İlk ödənişli yol
08.09.2023 [11:27]
Bakı-Quba-Rusiya ödənişli yolunda hansı qiymətlərin tətbiqi gözlənilir?
Azərbaycanda da dünyada geniş yayılan ödənişli yollardan istifadə olunması praktikasının tətbiqinə başlanılacaq. İlk belə layihə kimi Bakı-Quba-Rusiya avtomobil yolu seçilib. Bu, Baş nazir Əli Əsədovun 5 sentyabr 2023-cü il tarixində imzaladığı 309 saylı müvafiq qərarda öz əksini tapıb. Nazirlər Kabinetindən verilən izahda bildirilir ki, qərar “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsi ilə bağlı qərar qəbul edilib.
Qərarla Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğinin avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edilməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən isə ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi müəyyən edilib.
Beş hissə üzrə tam yenidən qurulan magistral
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi 5 hissə üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir. Qurumdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər yekunlaşıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci (layihə üzrə 29.9-53.5 km) və 20 km-lik 3-cü (layihə üzrə 53.5-73.5 km) hissələr üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Magistralın 18.5 km-lik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsi üzrə tikinti işləri davam etdirilir. Hal-hazırda sözügedən hissədə yol əsasının, yolötürücü və drenaj boruların, körpülərin tikintisi işləri başa çatıb, aşınma qatı istisna olmaqla asfalt-beton örtüyündə son tamamlama işləri həyata keçirilir. Yeni magistralın 58 km-lik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə də tikinti işləri tam olaraq yekunlaşdırılıb.
Yeni inşa edilən 150 km-lik magistralda yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Yeni layihənin icrası nəticəsində müvafiq marşrut üzrə məsafə 13 km azalıb. Layihə üzrə magistralın üzərində 6 ödəmə məntəqələri və nəqliyyat vasitələrinin dayanması üçün dayanacaq meydançaları tikilməkdədir. Qeyd edək ki, ödəmə sisteminin quraşdırılması beynəlxalq standartlara uyğun, müasir texniki avadanlıqlarla və beynəlxalq proqram təminatı ilə həyata keçirilir.
Uzaq və yaxın xarici ölkələrdə ödənişli yollar
Hazırda dünyanın bir çox ölkələrində ödənişli yollar var. Qiymətlər də təbii ki, ölkələr üzrə dəyişir. Məsələn, ABŞ-da olan 90 min kilometrlik federal yolların 10 min kilometri ödənişlidir. Belə yollarda gediş haqqı (50 sentdən 15 dollara qədər) adətən körpü və tunel olan ərazilər üçün alınır. Avropada da avtomobil sahibləri yolun ümumi uzunluğuna görə deyil, yalnız keçilən tunel, körpü və estakadalara görə vəsait ödəyirlər. Tariflər nəqliyyat vasitəsinin növünə və məsafəyə görə hesablanır. Məsələn, İspaniyada Madriddən Barakas aeroportuna getmək üçün cəmi 1,75 avro ödənilirsə, Madriddən Barselonaya getmək üçün (200 km) 30 avro ödəmək lazım gəlir.
İqtisadiyyatı böyük, əhali sayı çox olan Çində isə mənzərə fərqlidir. Burada pullu yollara alternativ marşrutlar, demək olar ki, yoxdur. Ödənişli yollarda sürücülər hər kilometr üçün 8 sent ödəməlidirlər.
Postsovet məkanında ödənişli yollardan istifadə praktikasına əl atan ilk ölkə Rusiya olub. Bu ölkədə ilk pullu yollar dövlət əsaslı vəsait qoyuluşu ilə çəkilib, 2007-ci ildən etibarən özəl bölmə təmsilçiləri də ödənişli yollar inşa etməyə başlayıblar. Hazırda qonşu ölkədə 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yollarda gediş-gəliş ödənişli əsaslarla mümkündür.
Qardaş Türkiyədə isə Avropa istiqamətində uzanan yol ödənişlidir. Həmçinin Türkiyənin məşhur boğaz körpüsünə giriş də ödənişlədir. Burada ödəniş avtomobillərin modifikasiyasına görə dəyişir. Minik avtomobillərinin sahibləri 15 Temmuz Şehitler Körpüsünü keçmək üçün 10,5 TL ödəməlidirlər. Fatih Sultan Mehmet Körpüsünün keçidi üçün də eyni qiymət müəyyənləşdirilib. Minik avtomobillərinin sahibləri Yavuz Sultan Selim Körpüsünü keçmək üçün daha yüksək məbləğ - 19,5 TL ödəyirlər. O cümlədən minik avtomobillərinin Osmanqazi Körpüsündən keçidi üçün 103,05 TL, Avrasiya Tunelindən keçidləri üçün isə 23,30 TL müəyyənləşdirilib.
Məbləğin yüksək olması gözlənilmir
Baş nazirin imzaladığı qərara əsasən, ödənişli yolun başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri, son nöqtəsi isə magistralın R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişmə yeri olacaq.
Bəs Bakı-Quba-Rusiya yolunda hansı qiymətlərin tətbiqi gözlənilir?
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Yeni Azərbaycan”ın sorğusuna cavabında bildirib: “Bəhs olunan yoldan istifadəyə görə yığılan vəsait sırf bu yolun saxlanılmasına yönəldiləcək. Konkret rəqəmləri səsləndirmək hələ tezdir. Bu, Nazirlər Kabinetinin qərarına əsasən, Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Mən bir ekspert kimi, indiyədək qiymətlərlə bağlı müxtəlif səviyyələrdə aparılan müzakirələrə qatılmışam. Həmin müzakirələrdə hökumət qurumları və vətəndaş cəmiyyətinin təmsilçiləri gediş haqlarının aşağı səviyyədə müəyyənləşdirilməsi ilə bağlı təklifləri dəstəkləyiblər. Aparılan müzakirələrin iştirakçısı kimi, deyə bilərəm ki, qiymətlər yüksək olmayacaq”.
Mütəxəssislərin narahatlığı
Məsələ ilə bağlı “Yeni Aərbaycan”a danışan iqtisadçı ekspert Eldəniz Əmirov isə müəyyən narahatlıqlarını ifadə edib. Onun sözlərinə görə yeni ödənişli yolların istifadəyə verilməsi ödənişsiz yolların baxımsız hala gəlməsi ilə nəticələnməməlidir. “Mən alternativi olan ödənişli yolların tərəfdarıyam. Ancaq bir şərtlə ki, bu, ödənişli yoldan istifadə edənlərin sayı artsın deyə alternativ olan ödənişsiz yolların baxımsız hala düşməsinə səbəb olmamalıdır”, - deyə ekspert narahatlığını bölüşüb.
Yeni salınan Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndirdiyini bildirən iqtisadçı ekspert deyib ki, bunun bir çox aspektlərdə ciddi faydaları olacaq.
Eldəniz Əmirovun qənaətinə görə, hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə daha çox ehtiyac var. Bununla bağlı fikirlərini ifadə edən iqtisadçı ekspert vurğulayıb: “Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın “rahat nəfəs alması” üçün önəmli olardı. Sürücülərin saatlarla yollarda itirdikləri vaxt bir yana, onlar tıxaclarda sərf etdikləri yanacağın kiçik bir hissəsi həcmində ödəniş aparmaqla mənzil başına daha tez çata bilərlər. Eyni zamanda, layihəyə çəkilmiş xərc asanlıqla geri qayıdacaq. Sonrakı uzun illər boyu da bu infrastruktur obyekti davamlı gəlir mənbəyi olaraq qalacaq. Ən əsası isə bu, dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36
