək respublikamızın qaz ehtiyatları 3-4 trilyon kubmetr təsdiq edilmişdisə, bundan sonra bu proqnoz dəyişərək 5-6 trilyon kubmetrə bərabər olacaq. Bu, çox ümidverici və həddindən artıq böyük proqnoz göstəriciləri sayıla bilər. Azərbaycan yeganə ölkələrdəndir ki, son bir ildə proqnoz göstəricilərini 2 dəfə artıra bilib. Xəzər bölgəsində heç bir ölkə 2010-cu ilin sonlarından bu yana 2 dəfə nəhəng qaz yatağını kəşf etməklə güclü proqnoz dəyişiklikləri əldə etməyib. ötən il sonlarında “ümid” yatağının kəşfi ilə Azərbaycanın qaz proqnozları 3 trilyondan 4 trilyona çatdırıldı və hazırda “Abşeron” yatağının kəşfindən sonra bu göstəricilər yenə dəyişmiş oldu. Yəni, ölkəmiz bir il ərzində ehtiyatlarının proqnozlaşdırılan həcmini 2 dəfə artırmaqla bölgədə ən güclü geoloji-kəşfiyyat planlarına malik olmasını və zəngin qaz ölkəsi kimi yeni-yeni perspektivlərə yol açdığını təsdiqləmiş oldu.
Onu da nəzərə almaq lazımdır ki, bu yataq həm də digər perspektivli bloklar üçün ümid yaradır. Təbii ki, bundan sonra digər perspektivli yataqlarda kəşfiyyat işlərinin genişləndirilməsi sürətlənəcək. “Babək”, “İnam”, “Araz” və “Alov” bloklarının işlənməsi üçün də əlverişli perspektivlər yaranıb.
Dünyada enerji ehtiyatlarının nəqli ilə bağlı rəqabətin dərinləşdiyi bir dövrdə Azərbaycan daha güclü təsir imkanları qazanır. Yeni qaz yatağının kəşfi respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradır. Bu yatağın kəşfi qaz resurslarının Avropa bazarlarına ixracı üçün “Cənub dəhlizi” digər boru kəmərlərinin çəkilişini sürətləndirəcək. Bununla yanaşı, yeni dövrün tələbləri kimi digər qaz kəmərlərinin çəkilməsi labüd olacaq. ölkəmiz, həmçinin, sıxılmış qaz yatağının ixracı ilə bağlı yeni marşrutları gerçəkləşdirmək imkanlarına malik olacaq. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında liderliyi ələ almaq üçün əla fürsət qazanacaq.
Prezident İlham Əliyev bu tarixi hadisə ilə bağlı fikirlərini açıqlayarkən qaz ehtiyatlarının həcminin artması fonunda ölkəmizin ixrac imkanlarının genişləndiriləcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni yatağın kəşf olunması ölkəmizin qaz strategiyasını daha da inamla irəliyə aparmağa imkan verəcək: “Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır”.
Proqnozlara görə, Azərbaycan 2015-2020-ci illərdə qaz kəmərləri vasitəsilə Avropaya ildə ən azı 20 milyard kubmetrdən çox qaz nəql edəcək. Azərbaycan təkcə “Şahdəniz” yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etmək gücündədir. Digər yataqlardakı, məsələn, “Bahar”, “İnam”, “Alov”, “ümid” kimi perspektiv yataqlarda qaz ehtiyatlarında 2-3 trilyon kubmetrdən çox qaz var. “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol oynayacaq və bu bazarda mövqeyini daha da möhkəmləndirəcək. Avropa bazarı dünyanın ən sabit, gəlirli və hüquqi baxımdan yaxşı tənzimlənən bazarıdır. 2017-ci ildən sonra, “Şahdəniz-2” həyata keçirildikdən sonra ölkənin qaz istehsalı 55 milyard kubmetrə çatacaq və bu, böyük həcmdir. Həmin rəqəmin 70 milyarda çatacağı ehtimalı da vardır. Bu qazın 35-40 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Bu da Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.
Bundan başqa, “Abşeron” yatağının resurslarının nəqlinə başlanması ixracın coğrafiyasını və həcmini daha da artıracaq. 2020-2025-ci ilədək perspektiv strukturların və yataqların gələcək istismarı ilə ölkədə qaz hasilatı həcmi ildə 35-40 milyard kubmetrə çatacaq. Beləliklə, Azərbaycan yaxın onillikdə ildə ən azı 30 milyard kubmetr qaz ixrac edəcək. Bu ehtiyatların isə 100 il, hətta 200 il kifayət edəcəyini söyləmək olar. Azərbaycan neftdə olduğu kimi, qaz ehtiyatlarının ixracını da çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək.
Yeni qaz yatağı Azərbaycanın valyuta gəlirlərinin artması üçün də əsaslı baza deməkdir. Post-neft erasında respublikamız artıq dünyaya illik 30 milyard kubmetr qaz tədarük etməklə böyük həcmdə valyuta sərvətləri qazanacaq. Qazın neftlə müqayisədə daha yüksək qiymətə satılması isə bu sahənin post-neft dövründə zəngin valyutatutumlu sahə olacağını şərtləndirir.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1261 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30