Türkiyədə sərt pul siyasəti
30.08.2023 [11:35]
Qardaş Türkiyədə ölkədə baş verən proseslər nəzərə alınmaqla sərt pul siyasəti davam etdirilir. Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Türkiyə Cümhuriyyətinin Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Bankın uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. Xatırladaq ki, TCMB-nin yeni heyəti iyun ayında işə başlayanda ölkədə uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi. Qardaş ölkədə uçot dərəcəsi əvvəlcə 15 faizə yüksəldildi, iyulun 20-də isə lirənin uçot dərəcəsi 17,5 faizə çatdırıldı.
Aşağı inflyasiya hədəfi
Dünyada və ölkədə baş verən hadisələr fonunda Türkiyədə inflyasiyanın yüksək dinamika ilə artımı müşahidə olunur. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına əsasən, iyul ayında ölkədə inflyasiya 47,83 faizə kimi artıb. İyun ayında isə bu rəqəm 38,21 faiz təşkil etmişdi.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bazar iştirakçıları arasında keçirdiyi sorğuda inflyasiya proqnozları daha da yüksəlib. 2023-cü ilin avqust ayı üzrə Bazar İştirakçılarının Sorğusunda sualları real sektor, maliyyə sektorunun nümayəndələrindən və peşəkarlardan ibarət 40 iştirakçı cavablandırıb. Bildirilir ki, iştirakçıların cari ilin sonuna istehlak inflyasiyası üzrə proqnozu 59,46 faiz olub. Əvvəlki sorğuda proqnoz 43,82 faiz idi. Eləcə də, 12 aylıq inflyasiya gözləntisi əvvəlki sorğuda 33,21 faiz idisə, bu sorğuda 42,01 faizədək atıb.
İnflyasiyanın belə artımı əhalinin gəlirlərinə böyük zərbədir. İzlənilən proseslər fonunda əməkhaqqı artımlarının səmərəsi hiss olunmur. Artan inflyasiya insanların qazancını udur. TCMB açıqlamalarında uçot dərəcəsinin artırılmasında əsas hədəflərdən birinin inflyasiyanın cilovlanması olduğunu əsaslandırır. Burada həqiqət payı yox deyil. Bəli, sərt pul siyasəti inflyasiyanın cilovlanmasını şərtləndirən mühüm vasitələrdən biridir. Heç şübhəsiz ki, qurumun uçot dərəcəsinin artırılmasını özündə ehtiva edən qərarı istehlak xərclərinin azalmasında özünü göstərəcək.
Ancaq bu, arxayınçılığa əsas vermir. Çünki inflyasiyanın artmasını şərtləndirən başqa amillər də mövcuddur. Hər bir ölkədə inflyasiya daxili və xarici amillərə görə enir və yaxud yüksəlir. Hazırda dünyada və Türkiyənin qonşu olduğu coğrafiyalarda geosiyasi şərait olduqca ziddiyyətlidir. Təhdidlər artıb. Daşıma-təchizat zəncirində qırılmalar müşahidə edilir. Türkiyənin çox böyük səyləri ilə imzalanan “Taxıl sazişi” pozulub. Bir sıra ölkələr ərzaqlıq buğdanın, bütövlükdə ərzaq məhsullarının ixracını xüsusi şərtlər altında həyata keçirirlər. Bütün bunlar digər region dövlətlərində olduğu kimi, qardaş Türkiyədə də inflyasiya risklərini artırır. Ölkədə inflyasiyanın artımında idxal inflyasiyasının çəkisi yüksək olaraq qalmaqdadır.
Eyni zamanda, hazırda Türkiyə iqtisadiyyatında da müəyyən çətinliklər yaşanır, xüsusilə də ölkənin investisiya ehtiyacları bütünlüklə qarşılanmır. Bütövlükdə, hazırda ölkədə inflyasiyaya azaldıcı təsir göstərəcək daxili amillər zəif qiymətləndirilir. Türkiyədə inflyasiyanın artımına həmçinin bəzi güc mərkəzlərinin qardaş ölkə ilə bağlı mənfur planlarının da təsirsiz ötüşmədiyi də bildirilir. Prezident R.T.Ərdoğanın milli maraqlar üzərində qurulan məqsədyönlü siyasəti, Türkiyənin yeni dünya nizamının formalaşmasında aktiv rol alması ayrı-ayrı mərkəzlərdə qısqanclıqla qarşılanır. Onlar hansısa planlara əl atmaqla Türkiyəni sürətli inkişaf yolundan döndərməyə cəhdlər göstərirlər. Milli iqtisadiyyata inamsızlıq aşılayan təbliğatın işə salınması, daxildə və ölkə hüdudlarından kənarda Türkiyəyə qarşı şantaj, terror cəhdləri bu planın tərkib hissəsidir. Ancaq Türkiyə dövlət və cəmiyyət olaraq belə cəhdlərin qarşısını almaq iqtidarındadır.
Lirə bahalaşır - davamı gələcəkmi?
Türkiyə Mərkəzi Bankının bəhs etdiyimiz qərarından sonra lirə-dollar nisbətində birincinin xeyrinə artım müşahidə edilir. Bəs yaxın və uzaq perspektivdə lirənin bahalaşması davamlı prosesə çevriləcəkmi? Ekspertlər qardaş ölkə üçün çox aktual olan bu suala müsbət cavab verməyə tələsmirlər və müəyyən tərəddüdlərini dilə gətirirlər. Bu xüsusda “Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib: “Lirə hazırda sürətlə bahalaşsa da, bunun davamlı olacağını düşünmürəm. Səbəb aydındır - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz bəndi artıraraq 17,5 faizdən 25 faizə qaldırması lirəyə psixoloji təzyiqi azaldıb və qardaş ölkənin milli valyutası dəyər qazanıb. Uçot dərəcəsinin birdən-birə 7.5 faiz bəndi artımı qarşısında bunu normal qarşılamaq lazımdır.
Amma qarşıdakı uzun müddət ərzində lirənin bu templə bahalaşmasının davamlı olacağını gözləmirəm. Psixoloji effektlər neytrallaşdıqdan sonra nisbətən dinamika azalacaq. Lirənin möhkəmlənərək əvvəlki vəziyyətinə dönməsi üçün hələ uzun müddət lazım olacaq”.
Manata təsir imkanları
Qardaş ölkənin milli valyutasında müşahidə edilən volatillik Azərbaycanda da diqqətlə izlənilir ki, bu da təsadüfi deyil. Azərbaycan Türkiyəyə böyük həcmlərdə investisiyalar yönəldib. Eyni zamanda, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.
Bütün bu amilləri nəzərə aldıqda lirənin bahalaşması və yaxud ucuzlaşmasının manata təsirsiz ötüşməyəcəyi ehtimallarını irəli sürmək mümkündür. Belə təsirlər gözləniləndir. Ancaq indiki məqamda bu təsirlərin böyük olacağı fikrinə yer yoxdur. Respublikamızda manatın kursunun müəyyənləşməsinə təsir göstərən əsas iqtisadi faktorlar - ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Hələlik hərraclara kifayət qədər valyuta çıxarılır və tələb qarşılanır. O amili də nəzərə almaq lazımdır ki, respublikamız tam “üzən məzənnə” rejiminə keçid etməyib. Milli valyutamızın kursu Azərbaycan Mərkəzi Bankının nəzarəti altında tənzimlənir. Buna görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa AMB-nın mövqeyindən asılıdır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

