Büdcə gəlirləri necə formalaşacaq?
15.11.2023 [10:40]
Milli Məclisin payız sessiyasının növbəti iclasında Prezident İlham Əliyevin parlamentə təqdim etdiyi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlərin geniş müzakirələri aparılıb. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər bundan əvvəl parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib. Gələn ilin büdcə layihəsi hazırlanarkən müasir çağırışlar, indiki stateji mərhə üçün müəyyənləşdirilmiş prioritetlər nəzərə aınıb. Müzakirələrdə məmnunluqla bildirilib ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artır. 2024-cü il üçün bu göstəricilərin rekord həcmdə olması müstəqil Azərbaycanın davamlı inkişafının təzahürüdür.
Gəlirlər və xərclər balansı
Qanun layihəsində gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsula nisbətdə 31,1 %, 2023-cü illə müqayisədə 0,5 % bənd çox, gəlirləri 28,9 %, 2023-cü illə müqayisədə 0,6 faiz bənd çox, kəsiri isə 2,2 %, 2023-cü illə müqayisədə 0,1 % bənd az təşkil edəcək.
Müqayisələr apardıqda gələn ilin büdcə xərclərinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artacağının şahidi oluruq. Müzakirələrdə vurğulandığı kimi, cari ilin iyununda yenidənbaxılma ilə 3,4 milyard manat məbləğində və ya 10,2 % artırılmış 2023-cü ilin dövlət büdcəsinin xərcləri ilə müqayisədə növbəti ilin dövlət büdcəsinin xərcləri 0,4 % artımla proqnozlaşdırılsa da, 2020-ci illə müqayisədə 2024-cü il dövlət büdcəsinin xərcləri 10 milyard 347 milyon manat və ya 40 % artıb.
Növbəti ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51%-dən artıq hissəsi məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi prioritet olaraq qəbul edilib. Buna uyğun olaraq, 2024-cü ildə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsi xərclərinin 10,9 %-i və ya 4 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 % və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6% çoxdur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün növbəti il dövlət büdcəsi xərclərinin 4,1%-i və ya 1 milyard 509 milyon manat vəsait yönəldiləcək.
Növbəti ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşdırılması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da nəzərdə tutulub. O cümlədən 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 %-i, onun cari xərclərinin isə 70%-i və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Gələn ilin dövlət büdcəsində də sosial sferanın prioritetliyinin gözlənilməsi Azərbaycanın sosial dövlət konseptinə uyğundur. Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkədə yüksək rifah cəmiyyətinin qurulması, vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində davamlı islahatlar aparılır və bu islahatların maliyyə təminatı öz həllini yüksək səviyyədə tapır.
Büdcə gəlirlərini formalaşdıracaq mənbələr
Bəs gələn ilin büdcə gəlirləri hansı mənbələrdən formalaşacaq? Bu suala müzakirələrə qatılan maliyyə naziri Samir Şərifov aydınlıq gətirib. Nazir bildirilib ki, təqdim edilən layihədə dövlət büdcəsi xərclərinin 93 faizinin və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri bərabər səviyyədə neft və qeyri-neft sektorlarından toplanacaq daxilolmalar hesabına təmin olunur. Qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin 58,2 % və ya 9 milyard 890 milyon manatını vergi daxilolmaları, 34,7 % və ya 5 milyard 9 milyon manatını gömrük rüsumları və idxala vergi daxilolmaları, 4,9% və ya 831 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 2,2% və ya 388 milyon manatını digər daxilolmalar təşkil edəcək. Dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək 12 milyard 781 milyon manat məbləğində transfert nəzərə alınmadan, 4 milyard 384 milyon manat məbləğində proqnozlaşdırılır.
Samir Şərifov 2024-cü ilin icmal büdcəsi barədə də məlumat verib. O bildirib ki, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Maliyyə nazirinin məlumatına görə, Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.
Güclü iqtisadiyyata əsaslanan büdcə
Rəqəmlərdən də göründüyü kimi, növbəti ilin dövlət büdcəsi kifayət qədər böyükdür. Gəlirlər və xərclər parametrlərinin geniş olduğu büdcəbin layihəsi ilk növbədə ölkənin güclü iqtisadi potensialı əsas götürülməklə hazırlanıb. Hazırda dünyada müşahidə edilən kataklizmlər fonunda qlobal iqtisadiyyat üçün şərtlər çətinləşib. Beynəlxalq təşkilatların proqnozuna əsasən, 2023-cü ildə qlobal iqtisadi artımın 2.5-3.0% arasında, 2024-cü ildə isə 2.1-2.9% arasında olması gözlənilir. 2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21 ABŞ dolları və ya 20,7% azalaraq, 80,6 ABŞ dolları təşkil edib, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Proqnozlara görə, qlobal orta illik inflyasiyanın bu ilin sonuna 6.9%, 2024-cü ildə isə 5.8% olacağı gözlənilir. 2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1% olacağı proqnozlaşdırılır.
Xarici təhdidlərin və risklərin artdığı belə çətin şəraitdə milli iqtisadiyyatımız dayanıqlılıq nümayiş etdirir ki, bu da Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan iqtisadi məzmunlu islahatların sayəsində mümkün olur. Heç də müsbət olmayan xarici mühit şəraitində respublikamızda makroiqtisadi sabitlik təmin olunur. İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin verdiyi məlumata əsasən, Azərbaycan iqtisadiyyatında cari ilin yanvar-sentyabr aylarında əlverişli makroiqtisadi meyillər izlənilib, tamamilə qeyri neft-qaz sahələri hesabına olmaqla iqtisadi artım təmin edilib, inflyasiya tempində zəifləmə müşahidə olunub, tədiyyə balansında profisit qeydə alınıb. Belə ki, cari ilin 9 ayı ərzində ölkədə Ümumi Daxili Məhsul 0.8%, qeyri-neft/qaz Ümumi Daxili Məhsulu 3% artıb. İl ərzində Mərkəzi Bank tərəfindən uçot dərəcəsi artırılsa da, bu ay ilk dəfə olaraq uçot dərəcəsi aşağı salınıb. Carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız artaraq 67.5 milyard dollara çatıb. Bu müddətdə büdcə gəlirləri proqnoza nisbətən 106% icra edilib. Dövlət Neft Fondunun vəsaitlərindən 6.5 milyard manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğin yalnız yarısından istifadə edilib. Büdcə xərcləri proqnozla müqayisədə 105.6% icra edilib, 218 milyon manat kəsir qeydə alınıb. Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti cəmi 14.5%-dir ki, bu da dünya ölkələrindəki vəziyyətlə müqayisədə çox aşağı göstəricidir.
Milli iqtisadiyyatımızda müsbət meyllərin gələn il daha da artacağı gözlənilir. Layihədə baza ssenaridə 2024-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2.4%, qeyri-neft/qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.6% olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft/qaz sektorunun Ümumi Daxili Məhsulda payının 71.2%-ə, orta aylıq əmək haqqının 980 manata çatacağı, orta illik inflyasiyanın 5.3% olacağı, tədiyyə balansının, cari əməliyyatlar hesabının və xarici ticarət balansının profisitlə olacağı proqnozlaşdırılır. Növbəti ildə Dövlət büdcəsinə hesablanan vergi və gömrük rüsumları üzrə daxilolmaların ümumi həcmi 19.8 milyard manatı keçəcəkdir.
Davamlı olaraq reallaşdırılan islahatların səmərəsi
Ölkəmizdə davamlı olaraq reallaşdırlan struktur islahatları və təşviq mexanizmləri də Azərbaycanın maliyyə sabitliyini şərtləndirən əsas amillər sırasında yer alır. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov cari ildə ölkə iqtisadiyyatında həyata keçirilən bəzi struktur islahatları və onların nəticələri barədə qısa məlumat verib. O, bildirib ki, özəlləşdirmədən dövlət büdcəsinə 104 mln. manata yaxın vəsait daxil olub və 10 aylıq proqnoz 116%-dən çox icra edilib. Nazir, həmçinin dövlət başçısının tapşırıqlarına əsasən, iri dövlət müəssisəsinin restrukturizasiyası və sağlamlaşdırılması, ölkədə azad və sağlam rəqabətin, bazar subyektlərinin hüquqlarının təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması kimi istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
İnvestisiya təşviqi mexanizmlərindən söz açan Mikayıl Cabbarov bu istiqamətdə əsas vəzifənin iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqinin təmin edilməsi olduğunu söyləyib. Qarşıda duran digər mühüm vəzifənin dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların səmərəliliyini artırmaq və dövlət büdcəsinə dividend ödənişi ənənəsini aşılamaq olduğunu deyən Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Holdinqinə daxil olan 12 portfel şirkətindən artıq 8-nin dividend ödəməyə başladığını və həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliliyinin 15 mlrd. manatı keçdyini vurğulayıb. Diqqətə çatdırılıb ki, növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasəti aktualdır və 2024-cü ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli həcmdə dividend ödənişi nəzərdə tutulub.
Ölkəmizdə sahibkarlığa dəstək tədbirlərinin də əhatə dairəsi getdikcə genişləndirilir. Cari ilin 10 ayında sahibkarların ümumi dəyəri 294 mln. manatdan çox 2,4 mindən artıq layihəsinə 127 mln. manatadək güzəştli kredit verilib. Həmçinin cari ildə yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Bütün bu kimi dəstək tədbirləri qeyri-neft ÜDM-də özəl bölmənin xüsusi çəkisinin artmasına müsbət təsir göstərir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24

