2024-cü ildə qiymətlər artacaq, yoxsa?
17.11.2023 [11:24]
Hökumətin birrəqəmli inflyasiya hədəfinə yaxınlaşması nikbin gözləntilər vəd edir
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilin eyni dövrünə nisbətən 10,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı 11,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 9,5 faiz təşkil edib. Oktyabr ayında inflyasiya sentyabra nisbətən cəmi 0,4 faiz təşkil edib. Yəni bu, o deməkdir ki, ilin əvvəllərindən başlayan inflyasiya dalğası tədricən geri çəkilməkdədir və artıq yüksələn xətt üzrə deyil, enmə trayektoriyası üzrə müşayiət olunur. Hətta qeyri-ərzaq mallarının qiymət artımları son 3 ildə ilk dəfə olaraq 9,5 faiz təşkil etməklə ikirəqəmli həddən birrəqəmli həddə enib. Ümumilikdə, son 3 ilin qiymət indekslərinin dinamikasına baxdıqda, hazırda inflyasiyanın əvvəlki 14-15 faiz göstəricisindən 10 faizə qədər düşdüyünü görmək mümkündür.
Mövcud vəziyyət onu deməyə əsas verir ki, hökumət qarşısına qoyduğu başlıca hədəf olan birrəqəmli inflyasiyaya çatmaq reallaşmaq üzrədir. Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin proqnozlarında 2024-cü ildə inflyasiyanın 5,3 faizə düşəcəyi ilə bağlı nikbin ssenarilər öz əksini tapıb.
İnflyasiyanın zəifləməsinin səbəbi nədir?
İlk növbədə, qlobal faktordur, regionda və dünya bazarında inflyasiya səviyyəsinin azalması müşayiət olunmaqdadr ki, bu da Azərbaycanda idxal inflyasiyasını da səngidir. Məlumdur ki, ölkəmizdə 10 faizlik inflyasiyanın təxminən 3 faiz bəndi yerli istehsaldan və daxili tələbdən formalaşır. Bu, o deməkdir ki, 10 ayda qeydə alınmış 11 faizə yaxın ərzaq inflyasiyasının tərkibində idxal inflyasiyasının payı 70-75 faiz təşkil edir. Bunun da əsas başlıca səbəbi ərzaq mallarının xaricdən idxalının çox olması ilə yanaşı, həm də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının çox olması ilə bağlıdır. İdxal məhsullarının baha olmasının isə 2 başlıca səbəbi vardır. Birincisi, dünya bazarında bir çox aqrar və sənaye mallarının qiymətlərinin bahalaşmasıdır. İkinci amil daşınma-nəqliyyat xərcləridir. Son 2 ilə nisbətən, 2023-cü ildə dünya bazarında qlobal xərclərin azalması Azərbaycanda idxal inflyasiyasını da yumşaldıb.
İkinci amil, 2023-cü ilin ötən ayları ərzində hökumətin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə etməsidir. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı ilə ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb ki, bu da müəyyən səmərə verib. Eləcə də inflyasiyanın faktiki və proqnozlaşdırılan səviyyəsi, qlobal və daxili iqtisadi mühitdə gedən proseslər nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən monetar siyasət tədbirləri sərtləşdirilib, il ərzində qəbul olunmuş qərarlar əsasında uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7,5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz olaraq saxlanılıb. Ancaq oktyabrda vəziyyətdə müsbət dəyişmə baş verdiyindən Mərkəzi Bank faiz dəhlizini yüksəltməyə deyil, endirməyə qərar verib və noyabrın 2-dən uçot dərəcəsini azaldaraq 8,5 %-ə endirib. Çünki, inflyasiya qorxuları səngidiyindən MB bu dəfə əks istiqamətdə qərar qəbul edib.
Bunlata rəğmən, hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2024-cü ildə də prioritet kimi diqqətdə saxlayacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumların bu prosesə cəlb edəcək. Qiymət bazarlarında ən önəmli nüanslardan biri olan süni qiymət artımlarının qarşısının alınması da yaddan çıxmamalıdır. Əlbəttə ki, 2024-cü ildən qüvvəyə minəcək Rəqabət Məcəlləsi də süni qiymət artımlarının qarşısının alınmasında mühüm rol oynayacaqdır.
İnflyasiya ocaqları söndürülərsə...
Sözsüz ki, qiymət indeksinin gözlənilən həddə saxlanılması ilk növbədə, ölkədə biznesin iqtisadi və maliyyə imkanlarının sabitliyi və gəlirlərin dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də, neft sektorunun ümumi iqtisadi artımda payının azaldığı, qeyri-neft drayverlərinin hərəkətliliyinin yüksəldiyi indiki iqtisadi mərhələdə nəzarətdə saxlanılan inflyasiyanın iqtisadi fəallığın artmasında mühüm rolu vardır.
İkinci mühüm faktor sabit qiymətlərin sosial siyasətin dayanıqlılığına təsiridir. Son illər hökumət qlobal inflyasiya təzyiqlərinin, idxal inflyasiyasının daxili bazara təsirlərini, xüsusilə də əhalinin sosial vəziyyətinə mənfi fəsadlarını nəzərə alaraq sosial paketlər icra etdi. Son 5 ildə 4 sosial paketin qəbul olunmasında əsas hədəflərdən biri də məhz əhalinin sosial rifahının inflyasiya təzyiqlərindən qorunması idi. Beləliklə, növbəti ildə inflyasiya ocaqlarının söndürülməsi nəticəsində sosial sahədə müsbət meyillərin təmin ediləcəyi şəksizdir.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21

