Təbiətin şıltaqlığından zərərsiz çıxmaq üçün...
29.09.2023 [11:25]
Aqrar təsərrüfatların sığortası yenidən aktuallaşır
Qlobal iqlim dəyişikliyi problemindən ən böyük ziyan çəkən sahə birmənalı olaraq kənd təsərrüfatıdır. Vaxtsız yağıntılar, və ya quraqlıq əkin sahələrinə, meyvə bağlarına kəskin ziyan vurur, fermer və sahibkarların gəlirlərinin aşağı düşməsinə səbəb olur. Təbii fəlakət isə “gəlirəm” demir - sadəcə bundan yayınma imkanları müzakirə predmet ola bilər
Dövlətin bu istiqamətdə gördüyü tədbirlər isə təqdirəlayiqdir. Fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr nəticəsində fermerlərə dəyən zərərin aradan qaldırılması və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizini, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər iki qat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər. Amma məsələ burasındadır ki, fermerlərin hələ də böyük əksəriyyəti sahələrini, məhsullarını sığorta etdirmir. İndiki halda bu, onların üzləşdikləri zərərin tam qarşılanmasına imkan vermir. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödənilir. Ekspertlər hesab edir ki, aqrar sığorta kənd təsərrüfatının inkişafı üçün çox mühümdür. Bu sığorta növü fonunda fermerlər ziyana məruz qalmır, biznesini inkişaf etdirir. Kompensasiyanı əldə etmək üçün sığortası olan fermer və təsərrüfat rəhbərləri əkin sahələrinə və təsərrüfatlara baxış keçirməli, dəymiş zərər barədə Aqrar Sığorta Fonduna məlumat verməlidir. Müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunur, dəyən zərəri qiymətləndirir və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunur.
Yeri gəlmişkən, rəsmi məlumatlara əsasən, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb. Nəticədə bu il sığorta ödənişləri daha da artacaq. Bu mənada yaxın günlərdə Azərbaycanda əkin sahələrinə dəymiş zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunmuş qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə sığorta ödənişləri veriləcək.
48 məhsul və 29 risk üzrə sığorta təminatı
İqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, regionlarda aqrar sığorta sisteminin tətbiqinə 2020-ci ilin sonlarından başlanıb: “Aqrar Sığorta Fondu tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən, o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, donvurma, normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortalandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və digər risklər aiddir. Hesab edilir ki, regionlarda aqrar sektor məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Kənd təsərrüfatı sahələrinin baş verə biləcək risklərdən sığortalanması bölgələrdə məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verir.
O da məlumdur ki, kənd təsərrüfatı təbiət hadisələrindən asılıdır. Bu fonda fermerlər təsərrüfatlarını əkib, becərməzdən əvvəl mütləq qoruma yollarına da diqqət etməlidirlər. Bu gün yeganə yol Aqrar Sığorta Fondunda öz təsərrüfatını sığortalamaqdır. Fermerlər əkinlərini və ya bağlarını elektron sistemdə bəyan edir, sığorta müqaviləsi bağlayırlar. Bu zaman təbiət hadisələrindən doğan zərərlərdən qorunmaq mümkündür. Amma hələ ki, fermerlər istənilən aktivliklə sığorta işində iştirak etmir”.
Sığorta ödənişi təşviqedici mexanizm kimi
E.Əmirov bildirib ki, fondun rəsmi statistikasına görə, 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat olub: “2021-ci ildə ümumi toplanan vəsait 6 milyon manat, 2022-ci ildə isə 9 milyon manat təşkil edib. Fond 2022-ci ildə 2 milyon 600 min manatdan çox sığorta ödənişi həyata keçirib və 2022-ci ildə bağlanan müqavilələr üçün 1 milyon manat ehtiyat yaradıb. Ötən il 500 milyon manatdan çox sığorta öhdəliyini üzərinə götürüb, bunun qarşılığında 14 milyon manat sığorta haqqı toplayıb. Eyni zamanda, fond 260 min hektardan çox əkin ərazisini sığortalayıb. Ölkə ərazisində olan 2 milyon hektara yaxın əkinəyararlı torpaq sahəsinin 10 faizdən çoxunu sığortalayıb. Deməli, hələ də sığorta edilməyən xeyli sahə var.
Qeyd etmək lazımdır ki, ölkəmizdə aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model uğurludur. Aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır və iki hissədən ibarətdir: Aqrar sığortalı tərəfindən ödənilməli olan hissə və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə. Yəni sığorta haqlarının bir hissəsini dövlət ödəyir. Bu təşviqedici mexanizmdir. Aqrar Sığorta Fondunun hesabatlarına baxanda biz görürük ki, sığorta yığımları ilbəil artır. Eyni zamanda, statistikadan görünür ki, müəyyən miqdarda sığorta kompensasiyaları da verilir. Əlbəttə ki, bu, irəliyə doğru atılmış addımdır. Lakin prosesin sürət tempinin artırılması üçün fermerlər də bu işlərdə daha mütəmadi iştirak etməlidir”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19

