Bankların kredit portfeli faizləri artırmağa yox, azaltmağa imkan verir
17.01.2024 [12:22]
Elbrus Cəfərli
Son günlər banklar tərəfindən kredit faizlərinin artırılacağına dair məlumatlar yayılmaqdadır. Belə ki, banklar tərəfindən əmanətlərin depozit faizlərinin artıracağı və bunun müqabilində kredit dərəcələrinin də bahalaşacağı bildirilir. Əslində, bu, rəsmi mövqe olmadığından həqiqətəuyğunluğu da şübhə doğurur. Mərkəzi Bankın, yaxud Azərbaycan Banklar Assosiasiyasının, və yaxud da hansısa bank yetkilisinin bu mövzuda heç bir açıqlaması, münasibəti olmadığından ümumilikdə, bu xəbərin ümumi olaraq bank icmasının adından qələmə verilməsi də düzgün olmazdı.
Bəs, əslində vəziyyət necədir, kredit faizlərinin artması mümkündürmü?
İlk növbədə, onu qeyd etmək lazımdır ki, hazırda Azərbaycan banklarının kredit portfeli hədsiz dərəcədə böyükdür və kredit vermək üçün qayğıları yoxdur. Resursların həcmi istehlaka və iqtisadi sahələrə yetərincə kredit verməyə imkan yaradır. Eləcə də bank sektorunun xalis mənfəəti son bir ildə əhəmiyyətli dərəcədə böyüyərək 1 milyard 75,9 milyon manata çatıb. Bu həcmdə mənfəət bankların kredit resurslarını təmin etməkdə nəhayətsiz portfelə malik olmasını təsdiqləyir. Bankların 2023-cü ildə kredit portfelinin az qala 50 faizə yaxın artması da onların kredit vermək çətinliyinin olmadığını göstərir. Yəni, bankların mövcud resursları ucuz kredit siyasətini həyata keçirməyə imkan verir, bahalı kreditlər üçün heç bir əsas yoxdur.
Bundan başqa, Azərbaycanda banklar üçün uçot stavkası da qənaətbəxşdir. Mərkəzi Bank 2023-cü ildə uçot dərəcəsini davamlı şəkildə azaltmağa yönəlmiş siyasət yürüdüb, sonuncu dəfə ötən ilin dekabrında uçot dərəcəsi 8,5 faizdən 8 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizdən 6,5 faizə endirilib. Yəni, Mərkəzi Bankın bu qərarı da banklar üçün kreditləri bahalaşdırmağa yox, ucuzlaşdırmağa stimul verən siyasət tədbirlərindən biridir. Ona görə də, mövcud uçot stavkası heç bir halda bahalı kredit tətbiqinə imkan verə bilməz.
Kredit faizlərinin bahalaşmasına səbəb olacaq amil ki, bank depozitlərinin faizlərinin artırılacağı barədə fikirlər də əsaslı deyil. Birincisi, Azərbaycanda depozit faizi ilə kredit faizi arasında kəskin fərq var, hazırda banklarda dollar faizləri 2-2,5 %-dən yüksək deyil, manat əmanətləri üzrə orta faiz dərəcəsi isə 7-8,5 %-ə bərabərdir. Ölkədə 4-5 bank əmanətləri 10 faizlə cəlb etsə də, əksər banklarda bu rəqəm 7-8, hətta 6 faiz təşkil edir. Ölkə üzrə kreditlərin isə orta faizi isə 15-16 faizdir. Hətta, bundan yüksək faiz dəhlizi mövcuddur, xüsusilə də regionlarda 19 faizə çatır. Məsələn, Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Ona görə də depozitlərin orta faiz göstəricisi faizə bərabər olduğu və kreditlərin orta illik faiz dərəcəsindən 2 dəfə aşağı olduğu halda kreditlərin bahalaşmasını təşviq edəcək bu amil də yetərsizdir.
Həmçinin, 2024-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərdən sonra (102.1.22-ci maddə) yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik divident gəlirləri gəlir vergisindən (10 faiz vergi) azad edilib. Bu isə depozit faizlərinin təxminən 1 faiz artması deməkdir.
Sual oluna bilər ki, depozit faizləri 1 faiz artığından banklar həmin faiz artımını kompensasiya etmək üçün kreditlərin faizini qaldıra bilərmi?
Qətiyyən, çünki həmin 1 faizin gəliri indiyə qədər banklara yox, vergi şəklində dövlət büdcəsinə ödənilirdi. Banklar onsuz da həmin depozit faizi üzrə vəsaiti ödəyirdi. Ona görə də, vergi güzəştinin bankların ümumi depozit faizlərinə heç bir aidiyyatı yoxdur. Əksinə, vergi güzəştləri banklar üçün yeni bir stimul yaradır, gəlirlərindən vergi tutulmadığından vətəndaşların banklara daha çox əmanət qoyması təşviq olunacaq. Bu isə bankların daha çox qazanmasına səbəb olacaq. Hazırda banklarda 12,7 milyard depozit mövcuddur, bu güzəştdən sonra əhalinin milli valyutada olan əmanətlərin banka qoymasına marağı artığından ümumi bank depozitlərinin həcmi də böyüyəcək. Nəticədə bankların kapital resursları yenidən artacaq ki, bu da kredit portfelini genişləndirəcək.
Hazırda azad edilmiş ərazilərdə geridönüş həyata keçirilir, öz torpaqlarına qayıdan insanların sayı hər ay artır, onların məşğulluğu, kənd təsərrüfatı, müxtəlif iqtisadi fəaliyyət, xidmət, turizm və s. sahələrdə çalışması əsas tələblərdən birinə çevrilir. Dövlət onların kiçik ailə təsərrüfatları, biznes icmaları yaratmaları üçün təşviqedici addımlar atır, bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasını stimullaşdıran vergi-gömrük tətilləri tətbiq edir, digər iqtisadi güzəşt alətlərini genişləndirir. Bütün bu sistemli iqtisadi tədbirlər paketinin ən mühüm hissəsi isə maliyyə resursları, kreditlərin əlçatanlığının təmin olunmasıdır.
Bu gün reallıq ondan ibarətdir ki, banklar dövlətin verdiyi resurslar hesabına, yəni Sahibkarlara Kömək Fondu və digər dövlət mənbələri ilə güzəştli kreditlərdən başqa, öz resursları hesabına 5 dəfə daha çox real sektora ucuz faizlərlə kredit yönəldə bilər. Mövcud iqtisadi şərait, bank sektorunun vəziyyəti, həyata keçirilən kredit siyasəti və digər amillər isə bank kreditlərinin bahalaşmasını deyil, əksinə daha da aşağı salınması diqtə edir. Ona görə də, banklar kredit faizlərini daha da aşağı salmalı, iqtisadi dəyər yaradan sahələrin təşviqində güzəştli kredit həcmlərini və çeşidlərini artırmalıdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

