Çoxvektorlu əlaqələr və yaxın qonşuluq prinsipləri...
07.03.2024 [10:00]
2024-cü il qlobal dünyada siyasi-iqtisadi münasibətlərin inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Yerləşdiyi regionun aparıcı aktoru sayılan Azərbaycan isə hər zaman bərabərhüquqlu və səmimi əməkdaşlığın tərəfdarı qismində çıxış edib. Xüsusilə, qonşu dövlətlərə münasibətdə Azərbaycan hər zaman yaxın qonşuluq münasibətini ortaya qoyub. Məhz bu amil yeni dövrdə də Rusiya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı hörmətə söykənən münasibətlərin yeni əsasda inkişaf etdirilməsinə zəmin yaradır. Vurğulanmalıdır ki, dövlətlər arasında məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında təmaslar genişlənib. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin müzakirəsini aparır, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Bakıya iki günlük işgüzar səfəri də bu əlaqələrin inkişafı baxımından əhəmiyyətli sayıla bilər. Qonşu ölkənin hökumət başçısının Bakı səfəri yeni dönəmdə əməkdaşlığın daha da genişləndirilməsi, mövcud statistik göstəricilərin daha da artması üçün zəmin yaradır.
Çoxşaxəli tərəfdaşlıq...
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında da görüş keçirilib. Hökumət başçılarının həm təkbətək formatda, həm də iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutub. Görüşdə tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildirib, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.
Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmalarına və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Vurğulanmalıdır ki, iki ölkə arasındakı iqtisadi münasibətlər bu gün ən yaxın qonşuluğu özündə əks etdirməkdədir. Son illərdə dünyada yaşanan qlobal pandemiya ilə bağlı problemlərə və iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, iki dövlət arasındakı əmtəə dövriyyəsinin həcmi artan xəttlə inkişaf edir.
Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə də habelə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ü tamamilə Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib.
Qarşılıqlı ticarətdə rekord göstərici...
Müzakirələr zamanı da iqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb. Tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib. Hökumət başçıları qarşılıqlı investisiya fəaliyyətinin genişləndiyini vurğulayıb, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər. Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası qeyd edilib.
Göründüyü kimi, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım müşahidə edilib. Ötən ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin mühüm bir hissəsi - 8,35 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 11 ayda Azərbaycandan Rusiyaya 1 milyard dollardan çox məhsul ixrac (artım 26,1 faiz) edilib. Rusiyadan Azərbaycana isə 2,8 milyard dollarlıq məhsul idxal (artım 19,3 faiz) edilib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücünə çatdırılması üzrə birgə səylər...
İki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin inkişafı ilə bağlı da mühüm addımlar atılmaqdadır. Rusiya hökumət başçısı ilə Azərbaycanın Baş naziri arasındakı görüşdə nəqliyyat-tranzit sahəsi də Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcmi 11 faizdən çox artıb. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini vurğulayıb, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmir yolları infrastrukturunun təkmilləşdirilməsinin, dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.
Bəlli olduğu kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Azərbaycanın da qoşulduğu razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaratmaq imkanına malikdir.
Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayan ölkədir. Bu dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi başa çatıb.
Vurğulanmalıdır ki, Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir və avtomobil yollarına malik olması onun tranzit imkanlarını səmərəli edib. Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması prosesində iştirakı uzaqgörən strateji siyasi xəttə əsaslanır.
Mədəni-humanitar əlaqələrin inkişafı...
İki dövlət arasındakı əlaqələr yalnız iqtisadi-ticari mahiyyət daşımır - mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsi də göz oxşayır. Keçirilən görüşdə gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyi bildirilib. Rusiya KİV-lərinin yaydığı məlumata görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin bildirib ki, Rusiya dost Azərbaycanla dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində səmimi olaraq maraqlıdır. O, ölkələrin humanitar sahədə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığını ayrıca qeyd edib. “Rusiyada 7 mindən çox azərbaycanlı tələbə təhsil alır”, - Mişustin bildirib.
Qeyd edildiyi kimi, iki dövlət arasındakı humanitar əlaqələr daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb.
Turizm sahəsində əməkdaşlıq potensialı...
Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Qeyd olunub ki, Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər. Görüşün yekunu olaraq turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.
Vurğulandığı kimi, turizm sektorunda iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın turizm marşrutları Rusiyada getdikcə daha çox populyarlıq qazanır. Rusiya regionlarının turizm potensialının Azərbaycanda təbiliği, eyni zamanda Azərbaycanın mühüm turistik zona kimi Rusiyada böyük şöhrət qazanması ikitərəfli münasibətlərdə xüsusi yer tutur. Rusiya regionlarının Azərbaycanın bölgələri, hətta Bakı rayonları ilə dostluq əlaqələri qurması, qarşılıqlı səfələrin reallaşması münasibətlərin dinamizm qazanmasına xüsusi töhfə verir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

