Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb
19.12.2023 [15:32]
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq Maliyyə Korporasiyasının Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi, bu baxımdan Beynəlxalq Maliyyə Korporasiyası ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müddət ərzində Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verib.
Hazırda Azərbaycan hökuməti üçün prioritet hesab olunan sahələrdə Dünya Bankı, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, “yaşıl” şəhərlərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin və Bakı gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi, digər istiqamətləri əhatə edə bilər.
Görüşdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Ötən illər ərzində Azərbaycanın aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrildiyi bildirilib. Vurğulanıb ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak edir.
Qeyd edilib ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Eyni zamanda, qeyri-neft iqtisadiyyatının inkişafının əsas prioritetlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, aqrar sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir.
Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə əsas fəaliyyət istiqamətlərini təşkil edir və ölkəmiz müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Eyni zamanda, Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəklədiyi və enerji səmərəliliyi istiqamətində ardıcıl fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən “yaşıl enerji” zonasının, ekoloji təmiz nəqliyyatın, “ağıllı” şəhər və kəndlərin yaradılması ilə bağlı layihələr bunun bariz təzahürüdür.
Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Dünya Bankı, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

