Şad xəbər: Orta aylıq əməkhaqqı artacaq
13.12.2023 [10:05]
Azərbaycanın dərin məzmunlu sosial siyasətinə uyğun olaraq insanların gəlir imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Belə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə əməkhaqlarının, pensiya və müavinətlərin artırılmasına daha böyük həcmlərdə vəsaitlər yönəldilir. O cümlədən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən iqtisadiyyatda şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə cəlb olunan əlavə vəsaitlərin hamısı bir qayda olaraq sosial sferaya yönəldilir. Bütövlükdə 2018-2023-cü illərdə respublikamızda 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. O cümlədən gələn ildən ölkə üzrə orta aylıq əməkhaqının artacağı gözlənilir.
Davamlı hal alan əməkhaqları artımları
Respublikamızda əməkhaqlarının artırılması davamlı bir ənənəyə çevrilib. Son beş ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırıləb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Əməkhaqlarının artırılması ənənəsi 2023-cü ildə də davam edib. Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunub. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 700 min vətəndaşımızı əhat edən minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrıllb.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artıb. Artımlar özəl sektoru da əhatə edib. Yəni yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilmir.
Ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikası da yüksəkdir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə 2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Həmçinin 2024-cü ildə də orta aylıq əməkhaqqının artacağı gözlənilir. Belə ki, gələn il Azərbaycanda orta aylıq əməkhaqqının 980 manat olacağı proqnozlaşdırılır. Bu barədə məlumat “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb. 2024-cü ildə minimum əməkhaqqında isə dəyişiklik gözlənilmir. Hesablama Palatasının müvafiq qanun layihəsinə verdiyi rəydə bu göstəricinin 345 manat olacağı bildirilib ki, bu da 2023-cü ildəki ilə eynidir.
Bundan əlavə, qanunvericiliyə ediləcəyi gözlənilən dəyişikliklə 2024-cü ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 10 faizə yaxın artırılaraq 270 manat olacaq. Bu göstəricilər 2023-cü ildə 246 manat təşkil edir.
Əmək bazarının genişləndirilməsi
Ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması ilə paralel şəkildə, əmək bazarının genişləndir?lməsi və əlçatanlığın artırılmaslı istiqamətində də məqsədyönlü tədbirlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a bildirilib ki, qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-noyabr aylarında 371 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 109 min nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. Həmin dövrdə 15,8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Bu ilin 11 ayında 9,3 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Digər bir istiqamət olaraq 236,4 min şəxsə peşəyönümü xidmətləri göstərilib.
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçıların seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminat işləri də davam etdirilir. Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində daha 390 işsiz şəxsə biznes planlarına uyğun aktivlər təqdim olunub.
Layihənin məqsədi işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə və layiqli məşğulluğuna çıxışına şərait yaradılmasıdır. Ümumilikdə, 2025-ci ilə qədər davam edəcək layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

